AbiogenezBiologiyaElmi xəbərlər

Yellowstone parkındakı yeni tapıntı həyatın mənşəyinə işarə edir

Elm adamları ABŞ-da, Yellowstone Milli Parkının məşhur qaynar və  turşulu bulaq sularında yeni bir mikrob nəslini tapıblar

Elm adamları ABŞ-da, Yellowstone Milli Parkının məşhur qaynar və  turşulu bulaq sularında yeni bir mikrob nəslini tapıblar. Bu kəşf  bizə planetimizdəki həyatın mənşəyi haqqında daha çox məlumatlar vəd edir. Həyatın arxeya sahəsindən olan bu təkhüceyrəli orqanizmlər Yellowstone-un dəmir oksidin əsas mineral olduğu termal bulaqlarında inkişaf edir. Marsın səthi də eyni bu cür materiallardan ibarət olduğundan tədqiqatçılar bu mikrob nəslini Marsarxeyota adlandırıblar. Yellowstone bulaqlarının vəziyyəti Yerin ilkin vəziyyətinə uyğun gəldiyindən Marsarxeyota mikrobları çox faydalı ola bilər.

 

Belə ki, onlar organizmlərin necə həyata başladıqlarını və dəmir oksidin hansı rol oynadıgını göstərə bilərlər.Tədqiqatçılar yazırlar: “Arxeyal nəsillərin aşkarlanması həyatın universal ağacını və Yerin təkamül tarixini anlamaq üçün vacibdir”.“Marsarxeyotanın geotermal, mikroaerobik dəmir oksid kütlələrində geniş yayılması, oxşar yaşayış məntəqələrinin arxeyanın təkamülündə əhəmiyyətli rol oynaya biləcəyini göstərir”.Mikroskopik analiz və genom sıralaması da daxil olmaqla, müxtəlif üsullardan istifadə edərək, qrup, Yellowstone Parkının bulaqlarında təxminən greypfrut şirəsi kimi turşulu olan mikrobik kütlələləri öyrənmişdir. Biri 50 dərəcədən (Selsi) yüksək temperaturda, digəri isə 60-80 dərəcə (Selsi) arası temperaturda yaşayan iki Marsarxeyota növü müəyyən edilmişdir.

 

Bir mikrobik kütlənin içərisində yaşayan orqanizmlərin bəzən yarısını təşkil edən bu arxeya nəsillərinə aid nümunələr Yellowstone Parkı ərazisindən götürülmüşdür. Kütlələrin özləri dəmir oksidi vasitəsilə qırmızı rəngə çeviriliblər ki, bu da suyun kütlələrin üstündən keçməyini yavaşladır. Oksigen atmosferdən alınır və Marsarxeyotaya su damlaları vasitəsilə verilir. Mikroblar çox dərin olduqlarından onlar çox aşağı səviyyədə oksigen tələb edirlər.Montana Dövlət Universitetinin böyük elmi işçisi William Inskeep deyir: “Fizika kimya və mikrobiologiya ilə birləşir.

 

Bu, orqanizmlərin bu qrupunun sevdiyi şərtlərin şirin bir nöqtəsi kimidir”.Bu arxeyanı “həyatın universal ağacı”na  əlavə edərək, ilk növbədə planetdə meydana çıxan qədim orqanizmlər haqqında daha yaxşı bir ideya əldə edə bilərik və bəlkə də onların çoxhüceyrəli eukaryotlara ( heyvanlar və bitkilər ) necə inkişaf etdikləri ilə bağlı geniş suallara cavab taparıq.Belə bir fikir mövcuddur ki, bu Marsarxeyotalar dəmirin daha sadə formaya çevirilməsi prosesinə daxil edilə bilərlər. Digər mikroblarlardan fərqli olaraq onlar özləri dəmir oksidi istehsal etmirlər.İnskeep deyir : “Erkən Yer mühitində dəmir dövrünün son dərəcə  əhəmiyyətli olmağı göstərilmişdir”.

 

Bu cür mikrobun belə bir şəraitdə necə inkişaf edə biləcəyini və onun Yer üzərində başqa bir həyat növündən əvvəl meydana çıxmaqla nə rol oynadığını müəyyənləşdirmək üçün daha yaxından müşahidələr tələb olunacaqdır.Elm üçün potensial faydalar burada bitmir. Bundan sonra bu mikroorqanizmlər bizə  Marsda həyatın potensial davamı üçün ipucular və bununla yanaşı yüksək temperaturlarda biologiya haqqında bəzi əsaslar verə bilər. İnskeep deyir: “Arxeyanın bu yeni qrupu haqqında bilmək yüksək temperatur biologiyasını anlamaq üçün bizi əlavə məlumatlarla təmin edir”.“Bu sənaye və molekulyar biologiyada əhəmiyyətli ola bilər”.

Tədqiqat Nature Microbiology-də dərc edilmişdir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Via
sciencealert
İstinad
Nature Microbiology
Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platforması vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: