Biologiya

Tardiqradların inanılmaz dözümlü olmasına yad genlər səbəb ola bilər

Şimali Karolina Universitetinin bioloqları müəyyən ediblər ki, tardiqradların genomunun 17.5%-i digər canlılardan alınmış genlərdən ibarətdir. Belə qeyri-adi qabiliyyəti sayəsində, bu mikroskopik su onurğasızı, ən ekstremal şəraitlərə, hətta açıq kosmosa uyğunlaşa bilir. Təfərrüatlar “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında nəşr olunmuşdur. 

“Hypsibius dujardini” növündən olan tardiqrad genomunun təhlili göstərdi ki, bu genlərin 17,5%-i digər canlılardan götürülüb. “Donorların” seçimi də çox rəngarəng olmuşdur: 1300 növ bakteriya, 40 növ ibtidai, 91 növ göbələk, 45 növ bitki və 6 növ virus.

Araşdırmanın rəhbəri Thomas Boothby deyir: “Əvvəl fikirləşdik ki, götürdüyümüz nümunələrə digər genlərin qarışması səhv nəticələrə səbəb olmuşdur. Lakin təkrar ciddi təhlillər nəticələrin düzgün olduğunu göstərdi.”

Görünür bir çox hallarda məhz bu yad genlər tardiqradları ekstremal şəraitdə yaşamaq üzrə “rekordçu” edirlər. Bu canlılar yüksək radiasiya şəraitində, açıq kosmosda və hətta orqanizmlərinin tam susuzlaşması zamanı sağ qala bilir.
                                              

Yeri gəlmişkən, məhz susuzlaşma, ola bilsin ki tardiqradların digər canlılardan gen almasında həlledici rol oynayır. Adətən bitki və heyvanlarda orqanizmin susuzlaşması zamanı hüceyrə membranı öz strukturunu itirir, nəticədə iri molekullar, o cümlədən DNT xaricə keçir. Bu əksər canlı üçün ölüm deməkdir. Lakin tardiqradlar susuzlaşma bitdikdən sonra təsadüfi olaraq yaxınlıqda yerləşən canlılardan öz genlərini geri “toplaya” bilirlər. 

Belə “horizontal” gen mübadiləsi heyvanlar aləmində nadir hadisə sayılsa da, son vaxtlar əldə edilən sübutlar bunun düşünüləndən daha tez-tez baş verdiyini göstərir. Məsələn, bu yaxınlarda məlum olmuşdur ki, digər bir onurğasız heyvan olan Elysia chlorotica növündən olan dəniz ilbizi fotosintez qabiliyyətinə sahib ola bilmək və beləliklə müstəqil şəkildə qidalı maddələr istehsal etmək üçün qidalandığı su yosunlarından “borc” aldığı genlərə sahibdir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: