Biologiya

Tarantula-qurbağa əməkdaşlığı və təkamülü

Mikrohilid adı verilən və Peru, Hindistan, Şri Lanka kimi ölkələrdə yaşayan qurbağalar, böyük hörümçəklər ilə qarşılıqlı əlaqə halındadırlar: Bu qurbağalar, hörümçəklərin yumurtalarını yeyən böcəkləri ovlayırlar. Bunun qarşılığında isə nəhəng tarantulalar bu qurbağaları düşmənlərinə qarşı qoruyurlar. Bu faktın kəşfinə dair ilk akademik məqalələr 1989-cu ilə yazılmışdır. Araşdırma məqaləsində Chiasmocleis ventrimaculata növündən olan bir qurbağanın Xenesthis immanis növü cənub Peru tarantulaları ilə qarşılıqlı mənfeyə əsaslanan əməkdaşlıq etdiyi müəyyən edilmişdir.

Yaxşı belə bir əməkdaşlıq ilk başda necə təkamülləşmişdir? Əlbəttə, təkamülçü bioloqlar bunu da kəşf etmişdirlər: Normalda, tarantulalar kimi nəhəng hörümçəklər qurbağalarla qarşılaşdıqlarında onları tutub ağızlarını istifadə edərək onları nəzarət edərlər. İstədikləri vaxt onları azad buraxarlar və yeməzlər. Ancaq bəhs etdiyimiz mikrohilid tipi qurbağalar dəri səthlərində toksinlərə sahib olduqları üçün ehtimal ki, tarantulalar tərəfindən heç toxunulmayan qurbağalardır. Bu sayədə onlara çox daha asan yaxınlaşa bilirlər və beləcə tarantulalar ilə əməkdaşlıq qura biləcək şəkildə təbii seçməni tətikləyirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: