BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Sintetik yarpaq oksigen problemini aradan qaldıracaq

Yeri yaşamağımız üçün əlverişli sferaya çevirən bitkilərdir. Onlar, bizim nəfəs verdikdə buraxdığımız karbon qazını udaraq, onu oksigenə çevirirlər. Lakin kosmosda və yad planetlərdə bitki yetişdirməyin bir sıra çətilikləri var. Yeni nailiyyət isə belə problemləri aradan qaldıraraq, qarşıya tamamilə yeni oksigen mənbəyi qoyur.

Marsda meşə yetişdirmək istədiyimiz qədər asan olmayacaq. Çəkisizlikdə də bitkilər çox çətin yetişir. Belə halda köməyə yalnız onların sintetik analoqu gələ bilər.

Krallıq İncəsənət Kolleci məzunu Culian Melçiorri yetişdirdiyi ilk süni bioloji yarpağı təqdim edib. Yarpaq bitkilərdə fotosintez prosesinə cavabdeh olan həqiqi xloroplastlardan və ipək zülallarından hazırlanmışdır.

“Xloroplastları bitki hüceyrələrindən çıxarıb ipək materiya içərisinə yerləşdirdim. İdeyam bundan ibarətdir ki, təbiətin effektivliyini texnogen mühitdə istifadə etmək fikrindəyəm”, – Culian Melçiorri qeyd edir.

Melçiorri adi bir yarpaq kimi nəfəs alaraq yaşayan ilk fotosintetik materialı yaratdığını hesab edir. Mütəxəssislər bildirirlər ki, sintetik yarpaq həm otaqların havasını təmizləyən dekorativ interyer elementi kimi, həm də kosmik gəmilərin kayutasında oksigen generatoru kimi istifadə ediləcək. Hətta başqa planetləri koloniyalaşdırmağımızda da yardım təmin edə bilər. Material bundan başqa ventilyasiya texnologiyalarında yeni söz deyir. Yarpaq küçənin havasını udub, nəmliyi və karbon qazını oksigenə bərpa edərək, təmiz havanı ofis və yaşayış evi otaqlarına yayacaq.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: