BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı

Çinin qərbində yerləşən Junggar ərazisində tapılan, 159 milyon il əvvəl yaşadığı aydın olan tüklü dinozavr növünün fosilləri ilk dəfə alimlərə dinozavr barmaqlarının necə quşların qanadlarına çəvrildiyi mövzusunda məlumatlar verir. Tədqiqatla əlaqədar məqalə 17 iyun 2009 tarixində Nature jurnalında yayımlandı.

Təkamül nəzəriyyəsinə əsasən müasir quşlar dinozavrlardan ayrılmış və sağ qalmış yeganə qoldur, buna baxmayaraq qədim sürünənləri araşdıran paleontoloqlar barmaq falanqalarından necə qanad strukturunun yarandığını dəqiq izah edə bilmirdilər. Hesab edilir ki, qanadlar sürünənlərin ikinci, üçüncü və dördüncü barmaqlarının birgə təkamülü nəticəsində formalaşmışdır – illərdir quşların embrion inkişafı üzərində aparılan təcrübələr bunu dəstəkləyir. Quşların əcdadı hesab edilən teropodlarda (ikiayaqlı sürünənlər) isə birinci, ikinci və üçüncü barmaqlar daha çox inkişaf etmişdi. Bir konfiqurasiyadan digərinə keçid son illərə qədər sirr olaraq qalırdı.

Çin Elmlər Akademiyası və Paleontologiya və Paleoantropologiya İnstitutundan olan prof. Xi Xung, Vaşinqton Universitetindən (ABŞ) olan həmkarları ilə birlikdə uzunmüddətli qazıntı işlərindən sonra Qobi səhrasında bir dinozavr növünə aid fosillərə rast gəldi. Alimlər növün ön üzvlərini araşdırarkən birinci barmağın ciddi şəkildə kiçildiyini, ikinci barmağın ölçülərininsə böyüdüyünü gördülər. Belə ki, barmaq falanqaları ilə birləşən bilək sümükləri ikinci, üçüncü və dördüncü barmaqlara uyğun gəlirdi (quşlardaki kimi), falanqalar özləri isə birinci, ikinci və üçüncü barmaq falanqalarına oxşayırdı (dinozavrlardaki kimi).

Limusaurus inextricabilis fosili ilə birlikdə kiçik timsah fosili

Elm adamları tapılmış dinozavrın, üzvlərin qanadlara necə çevrildiyini izah edən keçid növü olduğunu və bu mərhələdə təkamülün mürəkkəb xarakter daşıdığını qeyd edirlər. Limusaurus inextricabilis adı verilən və tərcümədə “bataqlıqda ilişib qalan dinozavr” mənasını verən yeni dinozavr növünün fosilləri Yura dövrünə aid çöküntü qayalıqlarda tapıldı. Bundan başqa çənə quruluşunun analiz işləri göstərdi ki, növün dişləri yox idi, əksinə dinozavr dimdiyə sahib idi. Baxmayaraq ki teropodların əksəriyyəti yırtıcılardır, bu məlumatlar növün otyeyən olduğunu göstərir.

Xi Xung tapıntı ilə əlaqədar bunları deyir:

“Bu dinozavrın kəşfi həqiqətən də möhtəşəm hadisədir, çünki dinozavr üzvlərinin necə təkamülləşdiyi və ilk quşların necə meydana gəldiyinə dair təsəvvürlərimizi dəyişdirir.”

İstinad: Nature , ScienceDaily

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: