Biologiya

Qərbi Afrika Fil Balığı: kiçik beyin, heyrətamiz qabiliyyət!

Qərbi Afrika Fil Balığı gözləri yaxud da zəif elektrik impulsları ilə asanlıqla ətraf mühitindəki obyektləri dəyərləndirə bilir.

Qərbi Afrika Fil Balığı gözləri yaxud da zəif elektrik impulsları ilə (çox zaman elə hər ikisi ilə birgə) asanlıqla ətraf mühitindəki obyektləri dəyərləndirə bilir. Bu prosesin işləmə prinsipini isə Bonn universitetinin əməkdaşları Oksford-dan olan kolleqaları ilə birgə araşdırıblar.

Gnathonemus petersii  (elmi adı belədir) Qərbi Afrikanın axar sularında geniş yayılan bir növ olub, əsasən dərinliklərdə yaşayır və xırda su həşəratlarının yumurtaları ilə qidalanır. Bu işdə ona elektrik impulsu yayan quyruğu da kömək edir.

Bele ki, bu orqan zəif impulslar buraxır, sonradan bu impulslar balığın dərisində yerləşən çoxsaylı sensorlar vasitəsilə oxunur və ətraf mühitdəki obyektlər barədə məlumat əldə olunur.

Bonn Universitetinin professoru Dr. Gerhard von Emdenin dediyi kimi “Bu canlılarda xüsusi elektrik müşahidə sistemi var ki, bu bir növ bizə yarasalardan yaxşı tanış olan exolokasiya sisteminin sanki eynisidir və bu sistem vasitəsiylə onlar ətraf mühitin üçölçülü şəklini əldə edə bilirlər”. Bu zaman Qərbi Afrika Fil Balıqları bununla yanaşı, paralel olaraq gözlərindən də istifadə etməyi bacarır.

Prof. von Emde və həmkarı, doktorant Sara Schumacher və Oksford Universitetinin professoru Dr. Tereza Burdla birgə, bu qeyri-adi balığın informasiyanı müxtəlif kanallardan almasına baxmayaraq vahid bir məlumat kimi işlənib hazırlanma mexanizmini araşdırıblar.

“Bu canlılar normalda hər 2 hissiyatını istifadə edir. Tələb olunan zaman isə məsələn bir hissi orqan hər hansı məlumat çatdırmadıqda yaxud çatdırılan informasiya digəriylə kəskin fərqləndikdə balıq görmə hissiyatı ilə sensor hissiyatın ikisindən birini müvəqqəti “deaktiv” edə bilər” – araşdırılan nəticələrə əsasən Sarah Schumacher belə deyir.

Araşdırma zamanı ortaya çıxan digər yeniliklər də alimləri heyrətə salıb. Belə ki, akvariumda  artıq balığın görmə hissiyatı vasitəsilə qavranılmış bir cisim yerləşdiriblər və impulsları ölçən zaman müəyyən olub ki, dəridəki elektrosensor hissiyyat orqanına artıq bu cisim barədə məlumat ötürülüb. Yəni, baxmayaraq ki, bu cisim sensor hissiyat vasitəsilə “oxunmayıb”, amma artıq bu barədə həmin orqanda məlumat var.

Ayrıca, bu balığın bir qeyri-adi bacarığı da təsdiq olunub: Onların beyni daha dəqiq olan informasiyaya üstünlük verir. Məsələn, akvariumda müşahidə zamanı məlum olub ki, balığa 2 sm-ə qədər yaxın olan cisimləri balıq “oxuduqda”,  hər iki orqandan daxil olan siqnallardan, beyin yalnız elektrosensor orqanın məlumatını qəbul edir. Vizual siqnal isə qəbul olunmur. Əksinə, uzaq məsafələrdə isə gözlərlə görmə daha dəqiq siqnal ötürə bildiyi üçün, yük bu orqanın üzərinə düşür. Lakin, hər 2 orqanla çalışdıqda, bu maraqlı canlı daha ətraflı informasiya toplaya bilir.

Prof. von Embenin dediyinə görə, müxtəlif hissiyyat orqanları arasındakı transformasiya yalnız yüksək inkişaf etmiş məməməlilərdə, məsələn meymunlarda, delfinlərdə, siçovullarda və insanlarda müşahidə edilir. Kiçik bir misal: İnsan qaranlıq otaqda, maneələrə dəymədən hərəkət etmək üçün əliylə bir-bir yolunun üzərindəki cisimlərə toxunur, onların formasını, yerini müəyyən edir. İşıq yandırıldıqdan sonra isə, o öz gözləri ilə artıq bu maneələri yeniden tanımış olur, artıq bu maneələr barədə onun təəssüratı olmuş olur. Məməlilər bu informasiyanı öz beyin qabıqlarına işləyirlər. Qərbi Afrika Fil Balıqları isə bu mexanizmi öz kiçik beyinləri ilə asanca nəzarətdə saxlayırlar. Baxmayaraq ki, onların beynində qabıq inkişaf etməyib asanlıqla bu iki hissi bir-biri ilə, istənilən zaman uyğunlaşdırıb idarə edə bilirlər.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Via
Forsch journal
İstinad
Bonn universiteti
Daha çoxu

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: