BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Qədim avropalı mavi gözlü və qarabəniz idi

Paleogenetiklər 7 min il əvvəl İspaniyanın şimalındaki mağaraların birində yaşamış qədim avropalının sümüklərinin DNT-sini oxuyub onun mavi gözlərinin və həddindən artıq qarabəniz dərisinin olduğunu aydınlaşdırdılar. Tədqiqatla əlaqədar məqalə 26 yanvar 2014 tarixində Nature jurnalında dərc edildi.

“Bu insanın tipik afrikalı genlərinin versiyasına sahib olduğu bizim üçün gözlənilməzdir, hansı ki dərinin piqmentasiyasına nəzarət edir. Bu da onu ehtimalla olduqca qarabəniz, bəlkə də qaradərili edirdi, lakin dəqiq tonu müəyyən edə bilmirik. Daha da heyrətləndirici olan budur ki, avropalıların gözünün mavi rəngdə olmasına səbəb olan gen variasiyalarına bu insan da sahib idi. Nəzərə alsaq ki bütün digər əlamətlərə görə o Şimali Avropadandır, belə halda genomunu unikal hesab etməliyik”, – Barselonada yerləşən Təkamül Biologiyası İnstitutundan (İspaniya) olan Carles Lalueza-Fox deyir.

Lalueza-Fox və həmkarları 10-5 min il əvvəl, mezolit dövrünün ortası və sonlarında La Braña-Arintero mağarasında yaşamış insanın qalıqlarını araşdırdılar. 2006-cı ildə paleontoloqlar bu mağarada orta yaşlı kişi qalıqlarına rast gəlmişdilər. Qalıqların illər ərzində yaxşı qorunduğu alimlərə genomu dəqiqliklə bərpa etməyə yardım təmin etdi.

Alimlər ilk öncə qədim insanın immun sisteminə və maddələr mübadiləsinə nəzarət edən genlərlə maraqlandılar. Dediklərinə görə, genomun fraqmentlərində olan quruluş fərqləri ovçu-toplayıcı avropalıların niyə yeni məskunlaşmış əkinçilərlə rəqabət apara bilmədiklərini izah edə bilər.

Genetiklər mağara sakininin südü həzm etməyə qadir olmadığı kimi bir neçə fərq aşkar etdilər, lakin onları olduqca heyrətləndirən qədim insanın xarici görünüşü və mənşəyi oldu. Belə ki, bu insanın yaxın qohumlarının müasir Şimali Avropa xalqları olduğu məlum oldu: gözləri, eynən onların əksəriyyəti kimi mavi rəngdə idi. Dərisi isə inanılmaz dərəcədə qarabəniz idi. Lalueza-Fox yaxın zamanda digər mağara sakininin qalıqlarının DNT-sini bərpa edərək məlumatları bir daha yoxlayacaqlarını qeyd etdi.

İstinadlar: Nature , NBC News

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: