BiologiyaElmi xəbərlərGenetikaHəyatın təkamülü

Psevdogenlər yeni genləri meydana gətirir

Canlı orqanizmlərinin genomlarında baş verən DNT kopiyalanma və təmir etmə proseslərindəki səhvlər sonradan mutasiyaya uğrayan və yeni funksiyalar qazandıran mövcud genlərin kopiyalarının meydana gəlməsinə səbəb olur. Nəticədə canlılarda yeni əlamətlər yaranır. Lakin son illərdə alimlər sübut etdilər ki, bitkilərdən tutmuş insana qədər müxtəlif canlı orqanizmlərinin yeni genləri orqanizm üçün heç bir faydalı zülal kodlaşdırmayan “tullantı” DNT ardıcıllıqlarından və ya psevdogenlərdən yarana bilər.

23 yanvar 2014 tarixində Science jurnalında dərc edilən məqalədə əcdadlardan qalmış kodlaşdırmayan genetik ardıcıllıqlar sayəsində DNT-də yeni genlərin meydana gələ biləcəyi qeyd edilir.

Kaliforniya Universitetindən (ABŞ) olan David Begun və həmkarları drozofil milçəklərinin altı genetik xəttininin gen aktivliyini onlara yaxın qohum olan növlərlə müqayisə etdilər. Nəticədə alimlər drozofillərdə 248 yeni gen tapdılar. Qohum növlərin genomlarında oxşar genetik ardıcıllıqlar var idi, amma bu genlər onlarda zülal sintezi yerinə yetirmirdi, yəni “həqiqi gen” deyildilər. Elm adamları yeni genlərin araşdırılan növlərin ortaq əcdadlarında bir vaxtlar mövcud olan, kodlaşdırma mövzusunda funksiyasız olan genetik ardıcıllıqlardan yarandığını təsdiq etdilər.

“Bu, əcdadlardan alınmış DNT-lərin davamlı olaraq yeni genlər doğurduğunu göstərir”, – Begun deyir.

Məqalənin müəllifləri hesab edirlər ki, yeni genlərin meydana gəlməsi kodlaşdırmada funksiyasız olan DNT-nin hər hansı bir hissəsinin təsadüfi mutasiyalar səbəbindən “oxunduğunda” baş verir və RNT molekullarının yaranması üçün işləyir.

İstinad: Sciencemag , The Scientist

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: