BiologiyaMaraqlı

Pivə içənlər nə üçün tez-tez tualetə gedir?

Pivə insanlığın ən qədim və ən gözəl içkilərindən biridir. Amma bu gözəl içkinin kiçik bir qüsuru var. İki stəkanı bitirənə qədər ən az iki dəfə də tualetə getmək məcburiyyətindəsiniz. Demək olar ki, içilən pivə qədər tualetə getmək lazım gəlir.

Əslində bu hadisənin pivənin maye qisimi ilə çox da əlaqəsi yoxdur. Pivə içincə tualetə getmə ehtiyacını hiss etdirən “antidiuretic” deyilən bir hormondur. Biz buna qısaca “ADH” deyəcəyik. Bədənimizdə yaranan bu hormon sidik miqdarını nizamlayır və birbaşa olmasa da qanımızdakı su miqdarına təsir edir.
Susuz qaldığımız zaman “ADH” böyrəklərimizə siqnal göndərib sidik istehsalını dayandırır. Beləcə, su sərfi kəsilərək qanımızdakı su miqdarı qorunur və plazmadakı duz miqdarının yüksəlməsinə mane olunur. Yəni “ADH” bədənimizdəki su və duz miqdarını sabit saxlayan, qoruyucu bir funksiya yerinə yetirir.
Xalq arasında sidik gətirici adı da verilən bəzi maddələr “ADH”-ın ifraz olunmasına mane olur. Bu vəziyyətdə böyrəklər sidik yaradıb-yaratmayacaqlarına qərar verə bilmir və nəticədə, yaratmağa davam edir. Mövcud tarazlığın pozulduğunu bilmədən suyu çölə buraxır, insan tualetə getməyə məcbur olur və bədən quruyur.
Bədənimizdəki bu hormona ən çox təsir edən maddələrdən biri də spirtdir. Pivəni bol içdikdə içindəki spirt miqdarına görə “ADH”-dən siqnal da gəlməyincə böyrəklər daha çox iş görərək bədəndəki suyu sidik halına gətirirlər. Təbii, pivənin maye qisiminin də buna qatqısı vardır, amma eyni zamanda eyni miqdarda su içildiyində bu qədər tualet ehtiyacı duyulmur.
Əslində, eyni hal bütün spirtli içkilərdə də etibarlıdır. İçilmə zamanı və miqdarı pivəyə ekvivalent olduğunda eyni təsir onlarda da müşahidə edilir. Bu hormona təsir edən bir başqa əhəmiyyətli maddə də kafeindir. Qəhvə ilə birlikdə kafi kafenin qəbul edildikdə “ADH” ifraz olunması dayanır və böyrəklər sidik yaratmağa davam edir.
Görüldüyü kimi içki içmənin nəticələrindən biri də bədənin qurumasıdır. Spirt qəbul etdikdən sonra bədəndə susama ilə birlikdə acma duyğusu da yaranar. İtirilən suya görə gecə yarısı yemək yemə ehtiyacı duyulur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: