Biologiya

Pişiklər niyə nəcislərini basdırır?

Bu davranış pişiklərin təkamül keçmişindən qaynaqlanan instinktiv bir davranışdır. Bunun iki səbəbi var:

Vəhşi pişiklər adətən sahələrini nəcis və sidikləri ilə müəyyən edirlər, beləcə yad heyvanların öz ərazilərinə girmələrinə mane olurlar. Bu səbəbdən vəhşi təbiətdə güclü olan bir pişik (yaquar və ya pələng kimi) ümumiyyətlə öz yeri daxilində nəcisini basdırmır və ətrafda buraxır. Beləcə rəqiblərinə “Mən buradayam” mesajını verir. Amma əgər bir başqasının sahəsində olan və daha gücsüz bir növ o sahədə nəcisləyirsə, nəcisini basdıraraq özünü gizli saxlayır. Müasir ev pişikləri də nəsil xəttində zəif və çəlimsiz pişik qrupu olduqları səbəbindən (əcdadları ilə birlikdə) adətən nəcislərini basdırmağa meyllidirlər və bir instinkt olaraq bu davranış müasir pişiklərə də ötürülmüşdür. Çünki bunu edənlər daha asan gizlənir və yad mühitdəki güclü pişiklər tərəfindən ov olmur. Bu da bizi ikinci səbəbə aparır:

Ovçular öz ovlarını nəcis qoxusundan və yerindən qavraya bilir. Bu səbəbdən zəif pişikkimilər üçün nəcisi ətrafda buraxmaq ciddi səhvdir. Buna görə də vəhşi təbiətdə ov mövqeyindəki bir çox pişikkimilər nəcislərini basdıraraq gizlədir və bu sayədə ovçularından gizlənə bilir. Müasir ev pişikləri də ətrafda ovçu olmamasına baxmayaraq, instinktiv olaraq nəcislərini basdırmağa meyllidirlər və bu sayədə olmayan ovçularından gizlənmiş olurlar. Çox vaxt bizə elə gəlir ki, ev pişikləri davranışlarının tam əksini göstərir, əslində isə hər ev pişiyi öz sahibini güclü və təzyiqçi kimi görür və özünü zəif və təhdid altında hiss edir. Məşhur zooloq və etoloq Desmond Morris’in sözləriylə mövzuya aydınlıq gətirək:

“Narahat edilməyən bir evdə, hər ev pişiyi özünü ev sahiblərinin təzyiqi altındakı bir canlı olaraq hiss edir. Buna görə, normal şərtlər altında, bir çox pişik pişik qumluğuna ya da evin bağçasına öz nəcisini basdıraraq evdəki “ovçudan” özünü qoruyur.”

Qaynaq: Evrim Ağacı

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

1 thought on “Pişiklər niyə nəcislərini basdırır?”

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: