BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Onurğasızların beyni təkamül keçmişinə işarə edir

Amerikalı neyrofizioloqlar onurğasızların beynində cüt struktur olan “göbələkvari bədənlər” üzərində araşdırma aparıblar. Nəzəriyyəyə əsasən, bunlar, öyrənmə qabiliyyəti və yaddaşa cavabdehdirlər.

EcdysozoaLophotrochozoa (spirallılar) tipi və tipüstü beyinlərinin göbələkvari bədənlərinin neyroanatomik və kimyəvi tərkibini öyrənən alimlər, göbələkvari bədənlərdə yerləşən “individual” neyronların oxşarlığını aşkar etməklə yanaşı, həm də bu orqanın müxtəlif həşərat və buğumayaqlılarda eyni təşkil prinsipinə sahib olduğunu aydınlaşdırıblar. Alimlər bütün cəhdlərdə göbələkvari bədənlərdə CD0, Leo, CaMKII kimi zülallara rast gəliblər.

Beləliklə, müxtəlif onurğasızların beyin quruluşunun fundamental birliyinin olduğu təsdiqlənib. Bunun isə yeganə izahı budur ki, bütün bu canlılar keçmişdə, təxminən 600 milyon il əvvəl ortaq əcdada sahib olublar.

Beynin “göbələkvari bədənləri” neyron qatına deyilir, miqdarları 12-ə qədər qalxa bilər. İlk dəfə 1850-ci ildə fransız tədqiqatçısı Feliks Düjarden tərəfindən izahı verilib. Bu orqan, müxtəlif analizatorlardan daxil olan informasiya inteqrasiyasının mərkəzi hesab olunur.

Alimlər bundan sonra da araşdırmalarını davam etdirəcəklərini bildirirlər. Bəlkə də növbəti dəfə onurğalı və onurğasızların beyninin müxtəlif hissələrinin ortaq mənşəyi sübuta yetirilə bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: