Biologiya

Öncədən baş vermiş travmaların sonradan təsirləri


Müşahidələrə görə stressli həyat dövrü keçirən insanların sonradan həyatda baş verən çətinliklər ilə daha yaxşı başa çıxa bilirlər. Həmçinin bu qabiliyyət onların növbəti nəsillərinə də ötürülüb. “Nature Communications“-da dərc edilən araşdırmalar travmaların sonradan necə faydalı ola biləcəyini göstərib.


Heyvanlar üzərində aparılan bir çox araşdırma əvvəllər baş vermiş stressin sonradan həyatda əlavə stress və neqativ davranışlara səbəb ola biləcəyini göstərmişdi. Stresslə qarşılaşan insanlarda adətən sonradan psixi pozğunluq və depressiyalar baş verir. Lakin yüngülvari stress isə sonradan böyük stresslərə qarşı dözümü daha artırır. Bəs, bu stresslərə və psixi pozğunluqlara qarşı dözümlülük sonrakı nəsillərə ötürülə bilərmi?


Bu faydalı effektlərin ötürülə bilinən olduğunu yoxlamaq üçün Zurich Universitetindən Isabelle Mansuyun rəhbərlik etdiyi qrup siçanlar üstündə araşdırma etmişdir. Komanda real həyatda tez-tez baş verən hadisəni, yeni doğulmuş siçanların analarından ayrılması hadisələrini təkrar etdi ki, bu da onlar da stress yaratdı. Sonradan həmin yeni doğulmuş siçanlar stresslənmiş ananın qayğısı altında böyüməyə buraxıldı. Körpələr böyüyüb yetişkin olduqdan sonra onların sonrakı törəmələri və digər stressiz böyümüş siçanların müqayisəsi üçün stress testləri edildi. 


Stresslə böyümüş siçanların balaları stressiz böyümüş uşaqlara nisbətən stress testlərində daha uğurlu idilər. 


Bizim əldə etdiyimiz nəticələr xarici faktorların həyatda sonrakı davranışların dəyişdirdiyini və bu dəyişmələrin sonrakı nəsillərə ötürülə bilinəcəyini göstərdi.

-deyə Mansuy edilən araşdırmanı izah etdi. Bunlar epigenetik dəyişmələrdir. Güclü stress sonrakı nəsillərin beyinlərində neqativ təsirlər yarada bilər, lakin onun bir tərəfdən faydası da vardır. 

Məsələn, stresslə böyüdülmüş siçanların törəmələri bir testdə tez-tez dəyişilən qanunlara digərlərinə nisbətən daha cəld reaksiya vermişdilər. Başqa bir testdə isə siçan su içə bilməsi üçün burnunu bir deşiyə soxmalı idi. Lakin yalnız 6, 12 və 18 saniyəlik intervallarda işıq yanarkən bunu etməli idilər. Ən çətin interval isə 18 saniyəlik interval idi. Çünki hər intervalda siçanlara müxtəlif üsullarla əziyyətlər verilirdi. Yalnız stresslə böyümüş siçanlar və onların törəmələri 18 saniyəlik intervala dözə bildilər.


Stresslə böyümüş siçanların törəmələri öz valideynlərindən ayrı böyüdüldüyündən bu üstünlüklərin molekulyar mexanizm ilə ötürüldüyü anlaşılır. Bu faktorlar stressə qarşı fəaliyyət üçün məsuliyyət daşıyan mineralokortikoid reseptor genlərinə epigentik yolla təsir edir.

Epigenetika – Vikipediya(ing)

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: