BiologiyaTəkamül

“Ölümsüzlük” və “ölümlülük”: Niyə ölürük?

2012-ci ilin fevral ayında Nottinqem universitetində yastı qurdlar üzərinə edilən araşdırmalar nəticəsində hər dəfə özlərinin yeni kopiyalarını yaradıb, bu kopiyalayarın təbii bir ölüm ilə qarşılaşmayacaq şəkildə telomer dediyimiz gen strukturlarını yenilədiyi üçün bu canlıların fərdi olaraq sonsuza qədər yaşaya bildiklərini göstərdilər. Ölüm insanların xüsusilə də elm insanlarının uzun illərdən bəri araşdırdıqları bir sahədir. İndiyə qədər ölüm haqqında bir çox şeylər deyildi, yazıldı, çəkildi. Ancaq xüsusilə Təkamül Biologiyasının güclənməsiylə birlikdə yüksələn müasir elm sayəsində artıq ölümün niyə mövcud olduğunu, mexanizmlərini, necə ortaya çıxdığını və elmi olaraq nə demək olduğunu çox yaxşı bilirik. İnsanların ölümə və ölüm sonrasına yüklədikləri mənalar son dərəcə məqbul bir insani davranışı (təlqin və təsəlli) olmaqla birlikdə elmdən tamamilə uzaqdır. Çünki ölüm son dərəcə sadə bir təbiət mexanizmidir və təbiətdən alınan maddələrin təbiətə geri qayıtmasıdır. Ölümdən “sonra” deyə bir şeydən bəhs edilə bilməz, çünki beynin ölməsiylə birlikdə o canlı üçün artıq “canlılıq” olmur və “ölümü”, “sonrasını”, “zamanı” qəbul etməsinə və bu barədə şərh etməsinə səbəb olan hər şey bitir. Buna görə onsuz da ölümdən “sonrasını” hiss etmənin, təcrübə etmənin, yaşamanın hər hansı bir yolu yoxdur. Son dərəcə sadə bir şəkildə aydın olacağı üzrə ölüm sonrası həyat da insanın qorxularından doğan bir təsəllidən ibarətdir, qulağa hər nə qədər xoş gəlsə də…
Elmi məzmunda baxıldığında ölümün çox normal bir təbii proses olduğu anlaşılacaq. Üstəlik, yalnız Təkamül Biologiyası və Populyasiya Genetikası kimi elm sahələrinin araşdırılması və başa düşülməsiylə qavranıla biləcək bir prosesdir. Çünki ölüm təkamül prosesində canlılar arasındakı mübarizəni tarazlayır. İlkin atalarımızda, yəni tək hüceyrəli koaservatlar və bakteriyalarda belə mübarizə nəticəsində “mexaniki ölüm” dediyimiz halla qarşılaşırıq. Ancaq yenə Təkamül Biologiyasının açıqlamalarına tamamilə uyğun bir şəkildə prokariotların demək olar ki, heç birində “təbii ölüm” hadisəsindən bəhs edə bilmirik. Yəni bunların heç biri bizlər kimi “yaşlanma nəticəsində” ölmürlər. Bu da son dərəcə aydındır, çünki yaşlılıq və bunun nəticəsində təbii olaraq həyatın sona çatması təkamül prosesidə əldə edilmiş, tarazlayıcı bir adaptasiyadır. Təkamül Biologiyasının bizə öyrətdiyi üzrə həyatın bioloji olaraq yalnız 2 məqsədi vardır: həyatda qalmaq və nəsil artırmaq. Buna görə bunu bacarmış bir canlının varlığını davam etdirərək, yeni doğulan canlıların qaynaqlarını istehlak etməsi növün davamlılığı baxımından təhdid edici bir haldır. Buna görə təkamül prosesində qulağa heç xoş gəlməsə də “ölüm” dediyimiz hüceyrələrin dağılması (dekompozisiyası) nəticəsində canlılıq halını itirmə vəziyyəti yaranır. Bu prosesin əldə edilməsi də çox sadə bir mexanizmə əsaslanır:
Qısaca, “ölüm” dediyimiz fakt hüceyrələrimizin hər bir bölünməsi əsnasında DNT-nin uc qisimlərində olan telomer strukturlarının cütləşməyərək hər bir bölünmə nəticəsində canlının hüceyrələrindəki DNT-nin qısalması və bunun nəticəsində bir müddət sonra hüceyrələrin artıq özlərini cütləyə bilməmələri nəticəsində canlılığın (enerjini istifadə edərək aktiv olaraq entropiyaya qarşı mübarizə aparma halının) sonlanmasıdır. Bu məzmunu araşdırdığımızda “ölümsüzlük” anlayışı daha çox aydın olacaq. Hər nə qədər bir çox inanış və düşüncə sistemi inkişafları əsnasında ölüm kimi təbii bir hadisəni də inanclarına uyğunlaşdırmağa çalışmışlarsa da ölüm inancların deyil, təbiətin bir həqiqətidir və yalnız təbii mexanizmlərlə reallaşır. Bənzər şəkildə, bəzi canlıların ölümsüzlüyü də tamamilə təbii proseslərdən ibarətdir. Onsuz da yuxarıda da açıqladığımız üzrə əslində ölüm ölümsüzlükdən təkamülləşmiş bir vəziyyətdir. Elmi xəbərlərdə gördüyümüz bu ölümsüz canlılar da onsuz da təbiətin normalda olan xüsusiyyətini davam etdirən canlılardır. Ölüm dediyimiz kimi tarazlayıcı bir ünsürdür və təkamül prosesində təbiətdə mövcud olan qaynaqların ən məhsuldar şəkildə istehlakını təmin etmək məqsədiylə yaranmışdır. Bu səbəblə əgər ekoloji təzyiqlər altında onsuz da bir növün qaynaqları istehlakı balanslıdırsa, ölümsüz olmasında heç bir fövqəltəbii vəziyyət yoxdur. İndi, elmi bir dünyagörüşü əldə etdiyimizə görə ölümsüzlüyü elmi bir çərçivədə xarakterizə edə bilərik: Ölümsüzlük canlının tək bir fərdinin özünü çoxaldaraq, ölümünə səbəb olacaq telomerlərini yeniləməsi sayəsində əsla təbii ölüm ilə qarşılaşmamasıdır. Bu, eynilə buna bənzəyir: 60 yaşına çatdığınızda tək bir hüceyrənizi özünüzdən müstəqil hala gətirib o hüceyrədən bütün fərdi (özünüzü) yenidən kopiyalayıb (eynilə zigotda olduğu kimi) bu fərdin sizin qaldığınız yerdən həyatınızı davam etdirməsi kimidir. Ancaq buradakı vəziyyət tək bir hüceyrə ilə məhdud deyil. Yastı qurdlar onurğasızların ən ilkin nümunələrindən biridir. Çox ibtidai bir sinir sisteminə sahibdirlər. Qan-dövran sistemləri kompleks deyil. Sanki çoxhüceyrəliliyə yeni atılmış bir addım kimidirlər. Ancaq elm dünyasında bu qədər böyük həyəcan yaratmalarının səbəbi çox hüceyrəli canlılarda ölümsüzlük nümunələrinin müşahidə edilməsidir. Yuxarıda da toxunduğumuz üzrə tək hüceyrəli prokariotlarda ölümsüzlük sadə bir hadisədir. Ancaq çoxhüceyrəlilərdə bunu görmək təəcüblüdür, çünki çoxhüceyrəlilərin kompleks strukturlarının davamlılığının təmin edilməsi çətindir və ayrıca çox hüceyrəlilərin qaynaqları çox daha məhdud olmağa meyllidir. Bütün bunlara baxmayaraq çox hüceyrəlilərdə də özlərini yeniləyib ölümsüzlüyə sahib olan canlılar görmək maraqlıdır. Yaxşı bu canlılar bunu necə edirlər?
Əslində, yuxarıda hadisəni hərtərəfli ələ aldıq və bura yazdıq. Yastı qurdlar da ortadan ikiyə kəsildiklərində özlərinin kəsik tərəflərini tamamlaya bilirlər. Üstəlik, yeni çıxan bu qisim sanki yeni doğulmuş bir yastısoxulcanmış kimi gənc hüceyrələrdən ibarət olur. Buna görə bir yastısoxulcan davamlı ikiyə bölünsə və əskik qisimini tamamlamasına icazə verilsə, hər dəfə gənc və diri hüceyrələr yaradacaq, fərd əsla ölməyəcək. Bioloji ölümsüzlük sadəcə budur. Burada əhəmiyyətli bir nöqtə olaraq qarşımıza “Kopiyanın yaşaması, fərdin özünün yaşamasıdırmı?” sualı çıxa bilər. Bu sual beyin quruluşu inkişaf etmiş növlərdə soruşula bilər (əslində, onlarda da əslində müzakirə ediləcək çox bir şey yoxdur). Lakin bu şəkildə sinir sistemindən haradasa tamamilə məhrum, tamamilə genlərin idarəsində davranışlar sərgiləyən ilkin canlılarda kopiyalayarın davranışları orijinal fərdinkiylə haradasa, tamamilə eyni olacaq. Bu da nəzəri olaraq iki kopiyanın bir-birinin eynisi olması deməkdir. Qaldı ki, burada bəhs edilən kopiyalar deyil! Burada bəhs edilən kəsilən (mitotik bir bölünmədən bəhs etmirik!) bir canlının özünü tamamlayıb həyatını davam etdirməsidir. Əgər ki dilinizin 3-də 1-ə qədəri kəsildiyində yerinə çıxan dil parçasının özünüzə aid olmadığını, başqa bir canlının olduğunu iddia edirsinizsə, bəli, bu canlılar sizə görə bir-birinin eynisi deyil. Ancaq yeni çıxan dil parçası tamamilə sizə aiddir. Bu nümunədə də kəsilən yastısoxulcanın özünü tamamlaması nəticəsində yaranan iki canlı ana canlının eynilə eynisidir. Bu vəziyyətdə kopiya orijinal ilə tamamilə eynidir deyə bilərik rahatlıqla. Əlbəttə, elmdən kənar qaynaqlar bu fikir öz fikirləriylə ziddiyyət təşkil etdiyi üçün bunu da bir çox digər mövzular kimi yozma marağındadır. Buna görə gülünc üsullara baş vurub “Başını əzin, qoparıb atın baxaq yaşayırmı?” kimi cahil yanaşmalar sərgiləyirlər. İkiyə bölündüyündə yaşamağı bacaran bu canlıya bu şəkildə baxmaq belə mənasızkən, biologiyanın nə olduğunu anlamadıqlarını da ortaya qoyurlar. Əlbəttə ki, mexaniki ölüm ilə təbii ölüm arasında fərqlər var. Bir zərbə nəticəsində bütün hüceyrələrin bir anda funksiyasını itirməsi nəticəsində bu canlı əlbəttə ki, öləcək. Və ya bir ovçu bu yastısoxulcanı yeyib həzm etdiyində canlı əlbəttə ki, öləcək. Burada bəhs edilən bu tip ölüm deyil. Hüceyrələrin yaşlanması nəticəsində artıq özlərini kopiyalama xüsusiyyətlərini itirərək ölmələridir. Və ancaq bu baxımdan bu canlılar ölümsüzdür. Bu mövzuda bir başqa çətinlik də yenə elmdən anlayışı olmayan kəslərin bu həqiqətləri “boş söz” olaraq qiymətləndirmələridir. Unutmamaq lazımdır ki, bir mövzunu almamağımız o mövzunun həqiqi olmadığı demək deyil, olsa-olsa məlumat sahəmiz bunu anlayacaq qədər geniş olmadığı deməkdir. Bu xəbərlərin hamısı elmi məqalələrlə birlikdə beynəlxalq komitələrdən keçərək nəşr olunan xəbərlərdir. Üstəlik, sınağı da pulsuzdur. Evinizdə bir yastı soxulcan ilə lazımlı mikrobiologiya və genetik məlumat əldə edərək bu təcrübələri təkrar edə bilərsiniz. Dediklərimizin əks ilə qarşılaşsanız, siz də elmi bir müvəffəqiyyət əldə etmiş olarsınız. Ancaq oturduğu yerdən kimlərinsə atıb-tutması “müzakirə” nümunəsi deyil, “cəhalət” nümunəsidir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: