Biologiya

Ölümə yaxın hadisələr: Beyin açardır.


Qəbul olunmuş fikirlərə əsasən, ölümdən öncəki anlarda ürək mərkəzi rol oynayır. Belə ki, ürəyin döyünməsi və qan fəaliyyəti dayandıqca, bədənin geri qalan hissəsi tədricən sönür. Lakin yeni tədqiqat bu görüşün yanlış ola biləcəyini söyləyir.

Elm adamları siçovulların oksigen çatışmazlığı nəticəsində ölməsindən öncəki anlarda ürək və beyin fəaliyyətlərini öyrənmiş və beyinlərindən ürəklərinə kəskin zərərə və ölümünə səbəb olan siqnallar axını göndərdiyi aşkar etmişlər. Tədqiqatçılar bu siqnalların qarşısını aldıqda, ürək daha uzun müddətə sağ qalmışdır.

PNAS (Milli Elmlər Akademiyasının Araşdırmaları) jurnalında dərc edilmiş araşdırmaya əsasən, əgər oxşar proses insanlarda da baş verərsə, o zaman insanları ürəkləri dayandıqdan sonra beyindən gələn həmin siqnallar tufanının qarşısını almaqla xilas etmək mümkün ola bilər.

Ann Arbordakı Miçiqan Universitetinin Tibb Məktəbinin nevroloqu, tədqiqatın həmmüəllifi Jimo Borjigin deyir ki, insanlar ”əgər ürəyi xilas etsən, beyini də xilas edəcəksən” düşüncəsi ilə təbii olaraq ürəyə fokuslanırlar.

Lakin onun komandası təəccüblü nəticə əldə etmişlər. Borjigin “ürəyi xilas etmək üçün ürəklə beyin arasındakı kimyəvi əlaqəni kəsməklə onları ayırmalısınız” demiş və bunu da əlavə etmişdir ki, tapıntı “demək olar, bütün təcili tibbi metodlara qarşıdır”.

Hər il 400,000-dən çox Amerikalı ürək dayanması ilə üzləşir. Amerika Ürək Assosiasiyanına (AHA) əsasən, hətta tibbi müalicə ilə belə onların yalnız 10 faizinə yaxın bir hissəsi xilas ola və xəstəxanadan sağlam ayrıla bilirlər.

Tədqiqatçılar oksigensiz bir neçə dəqiqə qaldıqda nəyə görə əvvəl sağlam olan insanın ürəyinin birdən-birə funksionallığını tamamilə dayandırması sualını da ünvanlayırlar.

Öz növbəsində ürək dayanması yaşayan şəxsin şüurunu itirdiyi və heç bir həyat işarəsi göstərmədiyi zaman belə beyin aktiv olmağa davam edir. 2013-cü ildə PNAS jurnalında dərc edilmiş əvvəlki araşdırmada, Borjigin və onun həmkarları ürək öldükcə onun beyindən gələn və böyük ehtimalla, ümidsiz cəhdlə ürəyi xilas etməyə çalışan siqnallar axınını qəbul etdiyini aşkarlamışdılar.


Borjigin bu siqnallar barajının bəzi insanların ölümə-yaxın olaylar yaşamasına səbəb ola biləcəyini qeyd etmişdi.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: