BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Oksigen artımı ilk ətyeyənləri təkamülləşdirdi

Oksigen olmadan, ətyeyənlər (karnivorlar) olmazdı. Ətyeyənlər olmadan, 540 milyon il əvvəl növlərdə yaşanan möhtəşəm təkamül artımları, bədən strukturlarını təkamülləşdirən, Kembri Partlayışı adlandırılan hadisə olmazdı.

Bunlar, Kembri partlayışı ilə ətyeyənlərin niyə eyni dövrdə meydana gəldiyi mövzusundakı müzakirə edilən iddiaları bir-birinə bağlayan tədqiqatın tapıntılarıdır. İndiyə qədər bir qrup alim artan oksigen səviyyəsinin heyvanlara əlavə enerji verdiyini və beləcə heyvanların mürəkkəb bədən quruluşları inkişaf etdirdiklərini iddia edirdilər. Bir digər qrup isə heyvanlar arasındakı rəqabətin yeni növlərin yaranmasına səbəb olduğunu düşünürdü.

Harvard Universitetindən olan doktorant vəzifəlisi Erik Sperling deyir: 

“Bu mübahisələr həmişə var idi. Hər bir tərəf öz versiyasına güvənir, bu da elmdə olduqca normal haldır.”


Lakin Sperling 20 milyon illik, həyat ağacının ilk mərhələrinin meydana gəldiyi dövrün, yəni Kembri partlayışının ortaya çıxmasına səbəb kimi iddia edilən iki faktorun bir-birinə uyğun olduğunu düşünür. Tapıntılar National Academy of Sciences jurnalının “Gündəlik Yeniliklər” bölməsində, 30 iyul 2013 tarixində yayımlandı.

Sperling və həmkarları, Kembri partlayışından əvvəl Yerin okean şərtlərini izah edən mühiti araşdırdılar. Bunlar, az oksigenli, normal səviyyənin onda biri qədər aşağı (Prekambri dövrü ilə eyni) ərazilər idi. Qayalar üzərindəki geokimyəvi izlər Kembri partlayışı əsnasında, okeanlarda oksigen səviyyəsində dramatik artım olduğunu göstərir. Elm adamları səbəbin nə olduğunu hələ ki bilmirlər. Sperling bunları deyir:

“Hal-hazırda az oksigen olan ərazilərdə, oksigen miqdarına bağlı olaraq ya bir neçə etyeyən növü yaşayır, ya da ümumiyyətlə yoxdur. Bu, Prekambri dövrünün oksigeni az olan okeanlarında olduqca az sayda ətyeyən yaşamış olduğunu göstərir.”


“Az miqdarda oksigen olan ərazilədə canlılar bakteriya, ya da Prekambridən əldə edilən nadir fosillərdəkinə oxşar kiçik heyvanlara bənzəyir. Bu ərazilərdə yaşayan canlılar ya qurudan düşən tullantıları yeyir, ya da su üzərinəki bakteriyaları. Bioloji müxtəliflik faizi olduqca aşağıdır. – Lisa Levin açıqlama verir (La Jolla, Kalifroniyada yerləşən Scripps Okeanoqrafiya İnstitutundan olan okeanoloq).


Lakin kiçik ətyeyənlər oksigen səviyyələrinin artmağa başladığı mühitləri işğal edirlər. Artıq elm adamları, bu oksigen artımının ətyeyənləri meydana gətirdiyi iddiasının, əvvəlki, o dövrdə ov arxasında qaçaraq təkmilləşdikləri irəli sürülən iddianı əvəz edə biləcəyini hesab edirlər. Fosil qeydlərində ilk heyvanlar Kembri dövründən 200 milyon il əvvəl təkamülləşmişdi, lakin fosil və molekulyar dəlillər ətlə qidalanmağın Kembridən əvvəl meydana gəlmədiyini göstərir.

Kembri partlayışı əsnasında heyvanlar, sürünən plankton kimi orqanizmlərdən faydalanmışdırlar, həmçinin daha iri ovları qavramaq və yeyə bilmək üçün çənə quruluşunu inkişaf etdirmək məcburiyyətində qalmışdırlar. Bu hadisə sərt bədən quruluşlarını və çanaqbənzəri formaları meydana gətirmişdir. Sperling, hal-hazırki vəziyyəti, keçmişi anlamaq üçün istifadə edilməsinin Kembri partlayışı haqqında yeni məlumatlar verəcəyinə ümid edir. Belə deyir:

“Müasir dövrün az oksigenli ərazilərini müşahidə etmək bizə, bu hadisədə oksigen səbəbinin olub-olmadığına dair məlumatlar verir. Əgər müəyyən bir oksigen artımı həqiqətən də olmuşdursa, əldə edəcəyimiz kəşf yəqin ki budur.”


İstinad: LiveScience

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: