Biologiya

Müasir növyaranma və təkamül nümunələri

Mövzu ilə əlaqədar yüzlərlə nümunə göstərmək olar. Bunlardan bir neçə müasir növyaranma nümunəsini sizlərlə bölüşmək istəyirik. Gələcəkdə siyahını bir az da genişlədə bilərik:

1) 1958-1963-cü illər arasında Drosphila paulistorum adlı bir növə aid iki populyasiya, süni seçmə nəticəsində o qədər fərqliləşdi ki, bu illər ərzində iki növə ayrılaraq əvvəllər tamamilə məhsuldar balalar törədərkən, qısır hibridlər törətməyə başladılar. Eyni növdən olmalarına baxmayaraq bir-birlərinə olan cinsi uyğunluqları azalmağa başladı. Bu, Nature jurnalının 1971-ci ildəki bir sayında məşhur Nəzəri Təkamül Bioloqları Theodius Dobzhansky və Pavlovsky tərəfindən nəşr olundu (23: 289-292).

2) 1967-ci ildə Evolution jurnalında (21: 713-719) Doskuin tərəfindən yazılan bir məqaləyə əsasən Epilobium angustifolium adıyla tanınan bir bitki növü, xromosomal cütlənmənin qorunması nəticəsində (poliplodiya) əcdadlarıyla artıq cütləşə bilməyən yeni bir növ meydana gətirdi.

3) Stanley’in 1979-cu ildə “Macroevolution: Pattern and Process” adlı kitabının 41-ci səhifəsində açıqladığı kimi Farer Adalarında yaşayan bir ev siçanı növü daha əvvəl adaya Avropalılar tərəfindən gətirilən adi ev siçanından, 250 ildən az bir müddətdə təkamülləşdi və morfoloji olaraq ciddi fərqliləşmələr fonunda cinsi istəksizlik və məcbur etmələrə qarşı əcdad növlə cütləşməmə vəziyyəti müşahidə olundu.

4) Məşhur Təkamül Bioloqu Ernst Mayr’ın “Populations, Species and Evolution” adlı kitabının 348-ci səhifəsində açıqladığı kimi, Nagubago gölündə yaşayan Sihlid Balıqlarına aid 5 yeni növ son 4000 il iərzində əcdad növdən təkamülləşdi. Təkamülləşmə lokal izolyasiya nəticəsində meydana gəldi. Növyaranma prosesi nəticəsində yeni növlər əcdadlarıyla cütləşə bilməməyə başladılar və morfoloji olaraq dəyişildilər. Kənar müdaxilə nəticəsində bəzi balalar doğulsa belə, bunların qısır olduğu aydın oldu.


5) Yemlik bitkisi, Amerikaya Avropadan 20-ci əsrin əvvəllərində gətirildi. Bir neçə on ildə bitki bütün Qərbi Amerikaya yayıldı. Yayıldığı yeni yerlərdə növyaranma prosesi müşahisə edildi və 1940-cı illərdə, yəni bir neçə on ilə ilk gətirilən bitkilərlə (əcdadları ilə) cütləşə bilməməyə, cütləşsə belə qısır döllər verməyə başladı. Bu tarixdə Vaşinqtonda da iki yeni yemlik növünün təkamülləşdiyi aydın oldu. Bu iki yeni növün isə eynilə Qərbi Amerikadakı hibridlər kimi göründüyü, lakin onlarla cütləşdirilmə müdaxiləsi edildikdə qısır döllər verdiyi aydın oldu. Bu növləşmə hadisəsi, Scientific American jurnalının 1989 fevral nəşrinin 22-ci səhifəsində “A Breed Apart” başlığıyla nəşr olundu.

6) 1800-cü illərin ortalarında Rhagoletis pomonella adlı bir milçək növü yalnız Şimali Amerikada olan yemişan (hawthorn) üzərində yaşayır, cütləşir və yumurtalarını qoyurdu. Amma bundan 150 il əvvəl avropalılar Şimali Amerikaya alma ağaclarını gətirmişdi. Bundan sonra, Rhagoletis‘lərin bir hissəsi digərləri ilə eyni mühitdə yetişən alma ağacları üzərində yaşamağa başladı. Bunun səbəbi alma ağaclarının yemişan bitkisi ilə olduqca yaxın qohumluğunun olmasıdır. İndi əhəmiyyətli bir fərqə nəzər yetirmək lazımdır: Alma yemişanla müqayisədə fərqli qoxu verirdi və mövsümi yetkinləşmə dövrü yemişanı qabaqlayırdı.

Alma ağacları yeni bir həyat sahəsi olduğu və hələ ələ keçirilmədiyi üçün ağaclar üzərinə yerləşən Rhagoletis‘lər qısa bir müddətdə azadlıq üstünlüklərini istifadə edərək saylarını artırdılar və alma ağacının qoxusunu seçim edə və almanın yerişdiyi dövrdə yumurtalarını qoyaraq dəyişilməyə başladılar. Digər tərəfdə isə yemişan üzərində yaşayanlar həyatlarını əvvəllər olduğu kimi davam etdirirdilər.

Hal-hazırda Şimali Amerikada iki qrup Rhagoletis pomonella yaşayır. Bir qrup yumurtalarını ancaq yemişan üzərindəki meyvələrə qoyur, digər qrup isə ancaq alma ağacları üzərinə. Bundan başqa bu iki bitkinin yetkinləşmə dövrləri bir-birindən fərqli olduğuna görə aralarında coğrafi izolyasiyaya bağlı olmadan ibarət olan cinsi izolyasiya meydana gəlmişdir – yəni iki qrup (variasiya, növ) bir-biri ilə uzun illərdir cütləşmir və hər zaman öz aralarında cütləşirlər. Halbuki ağaclar çox vaxt yaxın bölgələrdə olur.


Tədqiqatçılar bu iki qrupun bir-birindən hər ötən il daha da uzaqlaşdığını və növyaranma yolunda getdiklərini düşünürlər. Hətta artıq bunlara iki fərqli alt növ olaraq baxan alimlər belə var. Çünki bu iki qrupun sürfəyə çevrilmə zamanı, böyümə sürətləri və s. xüsusiyyətləri olduqca fərqliləşib. Belə ki, bir parazit növü yalnız alma üzərindəki qrupa təsir edə bilir, digər qrupa təsir edə bilmir – bu da genetik fərqliləşməyə gətirib çıxarır. Bu, simpatrik növyaranmaya aid gözəl nümunədir.

7) Viruslar və bakteriyalar ən aktual təkamülləşmə nümunələridir. Məsələn HIV virusu 1930-cu illərdə ilk dəfə ortaya çıxmış və 1940-cı illərdə növyaranmaya uğrayaraq HIV-1 və HIV-2 növlərinə ayrılmışdır. Sonradan aparılan bir neçə araşdırma isə bu iki növün bir-birindən ayrı təkamülləşdiyini və insanı yoluxdurduğunu göstərmişdir. Bu, coğrafi izolyasiyadan və yüksək mutasiya sürətindən qaynaqlanır. Daha sonra virus təkamülləşməyə davam etmiş və alt növlərə ayrılmışdır (yəni başqa növyaranmalar də başlamış, lakin indiki vaxtda bunlar tamamlanmamışdır, təkamülləşmə mərhələsindədir). HIV-1-in onlarla alt növünün hamısı Afrikada var; yalnız bir neçə alt növü Şimal Amerika və Avropada da görülür. Məsələn HIV-1B alt növü 1990-cı ilin əvvəlində Tailanddakı üstün növdür. Daha sonra təbii seçmə ilə uduzmuş və yerini HIV-1E alt növünə vermişdir. Rusiyada HIV-1-in 4 alt növü vardır. HIV-1 və HIV-2 arasında qətiyyə gen transferi olmur, amma alt növlər arasında transfer reallaşa bilər. Bəzi insanlar iki virus növünü də daşıyır və heç vaxt bu, iki virusun hibridi ola bilməz. Mövzuyla maraqlananlar üçün Steve Jones’in “Haradasa Bir Balina” adlı kitabını tövsiyə edirik.

8) 1991-ci ildə Canadian Journal of Zoology‘nin 68-ci sayının 1747-1760-cı səhifələri arasında Bullini və Nascetti’nin izah etdiyi kimi Phasmatodea dəstəsinə aid bəzi həşəratlar arasında növyaranma meydana gəlmişdir və populyasiyalar bir-biriylə cütləşə bilməyəcək qədər fərqliləşmişdir.

9) Australian Journal of Zoology jurnalının 37-ci sayının 351-353-cü səhifələri arasındakı məqalədə Sharman, Close və Maynes’in izah etdiyi kimi qaya valabilərində (Petrogale cinsi) növləşmə müşahidə olunmuşdur.

10) Evolution jurnalının 45-ci sayının 757-764-cü səhifələri arasında Spooner və digərlərinin izah etdiyi kimi Solanum raphanifolium növünün iki yeni növə təkamülləşdiyi və bu iki yeni növün bir-biriylə cütləşə bilməyəcək qədər fərqliləşdiyi təyin olunmuşdur.

11) 1987-ci ildə nəşr olunan, Yosida’nın “Cytokinetics of the Black Rat” adlı kitabında Rattus cinsindən olan siçanlara ilk olaraq təxminən 5-ci əsrdə rast gəlindiyi və indiki vaxtda bu cinsə aid 137 növ olduğu ətraflışəkildə göstərilir.

12) American Journal of Botany‘nin 60-cı sayında Gottlieb’in izah etdiyi kimi Stephanomeria malheurensis adlı bir bitki Oregonun Burns qəsəbəsində bir neçə on ilə iki yeni növə təkamülləşmişdir və bu bitkilər hal-hazırda bir-biriylə cütləşə bilmir.

13) 1940-cı illərdə Primula bitkisi iki yeni növə təkamülləşmişdir və bu növlərdən sıfırdan təkamülləşən qrupa Primula kewensis adı verilmişdir. Bu, 1950-ci ildə Stebbins tərəfindən yazılan “Variation and Evolution en Plants” adlı kitabda izah olunur.

14) 1988-ci ildə American Naturalist jurnalında (131: 911) dərc edilən bir məqaləyə əsasən 2 alim Drosophila melanogaster növündən olan meyvə milçəklərini təcrid edərək cəmi 25 nəsil ərzində 2 yeni növ əldə etmişdir. Bu növlər bir-biriylə məhsuldar döllər verə bilmir.


Siyahını uzatmaq olar… Amma mövzunu hələlik bu sözlərlə nöqtələyək: Təkcə 1987-1991 illər arasında dərc edilmiş məqalələrdə 100-dən çox yeni və müasir növyaranma nümunəsi aşkar edilmiş və müxtəlif elmi jurnallarda yayımlanmışdır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: