Beyin/PsixologiyaBiologiya

Masturbasiya; zərərləri və faydaları

Masturbasiya demək olar ki, bütün cəmiyyətlərdə hələ də tabu olan bir mövzudur

Masturbasiya demək olar ki, bütün cəmiyyətlərdə hələ də tabu olan bir mövzudur. Şəxsin özünə toxunması, özünü cinsi olaraq təmin etməsi, öz cinsi ehtiyaclarını tərəf müqabili olmadan aradan qaldırmağa çalışması, cəmiyyətdə “qadağan” kimi qəbul edilən mövzulardan biridir. Yazıda bu tabuları ələ almağı, elmi olaraq analiz etməyi və mümkün qədər mövzu haqqındakı müzakirələri gündəmə gətirərək bu “tabu” statusunu yıxmağı düşünürük. Beləcə insanların utanıb çəkinəcəyi heç bir şey olmadığını, bunların son dərəcə adi bioloji hadisələr olduğunu bilməkləri mümkün ola bilər. Gəlin bu məqalədə masturbasiyanın nə olduğuna, təkamül nöqteyi nəzərdən mənşəyi, insana faydası və ya zərərləri olub olmadığına bir göz ataq.

 

Masturbasiya bir canlının öz cinsi orqanlarını tətikləyərək orqazm nöqtəsinə qədər çatmasına verilən addır. Normalda seks üçün iki fərd lazım olarkən, masturbasiya fərdin tək başına edə biləcəyi cinsi bir fəaliyyətdir. Digər tərəfdən bir növ avto-erotizm fəaliyyəti olan masturbasiya, fərdlərin cinsi əlaqə qurmadan, qarşılıqlı olaraq da edə biləcəkləri bir hadisədir. Yəni “kopulasyon” (cinsi birləşmə) deyilən hadisə olmadan yaşanan cinsi fəaliyyətlərdə masturbasiya əhəmiyyətli bir hissə olaraq qarşımıza çıxır.

Təbiətdə Mastrubasiya

Masturbasiya o qədər də qeyri-adi bir hadisə deyil və heyvan araşdırmaçıları tərəfindən “çoxalma məqsədi olmayan cinsi davranış” olaraq təyin olunur. Təbiətdəki bir çox hadisə kimi, masturbasiyda ilk olaraq insanda təkamül keçirmiş bir hadisə deyil; heyvanların bir çoxu masturbasiya ilə məşğul olurlar.

 

Masturbasiya, heyvanların dişilərində və erkəklərində ümumi olaraq oxşar bir şəkildə edilir. Sözün etimologiyası araşdırıldığı zaman latınca “əllə narahat etmək” mənasını verən “manus turbare” sözündən törəmişdir. Burdan da aydın olduğu kimi, dişilərdə də, erkəklərdə də masturbasiya cinsi orqanların ümumiyyətlə əl ilə xəbərdar edilməsiylə edilir, ancaq bəzən xüsusilə yüksək zəkaya sahib məməlilərdə (məsələn şimpanzelər, bonobolar, insanlar kimi primatlarda) müxtəlif obyektlərdən istifadə edərək də edə bilərlər. Xüsusilə insan növü müxtəlif vasitələr istifadə edərək çox müxtəlif fantaziyalar tətbiq edir. Qadınların 53%nin, kişilərin 17%nin vibrator istifadə edərək masturbasiya etdiyi bilinir.

 

Lakin digər heyvanlar da bu mövzuda geri qalmırlar: Delfinlərin ölü balıqların bədənlərindən istifadə edərək və ya penislərinin ətrafına ilan balıqlarını dolayaraq masturbasiya etdiyinin qeydləri var. Insanlarınkına oxşar şəkildə avto-erotizm və mastubasiyanın müşahidə edildiyi heyvanlardan itlər, marallar, gərgədanlar və təbii ki müxtəlif meymun növləri gəlir. Bundan başqa atlarda, keçi, aslanlarda, vampir yarasalarda, quşlarda da masturbasiyaya rast gəlinmişdir. Ancaq insanların masturbasiya davranışları digər heyvanlardan nəzərə çarpacaq dərəcədə ayrılır.

 

Necə tətbiq olunursa olunsun əsas məqsəd cinsi orqanları xəbərdar edərək seksin verdiyi hissin beyin tərəfindən oyandırılması və bu sayədə həqiqətən cinsi əlaqəyə girmədən beyində xoşbəxtlik hormonlarını ifraz etməkdir . Bu baxımdan araşdırıldığı zaman təbiətdə sıx halda görülməsi çox da təəccüblü olmayacaq. Mastubasiyanın təkamül keçmişinə biraz sonra qayıdacağıq.

 

Aparılan araşdırmalar heyvanların daxilində dişilər ilə erkəklər arasında masturbasiya etməyin eyni olduğunu göstərmişdir. Təəssüf ki, ölkəmizdə seks ciddi bir tabu olduğu üçün və kişilər daha rahat və azad bir mövqedə tutulduqları üçün, masturbasiya kimi sekslə əlaqədar mövzular da yalnız kişilərin edə bildiyi bir hal kimi qəbul edir. Halbuki masturbasiya, həm dişilərin həm də erkəklərin etdiyi bir fəaliyyətdir. Belə ki, qadınların 40%in seks yerinə masturubasiyanı seçim etdiyi belə məlumdur!

 

Ölkəmizdən bu mövzuda statistika tapmaq birazca çətindir, ancaq ABŞ-da edilən araşdırmalar 30 yaşına qədər qadınların 80%dən çoxunun, ümumiyyətlə isə bütün qadınların 94%in həyatlarında ən az 1 dəfə masturbasiya etdiyini göstərmişdir. 18-50 yaş arası hər 5 qadından 1-i hər ay ən az 1 dəfə masturbasiya edir. 30 yaşa qədər kişilərdə ən az 1 dəfə masturbasiya etməklərinin nisbəti 93.4%dir. Ümumi baxdığımız zaman isə, Amerikalıların 78%i həyatlarının bir mərhələsində masturbasiya etmişdir. Bu statistikaların ölkəmizdə nəzərə çarpacaq dərəcədə fərqli çıxması üçün heç bir səbəb yoxdur.

 

Dünya səviyyəsində baxdığımız zaman da bənzər bir vəziyyətlə qarşılaşırıq. 2007-ci ildə Britanyada edilən bir araşdırmaya görə 16-44 yaş arası kişilərin 95%i eyni yaş aralığındakı qadınların 71%i masturbasiya edir. Bu sorğuya qatılan kişilərin 73%i, qadınların isə 37%i sorğunun təşkil edildiyi tarix ilə 4 həftə əvvəl arasında son dəfə masturbasiya etdiklərini ifadə etmişlər. Eyni sorğuya görə, kişilərin 53%i, qadınların isə 18%i anketin edildiyi gün ilə sorğudan 7 gün əvvəl arasında masturbasiya etdiklərini ifadə etmişlər. Ümumi olaraq, kişilərin 40%i, qadınların isə 22%in gündəlik olaraq masturbasiya etdiyi düşünülür. Kişilərin 55%i, qadınların 48%i hər həftə ən az 1 dəfə masturbasiya etdiyini göstərən araşdırmalar mövcuddur.

 

Mastrubasiya faydalıdır yoxsa zərərli?

Elmi olaraq ələ aldığımız zaman indiki vaxtda həkimlərin və psixoloqların əksəriyyəti tərəfindən masturbasiya normal və sağlam bir davranış olaraq təyin olunur. Mastubasiyanın ümumi faydalarına və sağlamlıq üzərindəki müsbət təsirləri istiqamətli əldə edilən məlumatlar yanaşı, bəzi təcrid edici hadisələrdə görülən zərərlərə və mənfi təsirlərə qarşı əldə edilən məlumatlar azdır. Bu səbəbdən fasilələrlə gündəmə gələn və masturubasiyanı xüsusilə də dini səbəblərlə tənqid etməyə çalışan tərəflərin etibarlılığı yoxdur. Bir çoxu səhv səbəb-nəticə əlaqələri və elmi məlumatların əksik çatdırılması üzərinə qurulan arqumentlərdir. Geri qalan tənqidlər isə onsuz da tibbi terminologiya çərçivəsində “problemli” olaraq təyin olunan şərtlərin sanki masturbasiya edən hər kəsin problemi kimi ümumiləşdirilməsindən qaynaqlanır.

 

Mastubasiyanın səhətə zərərli olmasının əsas səbəbi seksin süni olaraq edilməsidir . Seksin özü son dərəcə səhətlərimiz üçün sağlam olduğu üçün, masturbasiyanın da ümumi olaraq zərərsiz görə bilərik. Ancaq başa düşülməlidir ki seks hər zaman əlçatan bir davranış deyil. Bu səbəblə masturbasiyanın bir davranış olaraq təkamül səbəbi də asan aydın ola bilər. Ancaq təkamül mənşəyinə girmədən əvvəl sağlamlıqla əlaqəsini açıqlamaq istəyirik, belə ki, təkamül müddətində niyə təbiət tərəfindən dəstəkləndiyini daha asan anlaya bilərik.

 

Aparılan araşdırmalar, masturbasiyanın faydalarıyla əlaqədar bir çox məlumata çatmağımızı təmin etmişdir. Məsələn masturbasiyanın depresiyanı azaltdığı və adamın özünə inamını artırdığı Gale Uşaq Sağlamlığı Ensklopediyasının 2006-ci il çapında bir araşdırmada yer alır. Eyni zamanda cinsiyyətlər arası ictimai tarazlığı təmin etmək mövzusunda da faydaları olduğu bilinir. Məsələn tərəflərdən birinin digərinə görə seksə daha düşkün olduğu vəziyyətlərdə masturbasiya yersiz istəklərdən ortaya çıxan qarşıdurmalarının qabağını kəsən bir ünsürdür. Bunun yanında qarşılıqlı masturbasiya (seks etmədən cütlərin bir-birlərinə masturbasiya etməkəri), cinsi birləşmə reallaşmadan fərdlərin xəbərdar edilmə bölgələrini tapmalarını təmin edir. Beləcə cinsi birləşmə əsnasında tərəflərin daha çox zövq alması təmin edilir.

 

1997-ci ildə edilmiş bir araşdırma həftədə orta hesabla 5-7 dəfə masturbasiya edən insanlarda ürək infarktı,nekroz, miokard iskemi risklərinin azaldığını göstərmişdir. 2003-ci ildə Graham Giles Avstraliya Xərçəng Şurasının etdiyi bir araşdırmaya görə nizamlı masturbasiya edən insanların prostat xərçənginə tutulma ehtimalları azalır. Xüsusilə 20 yaşda həftədə 5 ya da daha çox masturbasiya edən (və ya ümumi olaraq boşalan) kəslərdə bu risk minimuma enir. Ancaq bu say şişirdildiyi zaman xərçəngə tutulma nisbətinin artdığı 2008-ci ildə edilən bir araşdırmayla göstərilmişdir. Eyni zamanda masturbasiya edən kəslərin sırf bu hissi yaşamaq üçün tanımadıqları insanlarla seks edərək Cinsi Yolla Keçən Xəstəliklərə (CYBH) tutulma riskləri azdır. Yenə 2008-ci ildə Təbriz Tibb Universiteti tərəfindən edilən bir araşdırmaya görə nizamlı edilən masturbasiya, yığılmış damarların və tənəffüs yollarının açılmasını və açıq tutulmasını təmin edir. Bunların yanında, masturbasiya sayəsində cinsi birləşmə miqdarı azaldılaraq istənilməyən doğuşların da qarşısı alınır. Son olaraq 2009-ci ildə Amsterdamda olan Avropa İnsan Artımı və Embriologiya Cəmiyyəti tərəfindən edilən bir araşdırmaya görə masturbasiya və ya seks yoluyla nizamlı boşalmaq, sperma keyfiyyətini və hərəkətliliyini artırır, bu da cinsi gücün artması deməkdir.

 

 

Mastrubasiyanın zərəri varmı?

Praktik olaraq xeyr, mastbrbasiyanın bu günə qədər ümumi keçərli bir şəkildə zərərli olduğunu iddia edəcəyimiz qədər etibarlı araşdırma məlumatı yoxdur. Ancaq “həddindən artıq masturbasiyanın” mövzusu birazca daha ətraflı toxunmaq faydalı olacaq.

 

Əvvəlcə həddindən artıq masturbasiyanın nə olduğunu təyin etmək lazımdır. Ancaq bu asan deyil, çünki ümumi bir nəticə yoxdur. Mütəxəssislər, şəxsin masturbasiya əsnasında və sonrasında özlərini necə hiss etdikləri ilə bağlı olaraq bunu təyin etmək lazım olduğunu bildirirlər. Ümumi olaraq gündə bir dəfədən çox masturbasiya etmək “çox” ola bilər, ancaq əgər ki bunu edərkən ümumi olaraq özünüzü xoşbəxt, rahatlamış və dinc hiss edirsinizsə problem yoxdur. Ehtimalla bu sıx vəziyyət sizin üçün zərərli deyil. Çünki müəyyən bir say üzərində masturbasiya etmək bədənə zərərlidir kimi bir qayda yoxdur. Elmi araşdırmalarda buna istiqamətli heç bir məlumat yoxdur! Ancaq əgər ki masturbasiya etməyiniz görə partnyorunuza və ya işinizə vaxt ayıra bilmirsinizsə, çətinliyə düşdüyünüzü hiss edirsinizsə ya da cinsi doyuma çata bilmədiyinizi fərq edirsinizsə yəqin ki, bir çətinlik ola bilər və bir psixoloqla görüşə bilərsiniz. Bu səbəbdən masturbasiyanın həddindən artıq olub olmadığı fərddən fərdə dəyişir.

 

Ancaq deyək ki siz həddindən artıq tez-tez masturbasiya etdiyinizi düşünürsünüz. Nizamlı olaraq edildiyi zaman son dərəcə faydalı olan masturbasiya, həddindən artıq etdiyiniz zaman bəzi problemlərə səbəb ola bilir. Çünki masturbasiyadan əldə edilməyən doyum, insanları fərqli yollara salar. Bunların başında xüsusilə insanların masturbasiya edərkən istifadə etdikləri vasitələrin cinsi orqanlarına sıxışması problemi gəlir. Bu vəziyyət kişilərdə də qadınlarda da tez tez görülüb. Bəzi insanlar masturbasiyadan aldıqları zövqü artırmaq üçün bədənlərinə böyük obyektlər daxil etmək və ya penislerini təhlükəli obyektlərin içinə daxil edirlər. Bu kimi vəziyyətlərdə xəsarətlə, cırılmalar və qopmalar baş verə bilər, ancaq “normal masturbasiya” davranışı çərçivəsində nəzərə çarpan bir problemin təsbit edilmədiyin deyə bilərik.

 

Həddindən artıq masturbasiya edən kişilərdə “penis qırılması” olaraq bilinən xəsarətin meydana gəlmə ehtimalı baş verə bilir. Ayrıca yenə kişilərdə, həddindən artıq vəziyyətlərdə Peyroni xəstəliyinə tutulma şansı son illərdə artmışdır. Bu xəstəlikdə, penisdə olan bağ toxumaları xəsarət görər və həddindən artıq acı, penisdə anormal qıvrımlar, yaralar və penisin uzunluğunda qısalma müşahidə edilir. Kişilərin 10%də bu xəstəliyin olduğu bilinir.

 

Nəticə olaraq həddindən artıq masturbasiyanın ümumi tibbi yan təsirləri arasında bunları qeyd edə bilərik:

-xroniki yorğunluq
-kürək ağrısı
-saçların tökülməsi
-zəif ereksiya halı
-erkən boşalma
-gözlərdə nəmlənmə və qeyri-səlis görüş
-xaya ağrıları
-büzdüm və əzələlərdə qısalma
-unutqanlıq və müvəqqəti yaddaş itkisi

Gördüyünüz kimi, bunların hamısı son qarşımıza çıxan problemlərdəndir. Bu problemləri populyasiyasının ümumisinə şamil etmək olmaz. Masturbasiyanın sağlamlıq faydalarının qarşısında bu aşağı problemlər göz ardı etmək olar. Həmçinin hər davranış müəyyən bir risk ilə birlikdə gəlir və canlılar əldə edəcəkləri faydalara qarşılıq bu riski gözə alırlar. Seksin özü belə risksiz deyil.

 

Təkamül perspektivlikdən mastrubasiya

Bütün bunlar düşünüldüyü zaman, təkamül müddətində masturbasiyanın inkişafının təbiət tərəfindən dəstəklənməsinin səbəbi asanca görüləcək: Masturbasiya, cinsi həyatı təşkil edən ünsürlərdən biridir. Bu səbəbdən masturbasiya edən, daha doğrusu beyni bu şəkildə də zövq ala bilən növlər cinsi baxımdan daha müvəffəqiyyətli və dinc olacaq. Bu da onların həyatda qalmaq və törəmə mövzusundakı müvəffəqiyyətlərini artıracaqdır.

 

Təəssüf ki, təkamül müddətində hansı nöqtədə masturbasiyanın başladığını tam olaraq bilməyimiz mümkün görünmür. Digər tərəfdən əmin olduğumuz bir neçə nöqtə var: Məməlilər içərisində olan heyvanların çox böyük bir qisimində masturbasiya müşahidə edilir; siçanlardan insanlara, sincablardan şimpanzelərə, bonobolara, qorillalara, oranqutanlara, aslanlara, keçilərə, yarasalara, babunlara, makaklara, sincab meymunlarına, marallara, zebralara, atlara, kenqurulara, porsuqlara, qoyunlara, kaftarlara, pişiklərə, itlərə və hətta delfinlərə qədər! Hətta məmlilərdən başqa heyvanlarda da (məsələn quşlarda) belə masturbasiya olduğunu bilirik! Bu canlı qruplarından bəziləri öz-özünə bunu başardığı halda, bir çoxu bir yoldaş ilə birlikdə, qarşılıqlı olaraq masturbasiya edirlər.

 

Mastrubasiyaya,sürünənlərdən təkamül keçirmiş olan quşlar və məməlilərdə bu qədər geniş şəkildə rast gəlinməsi, sürünənlər də olmasını düşünüsəkdə ancaq bu günə qədər müəyyən edilən bir nümunəsi bilinmir. Gekko kərtənkələlərində və iquanalarda bəzi zamanlarda buna bənzər davranışlar təsbit edilsə də ancaq qətiliyi yoxdur. Bu səbəbdən elm adamları masturubasiyanı konvergent təkamül (convergent evolution) ilə ortaq atadan hər hansı bir xüsusiyyət almadan növlərin bir-birlərindən müstəqil olaraq təkamül etdirdiklərini düşünürlər. Yəni masturbasiya məməli və quş kimi canlıların ortaq atası olan qurbağa və ya sürünənlərdə təkamül etməyib,hər bir canlı qrupunda ayrı-ayrı təkamül etmişdir. Əlbəttə məsələn primatlar kimi geniş canlı qruplarında ortaq bir atada təkamül etdikdən sonra nəvə növlərə də köçürülmüş ola bilər, ancaq bir davranış olaraq masturbasiyanın tarixini tək və antik bir ortaq ataya bağlamaq bu etapda mümkün deyildir.

 

Yaxşı canlıları masturbasiya etməyə itələyən təkamül seçilm təzyiqi nə ola bilər? Bu nöqtədə İngilis təkamül bioloqları Robin Baker və Mark Bellisin nəzəriyyəsi bir cavab təklifdir: spermaların “rəf ömürü” olduğu gerçəkdir. Kişilərin xayaları hər gün 3 milyona qədər sperma istehsal edir, ancaq bu spermalar ölümsüz deyil. Xaric olunandan sonrakı 5-7 gün içərisində ölərlər. Bu vəziyyətdə masturbasiya insanda və digər canlılarda spermaları ölmədən bədən xaricinə çıxarılmaın bir yolu olaraq təkamül keçirmiş ola bilər. Bu sayədə həqiqətən cütləşmə şansı yaranarsa, xayalarda çıxarılmış “təzə” və “daha güclü” spermalar dişi bədəninə ifraz ediləcəkdir. Bu, təkamül baxımdan möhtəşəm bir üstünlükdür və seçim tərəfindən mütləq seçiləcəkdir. Mütəxəssislər bunu belə izah edir:

 

“Erkəklərə masturbasiyanın təmin etdiyi üstünlüklərdən biri, dişi bədəninin gənc spermaları daha asan qəbul etməsi və ya dişinin uşaqlıq kanalında daha uzaq məsafəyə asan gedə bilməsi ola bilər. Bundan əlavə, bir dəfə dişinin uşaqlıq kanalına daxil olduqda gənc spermalar, sperma yarışının olmadığı vəziyyətlərdə daha məhsuldar bir şəkildə törəməyi reallaşdıra bilər. Sperma yarışının olduğu vəziyyətlərdə isə digər erkəklər ilə rəqabətdə daha müvəffəqiyyətli ola bilərlər. Son olaraq, daha gənc spermalar dişinin bədənində daha uzun həyatda qalacaq və bu da bala vermə ehtimalını və rəqabət səviyyəsini artıracaqdır. ”

 

Bu yalnız bir izah deyil təcrübə olaraq da isbat edilmişdir. Mütəxəssislər, 30 heteroseksual cütdən “cütləşmə sonrası vaginal axıntı” nümunəsi istəmişlər. Bu, erkək dişinin içərisinə boşaldıqdan sonra geriyə axan sperma, məni və vaginal maye qarışığıdır. Bu axıntının içərisindəki spermalar, uğursuz olan və ya ölü spermlardır. Araşdırmalar həqiqətən də seksdən əvvəl masturbasiya etməyən kişilərin qız yoldaşlarının vaginal axıntısı daxilində daha çox sperma müşahidə edilmişdir. Bunun səbəbi masturbasiya etməyən (ya da az edən) kişilərin spermalarının daha zəif olması və asan olaraq dişinin bədənindən atılmasıdır. Yəni masturbasiya, keyfiyyətli spermaların qarşısını açır.

 

Əslinə baxsanız, onsuz da bədənimizin biologiyası bizi masturbasiyaya təbii bir şəkildə istiqamətləndirir. Ərgən psixologiyası mütəxəssisi Stanley Hall, xüsusilə yetkinlik dövründə müşahidə edilən “nəm yuxuların” (xüsusilə kişilərdə boşalmağa səbəb olan cinsi yuxular), təkamül müddətində bizi masturbasiya etməyə itələyən faktorlardan biri olduğunu düşünülür. Belə ki, Hall masturbasiyaya istiqamətli bioloji fəaliyyətin insan növünün təkamülünü sağlam və yaxşı irsi keçmişin göstəricilərindən biri olduğunu deyir.

 

Mastubasiyanın təkamül mənşələrində yatan bir başqa ünsür isə, dişilərə cinsi yetkinliyi göstərməyin bir yolu olaraq təkamül etməsi ola bilər. 2004-ci ildə Folia Primatologica jurnalında nəşr olunan bir araşdırmaya görə kolobus meymunları, dişilərin onları görə biləcəyi və ya hiss edəcəkləri yerlərdə masturbasiya edirlər. Bu sayədə törəməyə hazır olduqlarını onlara bildirdiklərini düşünülür. Lakin bu davranışın təsadüfi və şans əsəri çütləşməylə nəticələndiyinə dair etirazlar da var. Araşdırmaçılar, masturbasiya davranışının kolobus meymunlarında olduqca nadir reallaşmasının masturbasiyanın bir siqnal olaraq təkamül keçirməsinə bir sual işarəsi olduğunu bildirirlər.

 

Masturbasiyanın təkamül keçirməsinin səbəbləri istiqamətində ən maraqlı tapıntılardan biri iquanalardan gəlir. Normalda iquanaların erkəkləri arasında dişiləri əldə etmək üçün bir mübarizə var. Çox vaxt daha iri olan erkəklər, daha kiçik erkəkləri çütləşmə zamanı tutarlar və onlara ölümcül zərərlər verə bilərlər. Bu səbəblə kiçik erkəklər daha diqqətli olmaq məcburiyyətindədir. Ancaq diqqətdən çox, zamanlama əhəmiyyətlidir. Əgər ki kifayət qədər sürətli boşala bilməsələr, ölə bilərlər! Bu səbəblə iquanalarda çox maraqlı bir davranış təkamül etmişdir: qayalarla masturbasiya etmək. Kiçik erkəklər dişinin yanına getmədən əvvəl ətrafda tapdıqları qayalara sürtünərək özlərini boşalmağa hazırlayırlar. Beləcə dişilərə onlarla həqiqətən çütləşmək üçün yanaşdıqları zaman boşalmağa çoxdan hazır olurlar. Bu da, iri erkəklərə tutulma risklərini azaldır.

 

Bütün bu ehtimal olunan izahlara baxmayaraq, masturbasiyanın xüsusilə zəka baxımından inkişaf etmiş məməli və quşlarda müşahidə edilməsi, masturbasiya davranışının yüksək zəka və hiss edən davranışlarla əlaqədar ola biləcəyi fikrlərinə işarə edir. Bu növlər, beyin mövzusunda olduqca irəli getmiş və öz aralarında müəyyən bir zəka səviyyəsinə sahib olan növlərdir. Bu sayədə seksi yalnız bir çoxalma vasitəsi olaraq görməkdən çıxararaq, zövq ünsürlərini daxil etməyi bacarmışlar. İndiki vaxtda, beynin neokorteksi ilə birlikdə bir çox bölgəsinin cinsi fəaliyyət əsnasında xəbərdar edildiyini bilirik. Bu xəbərdar edilmə nəticəsində asetilkolin, dofamin və serotonin kimi neyrotransimiterlər və hormonlar ifraz olunur. Bu hormonlar və kimyəvi maddələr beyni və böyrək üstü bezlərini xəbərdar edir və dofamin-adrenalin-noradrenalin çevrilməsi həyata keçirilir. Bu da fərdə həddindən artıq simpatiya (xoşbəxtlik) və zövq hissi verir. Bu səbəbdən masturbasiya, seksin verdiyi zövqü “anlaya bilən” canlılarda, bu zövqü süni etməyə yarayan bir davranış olaraq təkamül keçirmiş ola bilər.

 

Masturbasiya da, eynilə seks kimi bir heyvan növü olan insanın son dərəcə adi bir ehtiyacıdır. Bunda utanılacaq ya da ayıblanılacaq heç bir şey yoxdur və həftədə ən az 2-3 dəfə, orta 5-7 dəfə etmək erkəklər üçün də, dişilər üçün də son dərəcə faydalı ola bilər.

 

Əgər ki masturbasiya bir tabu olmaqdan çıxarılmazsa, xalq arasında rahat bir şəkildə danışılacaq bir cinsi davranış halına gətirilməzsə cəmiyyətlər bu mənasız tabu altında əzilməyə davam edəcək. Buna görə artıq bu mövzuya qarşı ümumi “rədd etmə” halından çıxaraq “qəbul etmə” mərhələsinə keçməyimiz lazımdır. Masturbasiya etməkdə utanılacaq, sıxılacaq heç bir şey yoxdur.

 

Statistikalar dəqiq bir şəkildə göstərir ki, ailənizdəki və ya qohumlarınızdakı qadın ya da kişi fərdlərin hamısı, çoxu ya da ən azından bir qisimi, mütləq masturbasiya edir, yuxarıdakı statistikalar də olduqca açıqdır. Və ya oxucularımızın böyük bir qisimi həyatlarında ən azından bir dəfə bunu etmişdir, sınamışdır. Bu səbəbdən sizi masturbasiyaya görə ayıblayanlara qulaq asmayın.

İstinad
Evrim Ağacı
Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platformasının redaktoruyam. Yaşıl elm vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir: