Biologiya

Kürəyimizi qaşımaq niyə daha çox qaşınmağa səbəb olur?

Quru dəridən ağcaqanad dişləməsinə qədər bir çox səbəbdən bədənimiz qaşınır. Ancaq bəzən qaşınan bir yeri qaşımaq sizi daha da çox qaşındırır. Niyə? Əgər ki bədənimizin verdiyi reaksiya “qaşınma” isə və bunu təmin edərək qaşıyırıqsa niyə daha da çox qaşınır?


Vaşinqton Tibb Məktəbinin nümayəndəsi olan elm insanlarının 29 oktyabr 2014-ci idə nümayiş etdikləri bir məqalə qaşınan bir yeri qaşımanın az miqdarda ağrıya səbəb olduğunu və bu ağrının da beyindən serotonin hormonu ifraz olunmasına səbəb olduğunu irəli sürür. Serotonin “xoşbəxt” hiss etməmizi təmin edən hormondur. Ancaq eyni zamanda bu hormon qaşınan bölgələrin daha da çox qaşınmasına səbəb olur.

Bu araşdırmanı aparan elm insanları genetikası dəyişdirilmiş bir siçan növünü istifadə etdilər. Bu siçanlarda serotonin hormonu ifraz edilmirdi. Bu heyvanlara qaşınmağa səbəb olan kimyəvi maddələrlər enjektə edildikdə normal şəkildə serotonin ifraz edildiyi siçanlara görə daha az qaşındıqları müşahidə edildi. Serotonin ifraz olunmayan bu siçanlara serotonin enjektə edildiyi anda onlar da digərləri kimi qaşınmağa başladılar.

Çox təəssüf ki bu tapıntı qaşınmaların sonsuza qədər (ömrümüzün sonuna qədər də deyə bilərik) müalicə edilə biləcəyi mənasını vermir. Bunun bir səbəbi insanlar üçün serotonin olmadan həyat praktik olaraq qeyri-mümkündür. Bu kimyəvi maddə xoşbəxtliyimizdən başqa yuxumuzu, dincəlməmizi, inkişafımızı, böyüməmizi və sümük maddələr mübadiləsini də nizamlayır. 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: