BiologiyaElm

Kor insanlar yuxularında nə görürlər?

Yuxular özlüyündə alimləri illər boyu maraqlandıran bir mövzudur. Lakin həmişə gündəmdə olan bir sual vardır: Kor insanlar necə yuxu görürlər?

2014-cü ildə dərc olunan bir araşdırma bu məsələyə dərindən baxmışdır. Kopenhagen Universitetindəki nevroloqlar 11-i doğuşdan kor, qalan 14-ü isə 1 yaşından sonra kor olan şəxslərdən təşkil olmaqla 25 nəfər kor insanı və həmçinin 25 nəfər normal görüşlü insanı toplamışdı. 4 həftə boyunca araşdırmaçılar bu şəxslərdən yuxuları haqqında müsahibə almış və eyni zamanda onlara hər gün yuxudan qalxdıqdan sonra bir “yuxu gündəliyi” tutmağı tapşırmışdılar.

Onlara verilən suallar bu mövzunun ən çox maraqlı hissələri barədə idi: Yuxularını hansı formada görürlər? Yuxularında nə görürlər? Qarabasmaları olurmu?

İlk gözə çarpan əsas fərq kor insanların yuxu vaxtı daha çox hiss etdikləri olub. Kor şəxslər normal görüşlülərdən fərqli olaraq dad, toxunuş, səs, iyi sahələrinə lap çox yönümlü idilər. Onlar bir yuxudan yanlız hissləri xatırlayırdılar. Digər kor olan 14 nəfər üçün isə bu bir az fərqli idi.

1 yaşından sonra kor olan və buna görə də müəyyən qədər görüntü yaddaşı olan qrup yuxularında hisslərə yönümlülük ilə yanaşı görüntü də gördüklərinə dedilər. Araşdırma qeyd edir ki, bu qrupdakı şəxslərin bir çoxu yuxularındakı obyektləri elə dəqiqlik ilə təsvir edirdilər ki, onların kor olduqlarına şübhə etmək olardı. Lakin ümumi korluq müddəti artdıqca şəxsin yaddaşı daha da zəifləyirdi və təsvir etmək qabiliyyəti digərlərinki kimi dəqiq deyildi.

Qarabasmalara gəldikdə isə, onların əsasən doğuşdan kor olan insanlarda daha çox baş verdiyi məlum oldu. Qarabasmalar yolunu azmaq, maşın tərəfindən vurulmaq, bələdçi vasitələrini itirmək, çuxura düşmək və s. kimi şeylərdən ibarət idi. Araşdırmaçılar isə bunu normal görüşlü insanların yuxularını izah etmək üçün uzun müddət boyu ortada olan bir teoriya ilə izah etdilər. Bu onların hər gün qorxduğu ssenarilərə hazırlıqdır, beynin bir cür dərs keçmə növüdür.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Aqil Heydərli

Yaşıl Elm platformasında idarəçi və yazar kimi fəaliyyət göstərirəm. "Azərbaycan Dövlət Neft-Sənayə Universiteti"ndə Mexanika Mühəndisliyi üzrə təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: