Biologiya

İnsanlarla neandertallar daha qədimdə ayrıldılar

İnsan əcdadlarının diş quruluşları üzərində aparılan analiz işləri müasir insanlarla neandertalların təkamül yolunun indiyəcən hesab ediləndən daha əvvəllər, təxminən daha 650 min il əvvəlki tarixdə bir-birindən ayrıldığını göstərdi. Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences jurnalında yayımlandı.

Məqalənin müəllifi, George Washington Universitetindən (ABŞ) olan Aida Gomez-Robles deyir:

“Bildiyimiz növlər arasındaki, neandertallarla müasir insanların son ortaq əcdadı olmağa yaxın nümayəndələrdən heç birinin diş quruluşu bu əcdadınkı ilə uyğun gəlmir.”


Qəbul olunmuş nəzəriyyəyə görə müasir insanlarla neandertalların təkamül səhnəsində ayrıldıqları an 350 min il əvvəlinə təsadüf edir. Alimlərin gəldiyi nəticələrə görə, hər ikisinin ortaq əcdadlarının Homo cinsindən bir neçə nümayəndə arasında olduğu, misalçün, Homo heidelbergensis, Homo erectus, Homo antecessor və s. olduğu hesab edilir.

Gomez-Robles və həmkarları Homo cinsinin 13 fərqli nümayəndəsinə aid 1,2 min diş nümunəsini araşdırdılar. Bundan başqa onlar, müasir insanlarla neandertalların son ortaq əcdadı hesab edilən növün diş morfologiyasını bərpa etdilər. Nəticələr alimləri təəccübləndirdi: neandertallarla müasir insanların ortaq əcdadı roluna heç bir məlum olan əcdad növ uyğun gəlmədi.

Alimlər həmçinin Avropada tapılmış bütün insan əcdadlarının diş quruluşunun müasir insanlardan çox neandertallara oxşar olduğunu aydınlaşdırdılar. Əldə olunan nəticələr bu iki qolun – neandertallarla müasir insanların indiyə qədər hesab etdiyimizdən daha əvvəllər bir-birindən ayrıldığını təsdiq edir.

Qaynaq: Pnas.org , Examiner

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: