BiologiyaElmElmi xəbərlərMaraqlıTibb

Həkimlikdə bütün sürprizlərə hazır olmalısan! :)

Kiçik pasient xronik qurğuşun intoksikasiyası simptomları ilə xəstəxanaya daxil olur. Qanda qurğuşunun səviyyəsi bunu təsdiq edir. Bəs uşaq qurğuşuna haradan məruz qalır?

Avstraliyada Royal Darvin Hospitalının həkimləri olduqca maraqlı hadisə ilə üz-üzə qalıblar.

8 yaşlı oğlan uşağı xəstəxanaya qanda yüksək qurğuşun səviyyəsi şikayəti ilə göndərilir. 2 ildir ki , uşağın qanında 17.4 – 27.4 μg/dL qurğuşun olduğu aşkar edilir (Norma < 10) . Qarın rentgenoqramması zamanı qarnın sağ aşağı kvadratında çoxlu sayda kiçik yüksək sıxlıqlı sahələr görünür.

Ətraflı sorğu nəticəsində məlum olub ki, bütün ailə üzvləri mütəmadi olaraq qırmalı tüfənglə vurulmuş qaz ətləri yeyirlərmiş. Uşaqlarla maraqlandıqda isə məsələnin əsasını öyrənmək mümkün olub. Sən demə, onlar hədəfi qırmaları görünməz etmək olan bir oyunun parçası olaraq həmin bu qurğuşun qırmaları yeyirmişlər.

Oğlan və onun qardaş-bacıları bağırsaqların imaləsinə göndərilir. Lakin ardınca çəkilən ikinci rentgen təsvirində qırmaların hələ də bağırsaqlarda qaldığı və xüsusilə də kor bağırsaq və appendiksdə toplandığı görülür. Laparoskopik appendektomiya (appendiksin çıxarılması) əməliyyatı icra edilir. Appendiks 27.5 qram idi (norma 4-5 qram) . İçindən hərəsinin diametri 7 mm olan 57 qırma dənəsi tapılır. Patoloji yoxlama zamanı zəif selikaltı qatda kalsifikasiya və fibroz aşkar edilir. İltihab yoxdur.

Ancaq onu da qeyd edim ki, qurğuşun sümüklərdə toplanma xüsusiyyətinə malikdir. Baxmayaraq ki, xarici qurğuşun mənbəyini bədəndən uzaqlaşdıra bilirik, bir çox hallarda sümüklərdə toplanmış qurğuşun xronik qurğuşun intoksikasiyasını davam etdirir. Odur ki, intoksikasiya əleyhinə müalicə uzun müddət davam etməli olur. Qurğuşun intoksikasiyası birbaşa və dolayı olaraq sinir sisteminə təsir etməklə müxtəlif nevroloji pozuntulara, müəyyən enzimləri xüsusilə ALAT enzimini bloklamaqla hem sintezinin pozulmasına və aminolevulin turşusunun (toksikidir xüsusilə sinir sistemi üçün)  toplanmasına, ikivalentli metal kanallarının fəaliyyətinə təsir etməklə və s. müxtəlif ağır zədələnmələr törədə bilir.

Mənbə: The New England Journal of Medicine.
Article: Pellets in the Appendix         Ibrahim Zardawi, M.D.   ,    Eranga Siriweera, M.D.

 

Hazırladı: Gündüz Osmanlı

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: