BiologiyaElmi xəbərlərHəyatın təkamülüPaleontologiya

Genetiklər ilanların ayaqlarını necə itirdiyini izah ediblər

Təxminən 100 milyon il əvvəl ilanlarda baş vermiş 3 genetik mutasiya ilanların ayaqlarını itirməsinə səbəb olub. Current Biology jurnalında dərc edilən məqalədə qeyd edilir ki, onurğalı heyvanlarda üzvlərin inkişafı və formalaşmasına nəzarət edən SHH geni funksiyasını itirib.

Florida Universitetindən olan Fransiska Lilin dediyinə görə, ayaqların inkişafına cavabdeh olan genlər bu günədək ilanların genomunda qorunduğu və fəaliyyətləri DNT dəyişiklikləri səbəbindən dayandığı üçün ilanların təkamül səhnəsinə çıxışını dəqiq olaraq izah edir. Alim hesab edir ki, bu canlılar normal ayaqlara malik əcdaddan törəyib ki, bunun da canlı sübutunu ilanların hazırki genomu təqdim edir.

Bir müddət əvvəl amerikalı paleontoloq Nikolas Lonqriç Yura dövrünə aid daşlaşmış ilan qalıqları aşkar etdikdə, fosilin dörd ayağa sahib olduğunu və bir vaxtlar yuvalarda yaşadığını öyrənib. Alimlər indi bu qənaətdədir ki, məhz 90 milyon il əvvəl baş vermiş yuva həyat tərzinə keçid müasir ilanların əcdadlarında ayaqların funksionallığını itirməsinə gətirib çıxarıb.

Lil və həmkarı məşhur genetik Martin Kon bu nəzəriyyəni təsdiq etmək üçün rudimentar ayaq çıxıntılarına sahib piton və bir neçə digər sürünən embrionlarının inkişaf mərhələlərini araşdırıb. Alimlər məməlilər və sürünənlərin ayaq üzvləri inkişafının xüsusi SHH geni və zülalı tərəfindən idarə edildiyini izah edirlər. Siçan və digər onurğalı heyvanların rüşeymlərində bu genin deaktiv edilməsi göstərib ki, onlarda beyin və ayaqlar kimi vacib orqanlar inkişafdan qalır.

121

Tədqiqatçılar bununla kifayətlənməyiblər. Piton və kərtənkələ genomları müqayisə edildikdən sonra aydın olub ki, ilanların genetik kodunda üç DNT hissəsi funksiyası ixtisara düşüb ki, bu da öz növbəsində maraqlı dəyişikliklərə səbəb olub. Mutasiyanın baş verdiyi dövrdə ilanlarda pəncə də formalaşa bilərdi, daha dəqiq desək, formalaşma prosesi start götürmüşdü, lakin yeni xüsusiyyətlə bağlı olan bütün genlərin “işlək” olmasına baxmayaraq erkən mərhələlərdə pəncə təkamülü dayanmışdı.

Martin Kon qeyd edir ki, əldə edilən son tapıntılar ilanların əcdadının daha çox kərtənkələlərə oxşar olduğu ilə bağlı paleontologiya hipotezini təsdiq edir. Bu fikri dəstəkləyən genetik və paleontoloji əsaslar var. İlanlarda ayaq üzvlərinin rudimentə çevrilməsi hadisəsinin başlanğıcı hələ dinozavrlar yaşadığı dövrü, təxminən 100 milyon il əvvəlini göstərir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: