Biologiya

Elektrikli ilan balıqları necə elektrik yaradır?

Elektrikli İlan balığı rabitə qurmaq, istiqamət tapmaq, bəzi vəziyyətlərdə ov etmək və özünü qorumaq üçün elektrik yarada bilən orqanlara malikdir. Elektrik orqan adı verilən bu strukturların içində elektrosit adı verilən və elektrik yarada bilən hüceyrələr olur. Bu hüceyrələr əzələ və sinir hüceyrələrinin dəyişiklik keçirməsiylə meydana gəlmiş hüceyrələrdir.
Elektrosit hüceyrələri xəbərdar edilməmiş vəziyyətdə olduğu halda, hüceyrənin daxilində kalium ion miqdarı, hüceyrənin xaricində isə natrium ion miqdarı yüksək olur. Elektrosit hüceyrələrin pərdəsi kalium iyonlarını keçirdiyi halda, natrium ionlarının keçməyinə icazə vermir. Dərisinin fərqinə görə kalium ionları hüceyrənin daxilindən xaricinə doğru yön alır. Dərisinin və elektrik potensial fərqinin bir-birini tarazladığı vəziyyətdə, hüceyrənin daxili elektrik olaraq mənfi yüklü olduğu halda, xarici müsbət yüklüdür. Beyindən gələn siqnallar elektrosit hüceyrələrini xəbərdar edərkən, hüceyrə pərdəsinin bir tərəfindəki ion kanallarının açılmasını təmin edər və natrium ionları bu kanallardan hüceyrəyə daxil ola bilər. Hüceyrə daxilində elektrik yük dəyişməsinə səbəb olan bu vəziyyət bir potensial fərqinin ortaya çıxmasına və elektrik cərəyanının meydana gəlməsinə səbəb olur. Beyindən gələn siqnal vasitəsilə xəbərdar edilən elektrosit hüceyrədən ibarət elektrik cərəyanı, qonşu elektrosit hüceyrənin də xəbərdar edilməsini təmin edər. El fənərinin daxilindəki batareyalarda olduğu kimi minlərlə elektrosit hüceyrədə eyni vaxtda reallaşan bu hadisə nəticəsində 600V bir elektrik cərəyanı meydana gələ bilər. Elektrik cərəyanı təxminən 1-2 milli saniyə müddətlə ortaya çıxar.

 

 

Elektrikli ilan balığının böyüklüyü yetişkin bir insanın qolu qədərdir. Elektrikli ilan balığının çıxardığı elektrik cərəyanının özünə zərər verməməsinin səbəbi, axının 1-2 milli saniyə kimi qısa bir müddət təsir etməsi və həyati orqanların (məsələn ürək) ətrafındakı yağ təbəqəsinin izolyator vəzifəsi görməsiylə olduğu düşünülür.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

1 thought on “Elektrikli ilan balıqları necə elektrik yaradır?”

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: