BiologiyaMaraqlı

Elektrik vurması

İnsanlar keçirici olduğu üçün onları elektirik vurur. Mayelər yaxşı keçiricidir, yəni elektriki yaxşı ötürürlər. Bədənimizi içini maye ilə dolu bir qab olaraq düşünsək bütün müdafiə vəzifəsi dərimizə qalır. O da bədənimizin hər tərəfində eyni qalınlıqda deyil. İslananda o da keçirici olur, hələ üzərində bir yara varsa müqaviməti tamamilə yox olur.
Evlərimizdə 220 volt və 50 Herslik elektrik axını var. Maraqlıdır ki, elektrik cərəyanının insana ən təhlükəli olduğu tezlik aralığı 50 – 60 Hs-dir. Elektrik cərəyanını evimizdəki su təsisatına bənzədə bilərik. Suyun təzyiqi “Voltdur”. “Amper” də “suyun miqdarıdır”.
Elektrik vurulmasında vurulma müddəti də əhəmiyyətlidir. Müddət uzansa dəridə yaralar meydana gələr və elektrik bu yaralardan daha tez keçər. Dərimizdən keçən elektrik cərəyanı dərhal sinir sistemimizə təsir edər. Beyindəki nəfəs alma mərkəzini iflic edər, ürəyin ritmini pozar, hətta dayanmasına səbəb olar. Elektrik vurması nəticəsində əsasən ürək dayandığı üçün ilk kömək də ona görə edilməlidir. Elektrikin harada vurduğu da əhəmiyyətlidir. Elektrikin əldən ələ və ya əldən ayağa keçməsi aradakı həyati orqanlarımıza zərər verə bilər.
Elektrik vuranda şoka düşməyimizin səbəbi öz elektrikimizdir. Sinir sistemimizin yaratdığı elektrik ilə xaricdən, dərimiz vasitəsi ilə gələn elektrik qarşılaşanda bədənimizdə sıxılmalar və titrəmələr yaradır.
Elektrik vurmasında gərginliyin deyil, axının şiddətinin, yəni amperin əhəmiyyətli olduğu irəli sürülür. Bu mövzuda elektrik mühəndisləri ilə fizikaçılar arasında görüş ayrılığı var.
Elektrikin öldürücü gücünün gərginlik deyil, axın miqdarı olduğunu irəli sürənlərə görə axın birbaşa ürəyə təsir edir. Bu fikrə görə 1-5 miliamperdə axının bədəndə hiss edilmə səviyyəsi artmağa başlayır, 10 miliamperdə ağrı başlayır, 100 miliamperə çatanda sinirlər reaksiya göstərir və 100-300 miliamperdə şok yaranər. Təbii ki, bütün bu qiymətləndirmələr tam bir elmi təsnif etmə deyil. Yəni duzlu bir suyun içindəsinizsə cərəyan bütün bədəninizə birdən dəyəcəyindən milli deyil mikroamper səviyyəsində belə bir axından zərər görə bilərsiniz.
Elektrik vuranlar əgər ölməzlərsə əsasən həyatlarının geri qalan qismini bu hadisənin izi qalmadan, problemsiz olaraq yaşaya bilirlər. Amma az miqdarda da olsa sinir sistemi üzərində ziyan buraxa bilir. Elektrik vurduqdan şoka girənlərə ürək ritmini bərpa etmək üçün yenə elektro şok tətbiq olunur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: