BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Dinozavrların ən yaxın qohumu toyuq çıxdı

Britaniyalı alimlər toyuq və hindtoyuqlarının quşların ortaq əcdadı olan lələkli dinozavrlara münasibətdə digər quşlardan daha az xromosom dəyişikliyinə sahib olduqlarını, yəni daha yaxın qohumluqları olduğunu aşkar ediblər.

Quşların dinozavrlardan ayrılaraq təkamülləşdiyi müasir elmdə mübahisə edilməyəcək faktdır. Buna baxmayaraq alimlər dinozavrların qırılmasından sonra lələklilərin inkişafının hansı səbəblərdən baş verdiyi mövzusu ətrafındaki müzakirələrini davam etdirirlər. Bu yerdə quşlar və onların sürünən əcdadlarının genom müqayisəsi tədqiqatları köməyə gəlir.

Kent Universitetindən olan alimlər toyuq, hindtoyuğu, hindbülbülü, dalğalı tutuquşu və ördək daxil olmaqla, beş quş növünün bütöv genomlarını öyrənərək, onları müqayisə ediblər. Tədqiqatda ümumilikdə 22 genom gözdən keçirilib ki, bunlardan da biri sürünənlərə aid olub. Alimlərin araşdırmadaki digər bir məqsədinin isə lələkli dinozavrın kariotipini hazırlamaq olduğu bildirilir.

“Külli miqdarda kiçik mini-xromosomlara sahib olduqları səbəbindən, quşların genomları digər onurğalı nümayəndələri arasında xüsusi seçilir. Genlərlə xeyli zəngin bu genetik material hissələrinin dinozavrlarda da olduğunu güman edirik”, – Daren Qriffin qeyd edir.
Tədqiqatın nəticələri lələkli dinozavrlara münasibətdə ən az xromosom dəyişikliyinə məruz qalmış növün toyuqlar olduğunu göstərib. Xromosom dəsti göstəricilərinə əsasən, ikinci yerdə isə hindtoyuqlarıdır.

Bununla yanaşı tədqiqatda öyrənilən canlılar arasında ən sürətli təkamül keçirmiş növlərin dalğalı tutuquşu və hindbülbülünün əcdadları olduğu da bəlli olub. Bu fakt isə oxuyan quşlar və onlara yaxın növlərin digər lələklilərlə müqayisədə daha cəld templərlə təkamülləşdiyi haqda bəhs edən nəzəriyyəni təsdiq edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: