BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Dinozavrların “bəxti gətirmədi”

Milyon illər ərzində Yerdə hökmranlıq etmiş dinozavrlar nəhəng asteroidin planetimizlə toqquşmasından sonra məhv oldular. Əldə edilmiş son nəticələrə əsasən, əgər həmin toqquşma başqa bir dövrdə baş versəydi, dinozavrlar hələ də Yer üzünün hakimi idilər.

Ən son tapıntılar və analitik məlumatlara əsaslanan tədqiqat sayəsində paleontoloqlar təxminən 66 milyon il əvvəl baş vermiş dinozavrların “soyqırımı” hadisəsini bərpa etməyə nail olublar.

10 km uzunluğundaki asteroidin Yerə, hazırki Meksika ərazisinə düşməsindən bir neçə milyon il əvvəl planetimizdə böyük geoloji dəyişikliklər müşahidə edilirdi: vulkanik aktivlik artırdı, dünya okeanının səviyyəsi dəyişilirdi, temperaturda ani sıçrayışlar baş verirdi. Qədim kərtənkələlərin qida zənciri bu dövrdə zəifləmişdi: iqlim dəyişikliyi səbəbindən bitki ilə qidalanan dinozavrların növ çeşidliliyi sürətli azalmalara məruz qalmışdı, məntiqlə ət yeyən yırtıcı dinozavrların da qida ehtiyatı xeyli tükənməli idi. Bu səbəbdən “qatil-asteroidin” yaxınlaşma anına qədər dinozavrlar zəifləmişdi – qida qıtlığı, sağ qalmaq uğrunda davamlı mübarizələr və s. onların həqiqi mənada “əldən düşməsinə” yol açmışdı. Kosmik fəlakətin nəticəsində də milyon illər ərzində planetə hökmranlıq etmiş dinozavrlar məhvə məhkum oldular.

Asteorid toqquşması nəhəng sunami, zəlzələlər, yanğınlar və dəhşətli temperatur dəyişikliklərinə gətirib çıxardı. Qlobal qida zənciri nəhayət tənəzzül etdikdə dinozavrlar son sağ qalmaq şanslarını da itirmiş oldular. Sağ qalıb nəsli artırmış növlər isə yalnız uçmağı bacaranlar idi ki, onlar da müasir quşların meydana gəlməsinə səbəb oldular.

Paleontoloqların gəldiyi qənaətə görə, həmin asteroid Yeri cəmi bir neçə milyon il əvvəl, dinozavrların növ müxtəlifliyi baxımından zəngin olduqları dövrdə və ya bir qədər gec, yeni dinozavr növlərinin peyda olduğu dövrdə vursaydı, kosmik fəlakətin nəticələri qədim sürünənlər üçün bir o qədər ölümcül olmazdı və bir çox növlər yaşamağa davam edərdi. Bu minvalla, dinozavrları Yer üzünün ən “bəxtsiz” canlıları adlandırmaq olar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: