Biologiya

Çoxhüceyrəlilər inkişaf üçün oksigenə ehtiyac duymurdu

Dəniz süngərlərini araşdıran alimlər Yerin ilk çoxhüceyrəli orqanizmlərinin təkamülü üçün oksigenə heç də ehtiyac olmadığını aydınlaşdırdılar. Əldə edilən məlumatlar müasir elmi təsəvvürlərlə ziddiyyət təşkil edir. Tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

“İlk çoxhüceyrəli canlıların meydana gəlməsi atmosferdə oksigen payının artması ilə üst-üstə düşürdü. Bildiyim qədərilə, bu orqanizmlərin hansı miqdarda oksigenə ehtiyac duyduğunu yoxlamaq heç kimin ağlına gəlməmişdi. Buna görə də biz yoxlamaq qərarına gəldik. Apardığımız tədqiqat göstərdi ki, oksigen çatışmazlığı çoxhüceyrəli həyatın yaranmasına maneə törətməməli idi”, – Odense’də yerləşən Cənubi Danimarka Universitetindən olan Daniel Mills deyir.


Mills və həmkarları oksigen miqdarına nəzarət edilə bilən bir akvariumda yaşayan bir neçə dəniz süngərləri (Halichondria panicea) üzərində tədqiqat apardıqdan sonra belə qənaətə gəldilər. Bioloqların fikrincə, müasir dəniz süngərləri Yerin ilk çoxhüceyrəli canlılarının ən yaxın analoqu hesab edilə bilər. Bu da onların əcdadlarının 560-540 milyon il əvvəl hansı şərtlərdə yaşadıqları mövzusunda məlumatlara yiyələnməyə kömək edir.

Alimlər suyun oksigen miqdarını azaldaraq süngərlərin hətta 0,5% oksigen ehtiva edən şərtlərdə belə yaşamağa davam edə bildiyini aydınlaşdırdılar. Bu məlumat qədim çoxhüceyrəli həyatının hətta oksigen yoxluğunda mövcud ola biləcəyini göstərir. Tədqiqatçılar hansı səbəblərdən çoxhüceyrəlilərin təkhüceyrəlilərdən xeyli sonra təkamülləşdiyini anlamaq üçün alternativ izahlar hazırlamalı olduqlarını bildirirlər.

“Görünür ki, bu prosesdə həm də digər ekoloji və təkamül mexanizmləri rol oynayıb. Bəlkə də həyat, təkamülün çoxhüceyrəli canlılığın mövcudluğu üçün zəruri olan hüceyrə mexanizmləri inkişafına xeyli zaman sərf etməsi səbəbindən, uzun müddət mikroblar halında mövcud olub. Yəqin ki, çoxhüceyrəli həyatının kifayət qədər ağır inkişaf etdiyi səbəbindən qədim Yerdə heyvanlar yox idi”, – Mills son olaraq qeyd edir.


Həmçinin oxuyun:

Çoxhüceyrəlilərin yeni əcdadı məlum oldu
Üç milyard illik orqanizmlərin genomları oxundu
Həyat su damlalarında yaranmış ola bilər

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: