BiologiyaElmi xəbərlərTəkamül

Böyük pişiklərin ortaq atası Tibetdə yaşamış ola bilər

Göndərdi: Taryel Abdullayev


Antartika və Avstraliya xaricindəki qitələrin hər birində, qitəyə xas olan böyük pişik növləri vardır və ya keçmişdə olmuşdur. Şimali və Cənubi Amerikanın böyük pişikləri Yaquar (Panthera onca) ilə nəsli tükənmə təhlükəsi olan Amerika şiridir. Afrikanın özünəxas şirləri və leoparları vardır. Asiyada olduğunuz fərqli bölgələrə müvafiq olaraq pələnglər (Panthera tigris), bəbirlər (Panthera pardus), irbislərə (Uncia uncia) və boz bəbirə (Neofelis nebulosa) rast gələ bilərsiniz. Bundan əlavə Şimali Afrikadan Avropaya, Asiyaya və Alyaskaya qədər fosilləri tapılmış digər nəsli kəsilmiş bir şir növü olduğu məlumdur: Bu Avropa mağara şiridir (Panthera leo spelaea).

Bəs görəsən, bu böyük pişiklər ilk olaraq harada ortaya çıxıb? 2010-ci ildə kəşf edilən bir kəllə sümüyü fosilinin üzərində edilən araşdırmada bu suala bağlı əldə edilən tapıntılar Proceedings of the Royal Society B jurnalında nəşr olundu. Araşdırmaçıların düşüncəsinə görə böyük pişiklərin (Pantherinae) atası Tibetdə yaşamışdı.

Böyük pişiklərin hardan gəldiyini tapmaq, çox az fosil olduğu üçün çətin bir işdir. Alimlər pişiklərin nəsil ağacını (filogenetik ağac) çıxarmaq üçün DNT analizləri aparıldı. Lakin əllərindəki az sayda olan fosillərlə uyğun nəticələr çıxmadı. Xüsusilə də Tanzaniyada olan 3,8 milyon yaşındakı bir böyük pişiyin fosilləşmiş diş parçaları hər şeyi alt-üst edirdi.

Tapılan kəlləyə fosilinə görə Panthera blytheae böyük ehtimalla belə görünürdü. (Mauricio Anton; Z.J. Tseng et al / Proc R. Soc. B 2013)

Himalayın Tibetdəki ucqar bir küncündə kəşf edilən yeni bir fosilin Afrika tapılan fosillərdən daha qədim olduğunun aydınlaşmasıyla birlikdə böyük pişiklərin mənşəyinə dair yeni düşüncələr cücərməyə başladı. Fosil təxminən 4,42 milyon yaşındaydı. Tapılan kəllə irbislərin yaxın qohumu olan yetkin bir pişiyə aid idi. Panthera blytheae irbizlərdən təxminən 10% daha kiçik olan və yeni bir növ adını almağın haqqını verəcək unikal xüsusiyyətlərə sahibdir.

Tibetdə tapılan Panthera blytheae fosili

 

Nyu York Təbii Tarix Muzeyindən Jack Tseng başcılığı ilə bir araşdırma qrupu tərəfindən kəşf edilən Tibet fosili böyük pişiklərin yeni bir ailə ağacının çəkilməsini gərəkdirdi. Buna görə boz bəbir böyük pişiklərin ortaq atasından 16 milyon il əvvəl ayrılmışdı. Bundan bir neçə milyon il sonra üç pişiyin (Panthera blytheae, irbis və pələng) daxil olduğu bir qrup yaranmışdı. Daha sonra isə ikinci bir qrup (yaquar, bəbir, şir, Amerika şiri, Avropa mağara şiri) qrupu meydana gəlmişdi. Əldəki bu məlumatlara baxıldığı zaman böyük pişiklər Asiyanın orta ya da şimal qisimlərində, bəlkə də Tibetdə meydana çıxmış olmalıdır. Bütün növlərin nə zaman təkamül etdiyini və dünyaya yayıldığını dəqiq olaraq bilmək üçün isə daha çox məlumat lazımdır. Bu suallara cavab üçün hələ kifayət qədər fosilə sahib deyilik.

Panthera blytheae kəlləsinin kəşfi böyük pişiklərin soy ağacını işıqlandırılmasıyla bərabər boz bəbirlərin ekologiyasına bağlı ipucları da verir. Boz bəbirlər cəsur ovçular olmaqla yanaşı özlərindən üç qat böyük heyvanları belə ovlaya bilirlər. Ovları arasında barhal və ya digər adları ilə mavi Himalay qoyunu, naur (Pseudois nayaur) və Çiru və ya Tibet antilopu (Pantholops hodgsonii) adı verilən Tibet antilopu da var idi. Fosil tapıntıları bu heyvanların yeni fosillərin kəşf edildiyi Tolinqdə yaşadlıqlarına işarə edir. Belə görünür ki, mühit çox dəyişməmişdir, milyonlarla il əvvəl o bölgə eynilə bu gün olduğu kimi dik qayalarla dolu imiş. Yəni soyuğa çox yaxşı adaptasiya olmuş qar leoparınınboz bəbirlərin və ovlarının izləri milyonlarla il əvvələ qədər təqib edilə bilər.

Bu antik əlaqənin daha nə qədər davam edəcəyi isə biz insanlara bağlıdı. Mavi Himalay qoyunu hələ də sayca olduqca çoxdur, lakin boz bəbirlər ilə çiru təəssüf ki, insanlarin sevimli ovları siyahısına daxildir və nəsillərinin tükənmə təhlükəsi ilə qarşı-qarşıyadırlar, eynilə planetimizdəki bir çox digər canlı növü kimi.

Qaynaqlar: 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: