Biologiya

Beyin tomoqrafiyası sayəsində insanın gələcəkdəki davranışları təxmin edilə bilər.

Yeni nəşr olunan elmi bir araşdırmaya görə beyin tamorafiyası sayəsində fərdin gələcəkdə edəcəyi davranışlar təxmin edilə bilər. Normalda maqnetik rezonans tomoqrafiyası insan beyni haqqında bir sıra kəşflərin edilməsinə imkan versə də bunların təsiri məhdud olmuşdu. 7 yanvar 2015-ci ildə Cell nəşrlərinin jurnalı “Neuron“da (neyron) beyin tomoqrafiyalarının fərdin gələcəkdə cinayət törətmə ehtimalını, öyrənmə qabiliyyətini, sağlamlıq vəziyyətini və ya dərmanlara qarşı reaksiyasını təxmin edə bilər. Bu texnologiya sayəsində təhsilli və kliniki təcrübələr fərdiləşdirmə fürsətləri nəzərdə tutula bilər. Massachusetts Texnologiya İnstitutundan Dr. John Gabrieli və həmkarları fərdlərin gələcəkdəki fərqli davranışları, uşaqların  öyrənmə, oxuma və riyazi fəaliyyətləri, günahkarların cinayətkarların cinayəti təkrarlama uyğunluqları və gənclərin gələcəkdə narkotika və spirt istifadəsi və asılılıqlarının təkrarı ilə bağlı  hərəkətləri təxmin etmədə beyin tomoqrafiyalarının gücünü ortaya qoydu.

“İndiki vaxtda məktəb həyatında və düşüncə ağıl sağlamlığındakı problemlərin ortaya çıxması üçün gözləyirik, lakin sonra bir çox ziyan yarana bilər. Əgər fərdlərin gələcəkdəki səhvlərini təyin etmədə nevro görüntüləmə istifadə etsək, fərdlərə daha erkən köməkçi ola bilərik”

– deyə Dr. Gabrieli ifadə edir.

İstinad: John D. E. Gabrieli, Satrajit S. Ghosh, Susanıl Whitfield-Gabrieli. Prediction as a Humanitarian and Pragmatic Contribution from Human Cognitive Neuroscience. Neuron, 2015; 85 (1): 11 DOI: 10.1016/j.neuron.2014.10.047

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: