Biologiya

Bədbəxt və bir o qədər də xoşbəxt: Fineas Qeydc

Fineas Qeydc (1823-1860) haqqında əhvalat tibb tarixində qeyd olunan ilk ağır beyin yaralanması hadisələrindən biridir. Qeydcin başına gələn hadisəni xüsusilə maraqlı edən sovuşdurduğu beyin zədəsindən sonra sağ qalmasından əlavə bir də böyük bir şəxsiyyət dəyişikliyi yaşamasıdır. Keçirdiyi radikal şəxsiyyət dəyişikliyi ilə ruh-bədən, zehin-beyin və duyğu-ağıl əlaqələrində maraqlı sual işarələri doğurur. Bu yazıda bu Qeydcdən və başına gələnlərdən bəhs edəcəyik.Fineas Qeydc Vermontda qayaları partladaraq qatar yolu açan işçilərin ustabaşısı idi. Bu yol açma işi təbii ki, indiki kimi müasir üsullarla edilmirdi. Dövrümüzdə partlayıcılar qayalarda yerləşdirilir, uzaqdan əmrlə partladılır. 1800-ci illərdə üsul belə deyildi, təbii ki. Qayaların içinə, kritik nöqtələrə dərin dəliklər açıb, bu açılan dəliklərə barıt yerləşdirilirdi. Sonra bu dəliyə bir fitil yerləşdirib, barıtın üstünə bir az qum tökülürdü. Fitili alışdırmadan əvvəl qumun üzərindən barıt dəmir bir çubuqla sıxışdırılırdı ki, partlamanın şiddəti qayalara istiqamətləndirilsin. Bu dəmir çubuqla barıtı sıxışdırma işi dəqiq və çox həssas nizamlamalarla edilməsi lazım idi və Qeydc istəyinə görə xüsusi düzəltdirdiyi dəmir çubuğuyla bu işin bilicisi idi. Hər şey hazır olduğunda hər kəs etibarlı bir yerə çəkilir, gizlənir və bir ustabaşı fitili odlayıb sürətlə sığınacağa qaçırdı.

Fineas şirkətdəki ən sürətli və məhsuldar işləyən, ən qabiliyyətli ustabaşı olaraq tanınırdı. İş mühitinə gətirdiyi intizam və iş ehtirası sayəsində verilən proyektlər tam vaxtında tamamlanırdı. Ayrıca, sahib olduğu xarakterin köməyiylə rəhbərliyini boynuna götürdüyü dəstəsinin də sevimlisi olmuşdu. “Gözü açıq, ağıllı iş adamı” deyə bəhs edilirdi ondan. Yerli salonlarının cezbedici əxlaq pozuqluğundan çəkindirərdi özünü.
1845-ci il 13 sentyabrda 25 yaşındakı Qeydc və qrupu Vermontda Kavendiş yaxınlarında Ratland və Barlinqton dəmiryollarının inşasında işləyirdi. Olduqca isti bir günortadan sonrası, saat 4:30 radələri idi. Qeydc dəliyə barıt və fitili yerləşdirib köməkçisinə üzərini qumla örtməsi üçün əmr verdi. Arxadan biri onu çağırır və Qeydc sağ çiyininin üzərindən geri baxır. Diqqəti bir anlıq dağıldığından köməkçi qumu tökmədən Qeydc dəmir çubuğuyla barıtı alışdırır və barıt həmin an Qeydcin üzünə doğru partlayır.
Partlama o qədər şiddətli idi ki, bütün qrup donub qalmışdı. Olan bitəni anlamaları bir neçə saniyə çəkir. Partlama qeyri-adi idi və qaya yerindən tərpənməmişdi. Qəribə olan başqa bir şey də sanki səmaya atılmış bir fişəngdən gələn bir fit səsi idi. Amma bu fişəng deyildi. Dəmir çubuq Qeydcin sol yanağından girib, kəlləni altdan deşib, beyninin ön tərəfini keçib, kəllənin üst tərəfindən yüksək sürətdə çıxmışdı. Bu, 6 kilodan ağır, 1 metrdən uzun, qalın tərəfi 3.5 santimetr diametr, nazik digər ucu 6.35 millimetr diametr olan çubuğu 30 metrdən daha uzaq bir məsafədə qan və beyin parçalarıyla birlikdə tapılır. Fineas Qeydc yerə yıxılmışdı. Günortanın parıltısında gicəllənmişdi, amma şüuru açıq idi.

 

Qəzanı izləyən dəqiqələr içərisində Qeydc ayağa qalxıb gəzməyə başlayır. Yoldaşları Qeydcin ölmədiyini anlayan kimi onu xərəyə yerləşdirib təxminən bir kilometr məsafədə yaşadığı pansiona aparırlar. Pansiona çatanda Qeydc xərəkdən yoldaşlarından çox az kömək alaraq özü enir. Burada yerli təbib Dr. Harou tərəfindən müayinə edilir. Dr. Harlou Qeydcin yaralarını içəridə qalan kiçik sümük parçalarını çıxararaq təmizləyir və yerindən oynamış daha böyük sümük parçalarını yerlərinə yerləşdirir. Daha sonra başının üzərindəki böyük yaranın üzərinə yaş tampon qoyub yapışqan bandajlarla bağlayır. Yaralara cərrahi bir müdaxilə etməzlər.

Qəzadan bir neçə gün sonra Qeydcin beyni bir yerindən iltihablanır və Qeydc yarı komaya girir. Ailəsi tabutunu hazırlayıb ölümünü gözləməyə başlayır, amma Qeydc xəstəliyi məğlub edir. Dr. Harlou Qeydcin beyninin içinə sızıb ölümcül nəticələr doğura biləcək 235 mililitrlik iltihablı mayeni boşaldır və Qeydc gəncliyinin verdiyi güclə sürətlə yaxşılaşır. 1 yanvar 1849-cı ildə artıq Qeydc normal bir həyat sürməyə belə başlamışdı..
Dr.Harlouya görə Qeydc qəzadan sonra düşüncələrinə tam mənayla sahib idi, amma həyat yoldaşı və ətrafındakı digər yaxın yoldaşları şəxsiyyətində dramatik dəyişmələr müşahidə etməyə başlar. 1868-ci ilə qədər Qeydcin beyin yaralanmasının zehni təsirləri qeyd olunmaz. Bulletin of the Massachusetts Medical Societydə nəşr olunan bir hesabata görə qəzadan əvvəl ən məhsuldar şəkildə işləyən və ən qabiliyyətli ustabaşı deyə xarakterizə edən sahibkarlar, zehinindəki dəyişikliyi o qədər önəmli hesab etdilər ki, köhnə işini ona təkrar verə bilmədilər. Qeydc nizamsız, hörmətsiz, (daha əvvəl heç xasiyyəti olmadığı halda) zamanzaman ağıza alınmayacaq söyüşlərə düşkün, ətrafındakılara çox az hörmət göstərən, arzuları ilə zidd düşdüyündə ən adi tövsiyəyə belə dözə bilməyən, zamanzaman inadcıl, dik başlı, ağlı havada və qərarsız, gələcəyə dair bir çox planı olduğu halda daha mümkün görünən başqa planlar üçün onlardan imtina edən biri olmuşdur. Bu baxımdan, zehini radikal bir şəkildə dəyişmişdi, bu dəyişmə o qədər böyük idi ki, yoldaşları və tanışları Qeydcnin “artıq Qeydc olmadığını” deyirdilər.

Qeydcnin frontal (ön) korteksinə dəyən zərər əlverişsiz davranışlarla nəticələnir. Diqqət, məlumat qəbulu, yaddaş, zəka və ya danışma bacarığına bir zərər gəlməməsinə baxmayaraq daha əvvəldən öyrənilmiş ictimai davranış və etik qaydalar məhv olmuşdu. Kompleks ictimai bir mühitdə gələcəyi təxmin etmək və ona uyğun plan fikirləşmək kimi insana xas olan qabiliyyətlər beyninin bir sahəsinin zərər görməsiylə birlikdə itmişdi. Qeydc yaxşı və ya neytral qərarlar almır, ya da zehinini itirmiş birinin utancaqlığı, ürkəkliyi də yox, tam tərsinə, zərərli və impulsiv qərarlar alan və bunları heç çəkinmədən tətbiq edən və bu halı müdafiə edən biri olmuşdu.  Dəyər sistemi ya dəyişmiş ya da köhnə dəyərləri artıq qərarlarına təsir etmirdi. Təsir olaraq əslində dəmir çubuq Qeydcyə frontal lobotomi etmişdir, amma zərərin əslində tam olaraq hansı sahələrdə olduğu qəzadan bu yana mübahisə edilən bir mövzudur. Zərər ancaq dəmir çubuğun kəlləndə izlədiyi yoldan təxmin edilə bilir ki, bu yol da ancaq kəllədəki qırıqlar üzərindən təxmin edilir. Edilən analizlərə görə dəmir çubuğun Qeydcnin prefrontal korteksinə zərər verdiyi və zərərin beyninin dil sahəsinin olduğu sağ lobundan çox sol lobunda olduğu göstərir.

 

Qeydc hadisəsi frontal korteksin şəxsiyyət üzərində rol oynadığı barədə ilk dəlili sayılır. İndiki vaxtda frontal korteksin ictimai qəbul və administrativ funksiyalarda bir çox rolu olduğu olduqca aydındır, Yenə də araşdırmalar hələ davam etməkdə və günümüzün neoroloqları zehin və beyin əlaqəsini anlamada 19. əsrdə yaşayan neoroloqlardan bilik baxımından çox da irəlidə deyillər.

Yaxşı, bəs Fineas Qeydcyə nə oldu? Qəzadan sonra əvvəlki işində işləyə bilmədiyinə görə pul qazanmaq üçün dəmir çubuğuyla New Englanda və hətta Avropaya səfərlər etdiyi deyilir. New Yorkda Barnumun sirkində özünü bir maraq obyekti olaraq sərgilədiyi də deyilir. Amma Fineas Qeydcnin hekayəsi həqiqi olduğu qədər söz-söhbət mövzusu da olmuşdur. Qeydcnin məruz qaldığı neoroloji zərər qədər qəzadan sonrakı həyatı da hələ də mübahisə mövzusudur. 1851-ci ildən ölümünə qədər sürücü olaraq işlədiyi bilinir. Əvvəl Dartmouth Inn, Hanoverdə sonra 18 ay qədər New Hampshiredə, daha sonra 7 il qədər Çilidə işləyib. 1859-cu ildə sağlamlığının pisləşməsi ilə anasının yanında yaşamağa başlayır. 20 May 1860-cı ildə, qəzadan 13 il sonra San Fransiskoda epileptik sıxılmalara bağlı olaraq inkişaf edən komplikasiyalar nəticəsində ölür. 1867-ci ildə, Qeydcnin bədəni basdırılmış olduğu San Fransiskodakı Lone Mountain qəbiristanlığından çıxarılır və Qeydcin böyük qardaşı kəlləni və dəmir çubuğu Dr.Harlouya aparır. İndi Qeydcnin kəlləsi və onu deşib keçən dəmir çubuq Harvard Universitetinin Tibb Fakültəsi bünyəsindəki Warren anatomiya muzeyində sərgilənməkdədir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: