BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Bakteriyaların təkamülünü 2 mutasiya təmin etdi

Artıq 25 ildir davam edən, E. coli bakteriyaları üzərində aparılan, “Lenski təcrübəsi” adıyla tanınan təcrübə alimlərə genetik dəyişikliklərin yığılaraq necə yeni növləri yaratdığını müşahidə etməyə imkan yaradır. Yeni bir tədqiqat isə bakteriyaların təkamülündəki 2 vacib mutasiyanı aşkar edir. Tədqiqatla əlaqədar məqalə 30 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edilib.

1988-ci ildə Michigan ştatı Universitetindən (ABŞ) olan Richard Lenski və həmkarları Escherichia coli bakteriyalarını qlükoza və digər qida maddələri olan 12 müxtəlif təcrübə qablarına yerləşdirərək təkamül prosesini izləməyə başladılar. Təcrübənin ən vacib nəticələrindən biri 2003-cü ildə, təxminən 31,5 mininci nəsildə əldə edildi.

Alimlər bu qablardan birindəki populyasiyanın sitratlarla (duzlar və limon turşusu efirləri) qidalanmağa başladığını görmuşdülər, bu da populyasiyanın digərləri ilə müqayisədə daha aktiv nəsil artırmağına səbəb olmuşdu.  E. coli bakteriyaları sitratlarla qidalanmırdılar, bu səbəbdən alimlər həmin populyasiyanı yeni növ olaraq qiymətləndirmişdilər.

İndi isə Texas Universitetindən (ABŞ) olan Jeffrey Barrick və həmkarları yeni bakteriya növünün təkamülləşməsinə səbəb olan mutasiyaları aydınlaşdırmaq üçün genom analizi texnikası kombinasiyasını hazırladılar. Sayca 70-dən çox olan genetik dəyişikliklər arasında alimlər ən vacib olan 2 mutasiya üzərində dayandılar. Bunlardan biri bakteriyalara sitratları həzm etmə funksiyası qazandırmışdı. Lakin bu funksiya populyasiyadaki ciddi artımı təmin etməmişdi, çünki bakteriyalar hələ sitratla birgə həm də qlükoza ilə qidalanmağa davam edirdilər.

Təcrübənin 1,5 mininci nəslində bakteriyaların genomunda daha bir dəyişiklik baş verdi. İkinci vacib mutasiya bakteriyaların ilk öncə qlükozanı tam həzm etməsinə, ardından isə sitratlara keçid almasına səbəb oldu. Bu iki vacib dəyişiklik bir yerdə isə yeni bakteriyaların artımındaki “partlayışı” meydana gətirmiş oldu.

İstinad: Pnas.org

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: