BiologiyaElmi xəbərlərHəyatın təkamülüTibb

Appendiksin müdafiə funksiyasının təkamüllə əlaqəli olduğu təsdiq edilib

Alimlərdən ibarət beynəlxalq tədqiqat qrupu appendiksin immunitet funksiyası yerinə yetirdiyini təsdiq edib. Maraqlısı budur ki, rudiment orqanın müdafiə mexanizmini təkamül zəruri edib.

Müasir dövrdə Yerdə həyatın alternativ yolla yarandığı fikrini dəstəkləyən təkamül əleyhdarlarının ən sevdiyi mövzulardan biri appendiksdir. Təkamülçü bioloqlar bu orqanın insanda zamanla inkişafdan qalaraq və əsas funksiyasını itirərək rudimentə çevrildiyini deyirlər. Bu “qızğın müharibədə” əks cəbhədə yer alanlar isə appendiksin immun sisteminə müəyyən qədər dəstək verdiyi üçün rudiment olmadığını irəli sürüb, təkamülün sübutlarından biri qismində dəyərləndirilməsinə etirazını bildirirlər.

Appendiks – kor bağırsağın soxulcanvari çıxıntısıdır. Müasir heyvanların orqanizmində çox nadir təmsil olunduğu üçün appendiks rudiment orqan hesab olunur. Bununla belə funksiyaları sonacan öyrənilməyib. Hipotezlərdən birinə əsasən, soxulcanvari çıxıntı faydalı mikroorqanizmlər üçün “ferma” rolunu oynayır.

Təkamül nöqteyi-nəzərindən immun sisteminin strukturu növün həyat tərzi ilə sıx əlaqəlidir. Belə ki, qruplar halında yaşayan növlərdə orqan daha inkişaf etmiş olmalıdır, çünki onlarda infeksiyaya yoluxma riski böyükdür, sağalmaq üçünsə ehtiyatları tam əksinə məhduddur. Qeyd etmək lazımdır ki, indiyəcən müxtəlif növlərin həyat tərzi və appendiks amili böyük ölçülərdə müqayisə olunmamışdı.

Bu boşluğu doldurmaq üçün Midvestern universiteti və bir sıra digər müəssisələrdən olan alimlər 533 məməli növünün bağırsaq quruluşunun ətraflı araşdırılması işinə başlayıblar. Onlar, appendiksə sahib növləri məskunlaşma arealı, qida rasionu və bağırsaq forması kimi ümumilikdə 31 kriteri ilə müqayisə ediblər. Bunlar, possumlar fəsiləsindən olan Trichosurus vulpecula və Kanada qunduzu kimi bir sıra növlər idi.

Müxtəlif növlərdə kor bağırsağın morfologiyası (appendiks mavi rənglə ayırd edilib). / © Heather F. Smith et al., Comptes Rendus Palevol, 2017

Nəticələr göstərib ki, appendiks immun sisteminin bir hissəsini təşkil edən limfoid toxuma yığını və kor bağırsağın morfologiyası ilə qarşılıqlı olaraq əlaqəlidir. Bununla yanaşı müəyyən bir təkamül mərhələsində appendiks formalaşdırmış növlər bu orqanı itirməyərək, inkişaf etdirməyə davam ediblər ki, bu da adaptasiya funksiyasına işarə edir.

Tədqiqatçıların fikrincə, əldə olunmuş məlumatlar appendiksin immun sisteminə dəstək hipotezini təsdiq edir. Limfoid toxuma periferik immun sistemi hissələrinin tərkibinə daxildir. Orqan otyeyən sosial heyvanlar üçün xüsusilə zəruridir: onun mikrobiotu sellülozanı həzm etməyə və infeksiyalarla mübarizə aparmağa yardım edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: