BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Alimlər: bəşəriyyət bioloji inkişafda maksimal və son həddə çatıb

Bütün canlılar kimi, insanın da bioloji imkanlarının bir hüdudu var.

Aparılmış genişmiqyaslı araşdırmanın nəticələri göstərir ki, bəşəriyyət həcm və ölçü, ömür müddəti və dözümlülük kimi növə xarakterik bütün bioloji imkanlarda artıq maksimum səviyyəyə çatıb.

Bütün digər bioloji növlər kimi, insanların da inkişafında müəyyən hüdudlar olmalıdır. Bundan sonra elə bir əlverişli şərt mövcud olmayacaq ki, orada insan zürafələrin hündürlüyü və ya pələnglərin sürəti kimi özəllikləri təkmilləşdirsin. Görünən budur ki, Homo sapiens öz təbiətinin imkanlarından istifadədə maksimuma qalxıb. Fransız mütəxəssislərin gəldiyi bu qənaət son 120 ili əhatə edən məlumatlardan ibarətdir.

Son əsrlərdə bəşəriyyət davamlı və stabil olan proqres göstərib. Tibb və gigiyenanın uğurları sayəsində hər növbəti nəsl ortalama daha uzunömürlü, daha sağlam, iri və güclü olub. Bütün bunlar gələcəklə bağlı xeyli sevindirici proqnozları zəruri etməli idi: stabil proqres yolu insanları daha hündürboy və daha güclü fərdlərə təkamülləşdirməli idi. Əfsus, buradakı limiti elə biologiya özü təyin edir.

Fransalı tibb professoru Jan-Fransua Tussen həkimlər, genetiklər, antropoloqlar və s. elm xadimlərindən ibarət nüfuzlu heyət yığa bilib. Onlar, XX əsrin əvvəllərindən bəri toplanmış uzunömürlülük, orta boy, fiziki göstəricilər kimi tarixi məlumatları və genetik amillər və ətraf mühit kimi təsirləri nəzərə alaraq, genişmiqyaslı təhlil işlərinə başlayıblar. “Qidalanma, tibb və elmdəki davamlı proqresə baxmayaraq, bu xüsusiyyətlər daha artmır, – professor Tussen etiraf edir. – Bu, müasir cəmiyyətin növün şəxsi hüdudlarına çatmağına ixtiyar verdiyini göstərir. Biz, bunları dərk edən ilk nəslik”.

Bəşəriyyət limitli rəqabətdədir

Alimlərin dediyinə əsasən, əvvəllər insanlar bu göstəricilərdə rekord ardınca rekord təyin edirdilərsə, son illərdə maksimumlar, demək olar ki, artmaq bilmir. Bəşəriyyət artıq zirvəyə dırmanıb və bu gün əslində baş verən rəqabət bu maksimumlara çox və ya az yaxınlaşmış müxtəlif cəmiyyətlərin nisbətləri arasındadır. Qeydə alınmış maksimal uzunömürlülük müddətində ortalama rəqəm olan 120 yaş aşıla bilinmədi. 1980-ci ildən bu günədək orta boy göstəriciləri kişilərdə 180 sm, qadınlarda 170 sm olaraq qalır. Hətta idman rekordlarının yenilənməsi sürəti belə düşməkdədir.

Burası da var ki, hər cəmiyyət bu maksimumu əldə edə bilmir. Alimlər hesab edir ki, iqlim amili kimi ətraf mühitdə nəzərə çarpan dəyişikliklər insanları əvvəlki normalarına “ata bilər”. Məlumdur ki, Afrikanın bəzi ölkələrində son onilliklərdə orta statistik boy göstəriciləri müəyyən templə düşməkdədir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
Frontiers in Physiology
Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: