Beyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

Qaranlıq mühit eşitməni gücləndirir

Yeni bir tədqiqatın nəticələrinə görə, görmə məhdudiyyəti zəif səslərin eşidilməsinə və tonallığın daha yaxşı müəyyən edilməsinə yardım edir. Gələcəkdə bu yeni üsullarla eşitmə pozuntusu olan insanların müalicəsi mümkün ola bilər.

ABŞ-dan olan alimlər siçanlar üzərində bir neçə tədqiqat apardıqdan sonra bir həftə qaranlıq mühitdə keçirilmiş müddətin, beyin konturlarının fəaliyyətindəki dəyişikliklər sayəsində eşitmə səviyyəsini yaxşılaşdırdığını aydınlaşdırdılar. Neuron jurnalında dərc edilən tədqiqatın müəllifləri kəşflərinin eşitmə qüsurluluğu olan insanlara gələcəkdə yardım təmin edəcəyini deyirlər.

Maryland və Johns Hopkins universitetlərindən olan tədqiqatçılar laboratoriya siçanlarını 6-8 gün müddətinə tam qaranlıq mühitə yerləşdirərək onların müxtəlif səsləri dinləməyinə şərait yaratdılar. Digər siçan qrupunu isə işıq olan mühitə qoyaraq və eyni səsləri dinlədərək sonda hər iki qrupun beyin reaksiyalarının göstəricilərini müqayisə etdilər. Nəticədə süni korluğun beyin konturlarının fəaliyyətini dəyişdirdiyi məlum oldu. Ən çox dəyişiklik səslərin dəqiqləşdirildiyi, tonallığın və gurluğun tanındığı “eşitmə korteksində” (kürəsi) qeydə alındı.

“Əldə etdiyimiz nəticələr görmə məhdudiyyətinin zəif səsləri eşitməyimizə və tonallığı daha yaxşı müəyyən etməyimizə imkan yaratdığını deyir. Əgər nə vaxtsa gur səs fonunda tanış bir mahnıdan olan hissəni eşitmisinizsə, bəzi notların itdiyini və melodiyanın bir qədər fərqli səsləndiyini fərq etmiş olarsınız. Bizim kəşfimiz korluğun bu itkin notları xilas edə biləcəyini ehtimal edir”, – məqalənin müəllifləri qeyd edirlər.

Alimlər tədqiqatdan sonra siçanların kəskin eşitmə bacarığının bir neçə həftə ərzində saxlanıldığını, görmədə isə hər hansı bir mənfi təsir alınmadığını dedilər. Növbəti beş il ərzində eşitmə səviyyəsini yaxşılaşdıran bu dəyişikliyin daha uzunmüddətli olmasını təmin etmək üçün araşdırmalar aparılacaq.

“Görməni müvəqqəti məhdudlaşdıraraq, yetkin insanın beyin neyronlarındaki əlaqələri dəyişdirib səsləri daha yaxşı dəqiqləşdirməsinə nail ola bilərik. Bu tapıntı çox şey qazandıra bilər. Məsələn, koxlear implant xəstələrinin eşitmələrini bərpa edə bilərik”, – Johns Hopkins Universitetindəki Beyin İnstitutunun nevrologiya kafedrası dosenti Hey-Kyoung Lee deyir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: