Beyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

Niyə qadınlar elmə maraq göstərmir?

Fakt faktlığında qalır ki, alimlər arasında qadınlar azlıq təşkil edir. ABŞ-dan olan psixoloq mütəxəssislər bəşəriyyətin ikinci gözəl yarısının elmdə hansı səbəbdən zəif təmsil olunduğunu izah etməyə çalışıblar. Tədqiqatın nəticələri olduqca gözlənilməz olub.

Sorğuda 1800 nəfər, xüsusilə professorlar və aspirantlar iştirak edib. Bu insanlar ən müxtəlif elm sferalarında işləyən mütəxəssislərdir. Onların hər birisinə, həyatdaki sahələrində uğur əldə etmək üçün əsas məqsədlərinin nə olduğu ilə bağlı sual ünvanlanıb. Sorğuda iştirak edənlərin təxminən yarısı uğurun əsas faktorunun dahiyanəlik olduğunu deyiblər. Digər iştirakçılar isə hövsələlik və zəhmətsevərlik kimi keyfiyyətləri daha üstün tutublar.

Məlum olub ki, fizika və ya fəlsəfə kimi elm sahələrində bir növ “dahilər kultu” mövcuddur. Məhz bu tip fənnlərdə qadınların azlıq təşkil etdiyi aydın olub. Buna baxmayaraq tədqiqatçılar heç də qadınlar arasında dahilərin az olduğunu demirlər – səbəb tamamilə fərqli ola bilər. Burada söhbət təsirlənmə qabiliyyətindən gedir. Kişilər və qadınlar qeyri-adi bacarıq ehtiyacını fərqli şəkildə dərk edə bilərlər – kişi meydan oxunması və ya çağırışı məmnuniyyətlə qəbul edərkən, qadını belə elm sahəsi “qorxudacaq”.

Alimlər tədqiqatı cəmi bir hipotezlə məhdudlaşdırmayıblar. Gəldikləri qənaətə görə, elm sahəsində az saylı qadın olması ağır iş yükü, iş yerləri uğrunda yüksək rəqabət və kişilərin analitik düşünməyə daha yaxşı uyğunlaşdıqları faktı ilə bağlıdır. Lakin “dahilər kultu” hipotezi daha obyektiv qiymətləndirilib.

İndi isə alimlər qadınların qeyri-adi düşünmə tələb edən istiqamətlərdən uzaq durduqlarının şüurlu şəkildə edildiyi, yaxud onların elm rəhbərləri tərəfindən diskriminasiyaya məruz qaldıqlarını aydınlaşdırmağa çalışırlar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: