Beyin/Psixologiya

LSD-nin mərkəzi sinir sisteminə təsiri

İnsan davranışı, neyrofarmakoloji araşdırmalarda tez-tez istifadə edilən və təsir effektləri sınanmış LSD (Lysergic acid diethylamide)  üzərində aparılan  yeni bir tətqiqatda LSD təsirində beynimizin anlamlandırma prosesində ortaya çıxan dəyişiklikləri müşahidə etməyə çalışılıb.

Psixedelik bir narkotik olan LSDnin istifadəsinin get gedə çoxalması bir cinayət faktoru olmaqla yanaşı həmçinin sağlamlığa təsiri nevroloji tətqiqatların da episentri olmasına səbəb olmuşdur. Hər zaman dinlədiyimiz bir mahnıdan, eşitdiyimiz bir səsdən, bir şeirdən, baxdığımız bir rəsm əsərindən çıxartdığımız mənaları beynimizdə qavrayış olaraq çox fərqli ölçülərə daşınmasına səbəb olan bu narkotikin yeni tətqiqatla müəyyən neyrokimyəvilər və reseptorlar üzərindəki molekulyar təsirlərinə baxıldı.

Bu tətqiqat ilə psixiatrik xəstəliklər və fobiyalara qarşı da müalicə metodları inkişaf etdirmənin mümkün yolları ilə əlaqədar yeni fikirlər vəd edir. Sürix Universiteti Psixiatriya Xəstəxanasından Katrin Preller, artıq hansı reseptorların neyrotransmitterlərin və beyin bölgələrinin ətraf mühiti anlamlandırma və əlaqələndirmə prosesinə daxil olduğunu bildiklərini vurğulayır.

Daha əvvəlki tətqiqatlar LSDnin  şəxsi ətraf ilə əlaqələnmə vəziyyətini və semantik xarakterizasiya proseslərinə təsiri göstərmişdi. LSD bundan başqa şəxsin özü ilə əlaqədar qavrayışlarına da təsir edir və bu nöqtədə bir bulanıqlığa səbəb olur. Digər tərəfdən, beynin hansı qisimlərinin və hansı neyrokimyəvilərin bu proseslərə cavabdeh olduğu mövzusu dəqiq deyildi.

Preller və digər alimlər LSDnin iştirakçıların huşluluq səviyyələri, modları və narahatlıq səviyyələri üzərindeki təsirlərini laborator şəraitlər altında sınadı. Bu sınaqlarda, LSDnin psixedelik effektinin ketanserin təsiri altında azaldığı müşahidə edildi. Ketanserin bu funksiyaları, serotonin reseptorlarından 5-HT2AR lara birləşərək və bu yolla LSD təsirini azaldaraq həyata keçirir.

Tətqiqatçılar  bir neçə mahnıdan çıxarılan anlamları dərəcələndirmək üçün iştirakçıların bir qrupuna plasebo, digərinə LSD və o birisinə həm LSD həm də ketanserin verdi. Bu mahnıların bir qismi də hal hazırda iştirakçıların özləri üçün anlamlı olduğunu dedikləri mahnılardan ibarət idi. Digər mahnılar isə anlamsız və ya anlamlandırılmamış (neytral) mahnılar idi. Daha sonra aparılan analizlər nəticəsində əvvəl anlamsız olaraq xarakterizasiya edilən mahnıların LSD təsirindəykən iştirakçılara xüsusi mənalar ifadə etdiyini ortaya qoydular. Bu təsir LSD ilə birlikdə ketanserin də qəbul edən qrupda olduqca zəifləyir.

(A) Meaningless > meaningful contrast at peak SMA voxel (x = -15, y = -16, z = 63). (B) Meaningless > neutral contrast at peak dmPFC voxel (x = 2, y = 34, z = 38). Data displayed at p < 0.001 (uncorrected), n = 22.

(A) Meaningless > meaningful contrast at peak dACC voxel (x = -7, y = 23, z = 30). (B) Meaningless > neutral contrast at peak dACC voxel (x = -1, y = -27, z = 24). Data displayed at p < 0.001 (uncorrected), n = 22.

Bundan başqa semantik xarakterizasiya edən beyin bölgələrinin də vizuallaşdırma texnikaları ilə müəyyən edilməsinə son dərəcə yaxınlaşıldığı ifadə edildi. Funksional maqnit rezonans tomoqrafiya və detallı hərəki qiymətləndirmələrin paradiqmalar üzərindən analizi ilə beynin LSD təsiri altındakı xarakterizasiya və təcrübə etmə davranışını haradan və necə idarə etdiyini öyrənməyimizi təmin edir.

Əldə edilən kəşfə görə bu davranışlar və davranışın LSD ilə modulyasiyası 5-HT2A reseptoru vasitəsilə kortikal midline (orta xətt) strukturları (CMS) tərəfindən idarə edilir. Belə ki bu hissə şəxsiyyət və ya şəxsi təcrübənin və  qavrayışın da idarə edilməsindən məsul olan olan beyin hissəsidir. 5-HT2A reseptorlarının çoxsaylı  qıcıqlandırılması eqo davranışlarının azalmasını və ya bu təcrübəni təmin edərkən eyni zamanda şəxsin özü özlüyündə konsistensiyasını, bunu təmin edəsi nevral proseslərə zərər verərək azaldıb, bununla bağlı olaraq da qavrayış və təcrübələr kimi şəxsi bir sıra cığırlar vasitəsilə şəxsi xarakterizasiya funksiyasını və mənalandırma funksiyalarını pozur. Bu səbəblərdən ötrü tətqiqatçılar gələcəkdə bu tip problemlərin əsasını təşkil etdiyi psixiatrik xəstəliklərin müalicəsində reseptorun və alt tiplərinin hədəf alınmasının  nəticələr verəcəyini düşünür.

 

Qaynaq və istinad edilən məqalə : Katrin H. Preller, Marcus Herdener, Thomas Pokorny, Amanda Planzer, Rainer Kraehenmann, Philipp Stämpfli, Matthias E. Liechti, Erich Seifritz, Franz X. Vollenweider. The Fabric of Meaning and Subjective Effects in LSD-Induced States Depend on Serotonin 2A Receptor

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Fərid Rüstəmli

Yaşıl Elm platformasının yazarıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: