Beyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

İradə azadlığı illüziyadır?

Amerikalı alimlərin apardığı eksperimentlər insanlarda iradə azadlığı mövcudluğunu şübhə altına alıb. Alimlər təcrübədə iştirak edənlərin beyin vəziyyətini müşahidə edərək, onların “təsadüfi olaraq” verəcəkləri qərarları əvvəldən dəqiqliklə proqnoz etməyə nail olublar.

Neyrofizioloq Bencamin Libetin məşhur təcrübəsində könüllü iştirakçılara öz istəklərindən asılı olaraq bu və digər siqnallara reaksiya vermələri təklif edilmişdi. İştirakçıların başına taxılmış elektrodlar isə hər hansı bir qərar qəbul olunduqda beyin aktivliyini qeydə alırdı.

Kaliforniya Universitetindən olan alimlər bu təcrübəni böyütmək qərarına gəliblər. Belə ki, bu dəfə könüllülərdən boş ekrana baxmaları və hər hansı bir görüntü peyda olduqda baxışlarını sağa-sola dəyişərək, dərhal reaksiya vermələri istənilib.

Tədqiqatçılar iştirakçılara düşünmək üçün bir dəqiqə belə vermədən, elə qərar verildiyi andaca beyin aktivliyini araşdırmaq istəyirdilər. Nəticələrə əsasən, iştirakçının reaksiyasını onun beyin davranışı ilə hələ siqnal verildikdən əvvəl proqnozlaşdırmaq mümkündür.

“Hər hansı bir görüntü peyda olduqdan əvvəl beynin vəziyyəti iştirakçının sağa yoxsa sola baxacağını tam müəyyənləşdirir. Bu da o deməkdir ki, ilk baxışdan təsadüfi görünən qərarlar beynin hazırki aktivliyindən asılıdır”, – Cessi Benqson qeyd edir.

Bu beyin aktivliyini “fon gurultusu” kimi xarakterizə etmək olar. Lakin, faktiki olaraq insan düşünmədən, təsadüfi olaraq seçim etdikdə, məhz bu “gurultu” onun qərarına cavabdeh olacaq. Alimlər “beyin gurultusunun” xarakteristikalarını bildikləri üçün iştirakçının təcrübədə hansı seçimi edəcəyini əvvəldən dəqiqliklə proqnozlaşdırırdılar.

Əgər qərar və ya seçimlərimiz beynimizdə məlum informasiyalar çərçivəsində müəyyənləşdirilirsə, elə isə əsrlərdir teoloq və filosofların üzərində baş sındırdığı iradə azadlığı nədir? Və ya iradə azadlığı mövcuddurmu, yoxsa insanın uydurduğu anlayışlardan biridir? Alimlər hələlik iradə azadlığı mövzusunda fizioloji proseslərə əsaslanmağın lazım olduğunu bildirirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: