Beyin/Psixologiya

İnsan beyninin inkişafında olan əsas genlər

Los-Anceles Kaliforniya Universitetindən olan elm adamları, neyrot kök hüceyrələrinin beyin hüceyrələrinə çevrilməsi olan neyrogenezin və serebral korteks həcminin artımının əsasını təşkil edən genetik tənzimləmənin ilk xəritəsini yaratdılar

Los-Anceles Kaliforniya Universitetindən olan elm adamları, neyrot kök hüceyrələrinin beyin hüceyrələrinə çevrilməsi olan neyrogenezin və serebral korteks həcminin artımının əsasını təşkil edən genetik tənzimləmənin ilk xəritəsini yaratdılar.

 

İnsan beyni, Serebral korteksinə görə meymun və siçan beyinlərindən fərqlənir. Serebral korteks hissəsi düşüncə bacarığından və inkişaf etmiş ünsiyyətdən cavabdehdir. Beyin inkişafı, müəyyən genlərin beyninin müəyyən bölgələrində, müəyyən hüceyrə növlərində spesifik dövrlərdə ifadə edilərək nəzarət olunur. DNT-dəki məlumatın proteinlər kimi funksional məhsullara çevrilməsi olan gen ifadəsi hadisəsi, DNT-nin müxtəlif hissələrinin açmaq / bağlamaq düyməsi kimi rol oynaması ilə müəyyən səviyyədə nəzarət edir.

 

ATAC-seq adlı bir metoddan istifadə edərək, tədqiqatçılar neyrogenez zamanı genomda aktiv olan bölgələrin xəritəsini çıxarmışdılar. Daha sonra bu məlumatları eyni bölgələrdə olan gen ifadələri haqqında məlumatlarla birləşdirdilər. Bundan əlavə, xromosomların qatlanmasının nümunələrini göstərən və əvvəllər dərc olunan məlumatlardan da istifadə olundu. Xromosomların qatlanan nümunələri genetik məlumatın necə kodlanması barədə məlumat verir. Bu məlumatlar tədqiqatçılara neyrogenez üçün əsas rol oynayan tənzimləyici elementləri aşkar etməyə imkan verdi. Bu genlərdən biri EOMES / Tbr2’dir. Bağlı olduqda, beyninizdə kritik qüsurlara səbəb olur.

 

Tədqiqatçılar bundan sonra bu genlərin gen tənzimlənməsi üsulu olan CRISPR ilə təsdiqlədilər. Tapıntılara əsasən, şizofreniya, depressiya, diqqət çatışmazlığı və hiperaktivit pozğulma kimi həyatın sonrakı mərhələlərində ortaya çıxan psixiatrik pozulmaların mənşəyi fetusun beyin inkişafının ilk mərhələlərinə qədər gedir. Tədqiqatçılar qeyd edirlər ki, sinir hüceyrələri ilk növbədə meydana gəldiyi zamandan bir insanın gələcək intellektuallıq qabiliyyəti müəyyən edilə bilər. Tədqiqatçılar həmçinin insanların Serebral korteksinin, insan olmayan primatlardakından daha böyük olmasına səbəb olan əsas mexanizmini aşkar etdilər. Onlar hüceyrələrə müəyyən vəzifələri verən hüceyrələrin proliferasiyası və bölünməsi üçün cavabdeh olan bir “fibroblast artım amil reseptorunun” ifadəsini əvəz edən bir genomik ardıcıllığı təyin edirlər. Bu genomik ardıcıllıq insanlarda, digər primatlar və siçanlara nisbətən daha aktivdir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
sciencedaily
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: