Beyin/Psixologiya

Beynin sağ və sol yarımkürələrin funksiyası barədə yanlış bilinənlər

Gündəlik həyatımızda – internetdə, bəzi kitablarda, televizorda və bir çox yerdə sağ və sol beyin yarımkürələrin fərqləri barədə bir çox informasiya görürük. Məsələn, bir insan riyaziyyatda yaxşıdırsa, ağla gələn fikir həmin insanın analitik düşüncə qabiliyyətinə sahib olduğudur və beyninin sol yarımkürəsinin daha yaxşı barədə fikirlər səslənir və ya musiqidə yaxşı olan birinə uyğun şəkildə sağ yarımkürənin inkişaf etdiyi deyilir. Bununla yanaşı yarımkürələrin şəxsiyyət xüsusiyyətlərini təyin edən bir faktor olduğu iddiaları da vardır. Bu iddialara əsasən, sağ beyni üstünlükdə işləyənlərin yaradıcı, hissiyyatlı, sol beyni üstünlükdə işləyənlərin isə məntiqli və realist olduğu düşünülür.

Utah Universitetinin nevroloqlarının tətqiqatlarına əsasən insanların sağ yoxsa sol beyni daha çox işlətdiyi barədə heç bir elmi sübut əldə edilməyib. 2 il davam edən tətqiqat müddətində alimlər beyində yalnızca bəzi spesifik funksiyaları müşahidə ediblər. Başqa sözlə desək, spesifik bir funksiyanın sadəcə beynin tək bir yarımkürəsinə aid olduğu aydınlaşdırılıb. Tətqiqatçılar Maqnit Rezonans texnikası istifadə edərək 7 və 29 yaş aralığında olan 1011 insanın beynin vizuallarını analiz etdilər. Alimlər hər iştirakçının beynində spesifik kimi ehtimal edilən minlərlə nahiyə üzərində müşahidələr apardı. Əldə edilən nəticələr göstərir ki, bəzi funksiyalar beynin ancaq bir yarımkürəsində olur ancaq, iştirakçıların heç birində beynin bir yarımkürəsinin digərindən daha dominant olduğu aşkar edilmədi.

Tətqiqatın rəhbəri olan Jeff Anderson:

Bəzi beyin funksiyalarının beynin sadəcə bir yarımkürəsi aid olduğu faktiki olaraq doğrudur. Danışıq sol yarımkürədə, diqqət isə sağ yarımkürədə olmağa meyllidir ancaq, insanlarda sağ beyin və ya sol beyin daha fəaldır deyə bir fakt ortada yoxdur.

Təcrübəyə qoşulan insanların Maqnit Rezonans şəkillərindən əldə edilən nümunələrdən bir data baza əmələ gətirildi. Anderson və həmkarları beyin dalğalarındakı hərəkətliliyə baxaraq bir nahiyədəki beyin fəallığı ilə digərini müqayisə edə bildilər. Tətqiqatda alimlər beyni təxminən 7000 nahiyəyə ayıraraq hansı nahiyənin daha çox spesifikləşmiş olduğunu öyrəndilər. Bütün əlaqələr analiz edildiklərindən sonra sağ və sol beyin üçün xüsusiləşmiş əlaqə sayları cəmləndi. Ortaya çıxan nəticədə tətqiqatçılar niyə bir əlaqənin sağ vəya sol yarımkürədə spesifikləşmiş olduğuna dair modellər düzəltdilər.

journal-pone-0071275-g001

journal-pone-0071275-g002

Tətqiqatın nəticələri həyəcan verici idi, belə ki barəsində kitablar yazılan sağ beyin, sol beyin dominantlığı artıq elmi yolla çürüdülmüş vəziyyətdədir. Beynin sadəcə bir yarımkürəsində spesifik funksiyalar ola bilər ancaq bu həmin insanın beyninin o yarımkürəsini daha çox istifadə etməsi demək deyil.

Utah Universitetindən tətqiqata qoşulan Jared Nielsen : “Hər kəs şəxsiyyət xüsusiyyətlərin tamamilə ya sağ ya sol beyinlə əlaqədar olmadığını anlamalıdır. Bəlkə şəxsiyyət beynin bir yarımkürəsində daha çox əlaqə ehtiva etməsindən yox, iki yarımkürə arasındakı əlaqələrin növü və sayı ilə əlaqədar ola bilər”

Hazırda çox populyar mövzulardan olan sağ və sol yarımkürələrin xüsusiyyəti məsələsi hələ bir müddət aktuallığını itirəcəkmiş kimi görünmür. Bu mövzu barədə araşdırmalar irəlilədikcə sağ və sol yarımkürələrin funksiyaları daha yaxşı başa düşüləcək. Gələcəyin texnologiyası bizə nə imkanlar təqdim edər bu bilinməz ancaq, fakt budur ki, beynin strukturu və işləmə sistemini öyrəndikcə insanların istedadları və meyllərinin qaynağı daha asan təyin ediləcək.

 

İstifadə edilən qaynaq

  1. Nielsen, J. A., Zielinski, B. A., Ferguson, M. A., Lainhart, J. E., & Anderson, J. S. (2013). An Evaluation of the Left-Brain vs. Right-Brain Hypothesis with Resting State Functional Connectivity Magnetic Resonance Imaging. PLoS ONE, 8. doi:10.1371/journal.pone.0071275

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Fərid Rüstəmli

Yaşıl Elm platformasının yazarıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: