Beyin/Psixologiya

Azad iradə beynin arxa plandakı səsinin nəticəsi ola bilər

Kaliforniyadakı Davis Universitetinin alimləri, qərarların beyin qəliblərinə dayanaraq öngörülə biləcəyini təsbit etdi.

 

Son araşdırmalara əsasən, azad iradə konsepsiyası beyindəki arxa plan səslərindən bir az daha artığı ola bilər. Əvvəllərdən təklif edilir ki, bizim qəbul edilmiş müstəqil qərarlar vermək bacarığımız bir illüziyadır – indilərdə isə Kaliforniyanın Davis Universitetinin Zehin və Beyin mərkəzindən olan alimlər aşkar etmişlər ki, azad iradənin, əslində, beyindəki elektrik fəaliyyətinin nəticəsi olması ehtimaldır.

 

Cognitive Neuroscience jurnalında paylaşılmış araşdırmaya əsasən, qərarlar verildikdən dərhal öncə beyin fəaliyyətinin nümunələrinə dayanaraq proqnozlaşdırıla bilər.
Araşdırmaya qatılan könüllülərdən beyinlərinin elektrik fəaliyyətləri qeydə alınarkən bir ekranın qabağında oturmaları və mərkəzi nöqtəyə fokuslanmaqları istənilir. Sonra, onlar ekranda bir işarət görünən vaxt sağa və ya sola baxmaqları haqda qərar qəbul edir və bu qərarı bildirirdilər.

 

Sağa və ya sola baxmaq işarəsi təsadüfi intervallarla gözə görünür və buna görə də könüllülər şüurlu və ya şüursuz şəkildə buna hazırlaşa bilmirdilər.
Beyin arxa plan səs-küyü adlandırılan normal bir səviyyəyə sahibdir; araşdırmalar bunu aşkar etdi ki, beyindəki fəaliyyət qəlibi, başlanma işarəsi göründükdən bir neçə saniyə əvvəl,– könüllülər nə vaxt qərar verməli olduqlarından xəbərdar olmadıqda – veriləbiləcək qərarın nəticəsini proqnozlaşdırılması mümkündür.

 

Bengson deyir: “Beynin başlanma işarətindən dərhal öncəki vəziyyəti sənin sağa yoxsa sola baxacağını müəyyənləşdirir”. Və o Live Science’ə (aktual elm xəbərlərini yayımlayan sayt) olan e-poçtunda vurğulayır: “Məqsədyönlü niyətlər, arzular və hədəflərin bizim qərarlarımızı xətti səbəb-nəticə yoluyla yönləndirməsinə baxmayaraq, bizim araşdırmalar göstərir ki, bizim qərarlarımız həmçinin hər hansı bir an içində neytral səslərdən tərəfindən də təsirə məruz qalır. Bu təsadüfi əks-sədalar, və ya səslər, hətta radio statiklərin radio stansiyasının daşıyıcısı olduğu şəkildə, şüurumuzun daşıyıcısı da ola bilər”

Bu ən sonuncu araşdırma psixoloq Benjamin Libetin 1970lərdə həyata keçirdiyi beynin qərar vermədən dərhal öncəki elekrikal vəziyyəti araşdırmasının genişləndirilmiş formasıdır.
Libet könüllülərdən görsəl siqnala cavab olaraq düyməyə basmalarını istəmişdi – amma o iştirakçıların qərarlarını nə vaxt verdikləri haqdakı cavablarına güvənməli idi, Bengson yeni öyrənmənin təsadüfi təbiətinin insanların qərarları əvvəlcədən vermədiklərini bilirik mənasına gəldiyini açıqlamışdır.
O deyir, “bu bizə sadə səbəb və nəticədən qurtulmaq üçün təsadüfi bir təsəvvür qatır”.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: