AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Yerdəki suyun mənşəyi kometlər deyildi?

Planetimizdəki suyun mənşəyi mövzusunu əhatə edən mübahisələr yenidən qızğın xarakter alır. Churyumov-Gerasimenko kometi yaxınlığındaki su buxarının tərkibinə dair məlumatlar əldə edildikdən sonra, suyun Yerə kometlər vasitəsilə düşdüyü versiyası şübhələr doğurmağa başlayıb.

Uzun müddətdir ki, elm ictimaiyyəti Yerdəki suyun mənşəyi sualına cavabın “kometlər” olduğunu iddia edirdi. Alimlər ilkin okeanların buxarlanmasından sonra, müasir qlobal okeanın suyunun planetimizə məhz kometlərlə gətirilmiş olduğunu düşünürdülər.

Bu mövzu onsuz da daha əvvəldən şübhəli idi, çünki komet nəzəriyyəsi konkret sübutlara ehtiyac duyurdu. Bu yerdə alimlərə köməyə bəzi kometlərə çatmış və oradaki mövcud buz halında suyun tərkibini öyrənmiş kosmik cihazlar gəlir.

Burada qeyd etmək vacibdir ki, şərti olaraq, kometləri Neptun orbitinin hüdudlarından kənarda yerləşən Koyper Qurşağı‘ndan gələn “yaxın” və orbitləri daha geniş ərazini, hipotetik sahə olan Oort Buludu‘nun xarici hüdudlarını əhatə edən “uzaq” kateqoriyalarına ayırmaq olar.

1986-cı ildə kosmik zondlar vasitəsilə Halley adlı “uzaq” kometin nüvəsi öyrənilmişdi. Məlum olmuşdu ki, nüvəsindəki suyun (buzun) tərkibi Yerdə rast gəlinən suyun tərkibindən xeyli fərqlənir. Bu səbəbdən də o vaxt astronomlar Oort Buludu‘ndan olan kometlərin çətin ki Yerdəki okeanların yaranmasında rol oynamış ola biləcəyi qənaətinə gəlmişdilər.

Üç il əvvəl isə alimlər Koyper Qurşağı‘ndan olan Hartli-2 kometinin məlumatlarına yiyələnib, komet buzu hissəciklərindəki deyterium izotopu payı kimi əsas parametrə əsaslanaraq, oradaki suyun tərkibinin planetimizdəki suyun tərkibi ilə oxşar olduğuna aydınlıq gətirmişdilər. Beləliklə də, Yeri su ilə təmin etmiş kosmik cismlərin məhz “yaxın” kometlər olduğu yəqin edilmişdi.

İndi isə, avqust ayında Churyumov-Gerasimenko kometi orbitinə çatmış “Rozetta” kosmik zondu Yerə yeni məlumatlar ötürərək, alimləri daha əvvəlki nəticələri yenidən gözdən keçirməyə vadar edib. Əldə edilmiş son nəticələrə əsasən, komet buzunun tərkibindəki deyterium Yer suyu tərkibindəkindən xeyli çoxdur. Yəni, Yer suyunun mənşəyində “yaxın” kometlərin rolu olduğu nəzəriyyəsi şübhə altına alınır.

Tədqiqatın müəlliflərindən olan Bern Universiteti professoru Ketrin Altveqq isə hesab edir ki, son məlumatlara əsaslanaraq, Yerə suyun kometlərlə olmasa da, asteroidlərlə gətirilmiş ola biləcəyinin mümkün olduğunu demək olar.

Bu tədqiqatın nəticələri ilə çox da razı qalmayan Merilend Universitetindən olan Maykl Eyhern isə bildirir ki, “Rozetta” zondunun qazandırdığı məlumatlar möhtəşəmdir, lakin kometlərin Dünya okeanının formalaşmasında rolu olduğunu tam istisna da etmir – ehtimalla, su başqa bir komet tipi vasitəsilə Koyper Qurşağı‘ndan Yerə gətirilib. Hər halda yekun qərarlara gəlmək üçün tədqiqatların davam etdirilməsi vacibdir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: