Astronomiya

Yer kürəsi uzaqdan müşahidə zamanı həyat üçün yalnız 82% yararlıdır

Son bir neçə ilimizi qalaktikamızın bir hissəsinə baxaraq həyata yararlı planetlər axtarmaqla keçiririk. Kepler kosmik qurğusu planetlər ulduzlarının qabağından keçərkən onları tapır və analiz edir. Bəs Yer başqa bir günəş sistemindən eyni metodikadan istifadə edilərək müşahidə edilsəydi, o nə qədər həyata yararlı görünərdi?

Burada yaşadığımız üçün bizə elə gələ bilər ki, planetimiz 100% həyata yararlı görünəcək. Lakin bu heç də bizim düşündüyümüz kimi deyilmiş. Washington Universitetindən olan astronomların apardığı son araşdırma Yerin uzaqdan müşahidə zamanı həyat üçün yararlılıq ehtimalının 82% kimi görünə biləcəyini deyib.

Kepler teleskopu
Rəssam: Wendy Stenzel

Araşdırmanı aparan komanda 82% nəticəsini bir planetin həyata nə qədər yararlı olmasını onun ulduzundan nə qədər uzaqlıqda olması, planetin ölçüsü, ulduzun təbiəti və sistemdəki digər planetlərin özünü necə aparması kimi şeylərə görə təyin edərkən alıblar.

Bir ulduz sistemindəki planetin həyata yararlığı hal-hazırda Qoldiloks Zonası adlı bir standart üzərində qurulub. Bu zona elə bir zona olmalıdır ki, planet ulduzuna ulduz onun üzərindəki suyu buxarlandırcaq qədər yaxın və ya ulduzundan su dona biləcək qədər uzaq olmamalıdır. Burada dəqiq bir rəqəm yoxdur, o ulduzun növünə və ölçüsünə görə dəyişir. Nəhəng və isti bir ulduz üçün bu zona bizim günəş sistemimizdəki zonadan çox uzaq və ya əksinə, kiçik və soyuq bir ulduz üçün bu zona daha yaxın olardı. Bu teoriya ilk addım üçün əladır, lakin o zonanın içində edəcəyimiz müşahidə barədə bir şey demir.

Qoldiloks Zonasının ulduzun ölçüsünə görə müxtəlifliyi

Kepler indiyənəcən 1000-dən çox planet tapıb, 4700-dən çox planetin varlığının mümkünlüyü ilə birlikdə. Müşahidələr hələ də davam edir. Bu planetləri digər alətlərlə yaxından müşahidə edərkən haradan başlamaq lazımdır? Bizim planetləri daha yaxşı cərgələməyimiz üçün Qoldiloks Zonasından böyük bir şeyə ehtiyacımız var.

Bunun üçün araşdırmanı aparan astronomlar tək məsafəyə yox, həm də ümumi enerji balansına baxdılar. Bu tək planetin qəbul etdiyi enerjini yox, həm də onun kosmosa nə qədər enerji əks etdirdiyini—albedosunu nəzərə alır. Həyat üçün yetərincə isti olmasına görə yüksək albedolu bir planet ulduzuna daha yaxın, aşağı albedolu bir planet isə ondan daha uzaq ola bilər. Bu balansa həmçinin planetin orbitinin necə olması tərəfindən də təsir olunur.

Əgər hər hansı bir yadplanetli növ bizim planeti bu üsulla müşahidə edirsə, onun həyata yararlığı 82% kimi görsənəcək, hansı ki, həyat üçün pis bir kandidat sayılmır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Aqil Heydərli

Yaşıl Elm platformasında idarəçi və yazar kimi fəaliyyət göstərirəm. "Azərbaycan Dövlət Neft-Sənayə Universiteti"ndə Mexanika Mühəndisliyi üzrə təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: