AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Yenicə tapılmış “Proxima b” planetində həyat ehtimalı yüksəkdir

İsveçrəli planetoloqlar belə qənaətə gəliblər ki, Günəş sisteminə ən yaxın mövqedə yerləşən Proxima b planeti öz xüsusiyyətləri və ölçüsünə görə Yerə oxşamalı və böyük miqdarda su ehtiyatına malik olmalıdır ki, bunlar da orada həyatın inkişaf etdiyi ehtimalını artırır.

Bern Universitetindən olan Yan Alibert qeyd edir ki, yeni elmi metodlar köməyilə Proxima b kimi son illərdə tapılan planetlərin xüsusiyyətlərini dəqiqliklə öyrənmək mümkündür. Maraqlısı budur ki, hesablamalara əsasən qırmızı cırtdan ulduzlar ətrafında yaxın məsafələrdə dövrə vuran planetlərin əksəriyyəti kiçikölçülüdür. Onların radiusu Yerinkinin 0,5-1,5-ini təşkil edir və böyük ehtimalla ölçü baxımından Yerə çox oxşayırlar.

Alibert və Uilyam Benz bu ilin may və avqust aylarında aşkar edilmiş TRAPPIST-1 və Proxima b planetlərinin potensial özəlliklərini dəqiqləşdirdikdən sonra bu nəticəyə gəliblər. Bu iki planetin kiçikölçülü qırmızı cırtdan ulduzlar ətrafında fırlanması və təxmini Yerinkinə bərabər kütləyə malik olması göstərir ki, Süd Yolu qalaktikasının ən yayılmış hesab olunan oxşar ulduzlarının planetləri də çoxluq təşkil edə bilər. Alimlərin dediyinə görə yaxın gələcəkdə bu planetlər kosmik həyat axtarışı sahəsində ilk nəticələrini verəcək.

Kepler” teleskopunun son iki ildə əldə etdiyi məlumatlar bunu deməyə əsas verir ki, qırmızı cırtdan ulduzlar ətrafında Yupiter və ya Neptun kimi iri qaz planetlərinin formalaşması ehtimalı olduqca aşağıdır; Yerə oxşar, həyat üçün əlverişli planetlərin yaranması isə tam əksinə adi haldır. Alimlər kompüter modeli hazırlayaraq bu iddianı yoxlamaq qərarına gəliblər. Nəticələr elə gözlənildiyi kimi hipotezi təsdiqləyib – qırmızı cırtdan ulduzlar ətrafındaki planetlərin ölçüsü kiçikdir, üzərində qayalıqlar (dağlıq ərazilər) geniş yayılıb. Ən əsası isə belə planetlərin böyük əksəriyyəti müəyyən miqdarda su ehtiyatına malikdir.

texmini-tesvir-proksima-b-planeti

TRAPPIST-1 Günəş sistemindən 40 işıq ili uzaqlıqdadır, kosmik mənada “qonşuluğumuzda” yerləşən Proxima Sentavra sisteminin Proxima b planeti ilə isə aramızdaki məsafə cəmi 4 işıq ilinə bərabərdir və hər ikisində həyatın yaranması və inkişaf etməsi şansı xeyli yüksəkdir. Digər yandansa alimlər bildirir ki, planetlərdə böyük miqdarda su olması həyatın formalaşması ehtimalını azaldır, çünki atmosferdə həddindən artıq yüksək su buxarı miqdarı iqlimi qeyri-stabil saxlaya və çox güclü parnik effekti meydana gətirə bilər. Bütün şübhələrə baxmayaraq, Alibert və Benz hesablamalarının doğru olduğuna əmindirlər və qırmızı cırtdan ulduzlar ətrafındaki kiçik planetlərin “ikinci Yer” roluna ən uğurlu namizədliyi təmsil etdiyini qeyd edirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: