AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Yeni “Big Bang” baş verə bilər

Keçən il kəşf olunan Hiqqs bozonu kainatın sonuna dair məlumatlar verə bilər. Fermi adına sürətləndirici Milli laboratoriyadan olan fizik Joseph Lykken hər il keçirilən AAAS konfransında kainatın məhvini izah edən nəzəriyyəni təqdim etdi.

Lykken’in dediyinə görə keçən il Böyük Adron Kollayderinin detektorları tərəfindən tapılan Hiqqs bozonu kainatın qeyri-stabil olduğu hipotezini təsdiq edir. Bu da kainatımızın gec və ya tez bir zamanda məhv olacağına dair məlumatlar təmin edir.

Peter Higgs 1964-cü ildə elementar hissəciyin mövcudluğuna dair nəzəriyyə hazırladıqda, onun kütləsinin 114 geV-dən bir neçə yüz geV (qiqaelektronvolt) arasında olduğunu hesab edirdi. Kəşf olunan subatom hissəciyin qeyri-stabil xüsusiyyətləri kainat vakuumunun əvvəllər hesab ediliyi kimi çox da “boş” olmadığını göstərdi. Əgər vakuum müəyyən enerji ehtiyatına sahibdirsə məkanın hər hansı bir nöqtəsində təsadüfi olaraq yeni “həqiqi vakuum” yarana bilər.

Lykken izah edir:

“Kvant fluktuasiyası səbəbindən anidən yeni bir kainatı formalaşdıracaq kiçik vakuum şarı meydana gələ bilər. Aşağı enerji səviyyəsi də onu, ətrafındaki hər şeyi udaraq işıq sürətilə genişləndirəcək.”


Görünür ki, söhbət yeni bir Böyük Partlayışın baş verməsindən və yaranan kainatın əvvəlkini əvəz etməsindən gedir. Buna baxmayaraq kainatımızın yaranışından bu ana qədər davam edən 14 milyard ilə yaxın müddətdə belə bir partlayış baş verməmişdir, baş versəydi belə bu proses çox sürətli şəkildə inkişaf edəcəkdi. Alimlər, belə bir partlayışın baş verməsi üçün hələ qarşıdaki bir neçə milyard ilin keçməsi lazım olduğunu hesab edirlər.

Yeni kainatın yaranmasına təkan verəcək hipotetik şar mümkün olan maksimal sürətlə inkişaf edəcək, bu da kainatımızın sonunun nə vaxta təsadüf edəcəyinə dair məlumatlara yiyələnməyəcəyimizi göstərir. Bu proses çox az vaxt tələb edəcək və bir kainatın yaranmasıyla digərinin məhvi üst-üstə düşəcək.

Bu nəzəriyyə üçün planlaşdırılan tədqiqatlar 2015-ci ildə Böyük Adron Kollayderində aparılacaq.

İstinad: ScientificAmerican

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: