Astronomiya

Ulduzsuz planetlər və qalaktikasız ulduzlar.

Biz insanlar bir günəş sistemində yerləşən planetdə yaşadığımıza görə planetlərin təkcə ulduzların ətrafında fırlandığını düşünə bilərik. Lakin bu hər bir planetin bir ulduza ehtiyacı olduğu mənasına gələ bilərmi? Əlbətttə ki, yox. Kainatın sonsuz olduğu qədər belə ehtimallar da sonsuzdur. Kainatda belə planetlər milyonlarladır. Onlara “yalnız” (rogue) planetlər deyilir.

Hətta bu tək ehtimal da deyil. Qalaktikası olmayan ulduzlar, planetlərin bir ölü ulduzu orbit etməsi və s. kimi  belə qeyri-adi şeylər kainatda çox güman ki, sonsuz saydadır.

Yalnız planetlər haqqında danışmamışdan əvvəl bir az ulduz sistemləri haqqında məlumat verək:
Ulduzlar və planetlər adətən eyni maddə qruplaşmasından yaranır. Bir nebula (qaz və toz qarışığından böyük bir bulud) dağılan zaman onun özəyi isti ulduz əmələ gətirir. Həmin zaman isə iç-içə düzülmüş disklər yaranır. Ən sondakı diskdə isə maddələr bir-birinə yapışdıqca planetlər yaranmağa başlayır. Zaman keçdikcə maddələr ya yeni yaranmış planet ilə toqquşub onu dağıdır, ya da ona birləşib planeti daha da böyük edir. Bu proses planetlər üçün açıq bir orbit olana qədər davam edir.

Planetlərin bir ulduzsuz necə yarandığı astronomlara məlum deyil. Lakin onlar əmindirlər ki, bəzi planetlər ulduz sistemlərindəki orbitlərindən hər hansı səbəbə görə atılıblar. Hətta bu planetlərin bəziləri kainatda saatda 48 milyon kilometr sürət ilə hərəkət edirlər. Bəzən bu planetlərin hər hansı bir ulduzun orbitinə düşməsi də mümkündür.

İki ulduzlu bir ulduz sistemi bir qara dəliyə yaxınlaşan zaman ulduzlardan biri qara dəlik tərəfindən udulur, digəri isə elə böyük sürətlə kənara atılır ki, bəzən həmin ulduzlar qalaktikadan da çölə çıxır. Atılan ulduzun planetləri çox güman ki, onunla yüksək sürətdə səyahət edərkən dağılır. Udulan ulduzun planetləri isə sistemdən kənara atılır və yalnız planetlərə çevrilirlər.
Nəhəng qaz planetləri də digər planetləri orbitdən çıxara bilər. Və yaxud hər hansı bir obyekt planet ilə toqquşub onu orbitdən kənara atar. Mümkünlüklər çoxdur.

Bəs bu planetlərdə həyat ola bilərmi? Çikaqo Univeristetinin alimləri ulduzsuz bir planetin necə həyata yararlı ola biləcəyini araşdırıblar. Və onların nəticələri ümidvericidir. Yer planetindən 3 və ya 4 dəfə böyük olan bir planetin buzun altında okean yaratmaq üçün yetərincə istiliyi ola bilər. Həmin okean isə milyard illərlə qala bilər. Lakin həyatın təkamülü limitlidir, həmin şəraitdə yalnız mikroorqanizmlər yaşaya bilər.

Mənbələr:

HubbleSite
Harvard-Smithsonian
Lisa Grossman

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: