AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Sürətli radioşüalanmalar yerdənkənar sivilizasiyalara aiddir?

Alimlərin gəldiyi qənaətə görə, fast radio burst (FRB) adlanan şüalanmalar süni xarakter daşıya və yerdənkənar sivilizasiyalara məxsus ola bilər. Bu iddia, sözsüz ki, hələlik adi hipotezdən artıq olmasa da, şüalanma səbəbinin ən mümkün izahını təqdim edir.

Elm ictimaiyyəti müəmmalı şüalanmalar barədə ilk dəfə 2007-ci ildə xəbər yaymışdı. Sürətli partlayış radioşüalanmaları elə o vaxt, “Aresibo” və “Parks” teleskoplarından radiopulsarların müşəhidə edilməsi prosesində aşkar edilmişdi. FRB kəsildikdən sonra belə daha doqquz oxşar şüalanma qeydə alınmışdı. Ötən il növbəti radioşüalanma qeydə alındıqda isə alimlər məsələyə daha ciddi yanaşmağa başladılar.

Astrofiziklər on bir radioşüalanma hadisəsini analiz edərək, FRB mənbəyinə qədərki məsafəni hesablamağa çalışıblar. Qısa uzunluqlu dalğaları olan şüalanmanın ulduzlararası mühitin ionları tərəfindən “tormozlandığı” səbəbindən, uzundalğalı şüalanmalar teleskoplara daha tez çatır. Alimlər, bu məlumatlardan yararlanaraq, şüalanma mənbəyi ilə aradaki məsafəni ölçməyi bacardılar.

Aydın olub ki, şüalanmanın mənbəyi qalaktikamızın hüdudlarından kənarda yerləşir. Hər radioşüalanmanın başlanması və tükənməsi arasında zaman aralıqları baş verir ki, bunun əsasında alimlər qalaktikamızdan kənar və ard-arda eyni aralıqda yerləşən beş şüalanma mənbələri olduğunu deyirlər. Lakin bu versiyanın doğru olduğuna ehtimal 0,05%-dir.

Digər mümkün versiyaya əsasən, müəyyən və sabit fasilələrlə uzun və qısa dalğalar ötürən şüalanma mənbələri mövcud olmalıdır. Əgər Süd Yolu qalaktikasının hüdudlarından kənar məkandan ötürülən radioşüalanmalar süni xarakter daşıyırsa, bu, yüksək intellektli yadplanetli sivilizasiyalar arasındaki ünsiyyət vasitəsilə qarşılaşmış ola biləcəyimizi göstərir.

FRB məlumatlarına əsaslanaraq belə bir elmi-fantastik nəticəyə gəlmək üçün hələlik tezdir, çünki tutarlı nəzəriyyə hazırlamaq üçün daha çox müşahidə və ətraflı analiz işləri tələb olunur. Alimlər bu səbəbdən tədqiqatı davam etdirmək istədiklərini bildirirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: