AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Superkütləli qara dəlikdən rekord miqdarda tullantı

Astronomlar “Çandra” kosmik rentgen rəsədxanası köməyilə Süd Yolu qalaktikasının mərkəzində yerləşən superkütləli qara dəliyin tullantı atdığını müşahidə ediblər. Qeyd edilir ki, bu, kosmik tarix ərzindəki ən böyük miqdarda tullantı atılması hadisəsidir.

Qalaktikamızın mərkəzində Oxatan A (Sgr A) adlı superkütləli qara dəlik yerləşir. Bu qara dəliyin kütləsi Günəşin kütləsindən 4,5 milyon dəfə artıqdır.

Sgr A-da baş verən güclü elektromaqnit şüalanması partlayışını “Çandra” teleskopu vasitəsilə, qara dəliyin G2 qaz buludu ilə təmasının müşahidə edilməsi anında qeydə almaq mümkün olub. Mütəxəssislərin rəyinə görə, tullantı normal səviyyədən 400 dəfə artıq miqdarda şüa yayıb.

Süd Yolu qalaktikasının mərkəzindəki ağır qara dəliyin kosmosa atdığı maddə tullantısı hadisəsini izah etmək üçün alimlərin əlində iki versiya var. İlk versiyaya əsasən, rentgen tullantısına səbəb qara dəliyin qravitasiya təsiri zonasına düşmüş asteroidin məhvidir. Belə bir güclü partlayışın meydana gəlməsinə ikinci mümkün səbəb isə qara dəliyə axan qaz axınındaki maqnit qüvvə xətlərinin qarşılıqlı əlaqəsi ola bilər.

“Çandra”-nın aparacağı əlavə analiz işləri nəticəsində növbəti aylarda əldə ediləcəyi güman edilən məlumatlarla qalaktikamızın mərkəzindəki sirli obyektin rekord tullantısı səbəbinin məlum olacağı gözlənilir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: