AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Saturnun peyki Enseladda okean tapıldı

Alimlər Saturnun peyki Enseladın səthinin altında maye sudan ibarət böyük okeanın mövcud olduğuna dair ilk dəlilləri əldə ediblər. Tapıntı sayəsində peykin yadplanetli mikroorqanizmlər üçün əlverişli yuva ola biləcəyi hesab edilir.

Planetlərarası zond “Kassini” Saturnun peyklərindən biri olan Enseladda nəhəng maye su okeanının mövcud olduğuna dair məlumatlar təmin etdi. Beləcə yadplanetli yaşayışı üçün əlverişli hesab edilən kosmik cismlər sırasına daha biri əlavə edildi. Bu barədə Amerika Kosmik Agentliyi NASA xəbər yayıb.

Enselad Saturnun altıncı ən böyük peykidir. 1789-cu ildə Uilyam Qerşel tərəfindən kəşf edilmiş, lakin 1980-ci illərin əvvəllərinə qədər ətraflı araşdırılmamışdır. Enseladda okean ola biləcəyinə dair ilk hipotez 2005-ci ildə, Kassini aparatının peykin cənub yarımkürəsində buz və buxar qeyzerlərini qeydə aldıqdan sonra irəli sürülmüşdü. Daha sonralarsa alimlər qeyzer temperaturunun digər regionlarla müqayisədə daha yüksək olduğu qənaətinə gəlmişdilər.

Yeni qravimetrik hesablamalar peykin daxili strukturu haqqında məlumatlar əldə etməyə şərait yaradır. Alimlərin dediyinə görə, okean peykin 30-40 km dərinliyində yerləşməlidir.

Kassini zondu indiyə qədər Enselad ətrafında 19 tam dövr edib. 2010-2012-ci illərdə peykin 100 km-ə qədər yaxınlaşan zond bu məsafədə bir dəfə şimal, iki dəfə də cənub yarımkürə üzərindən keçib. Alimlər həmçinin Enseladın cazibə qüvvəsi təsiri ilə Kassini aparatı sürətinin dəyişildiyini qeyd edirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: