Astronomiya

Qırmızı planet: Mars. Terraform bizə nələr vəd edir.

Bir gün Yeri bizlər üçün, həyat üçün uyğun edən hər şeyi itirsək? Bütün enerji qaynaqlarını bitirsək, nəfəs ala biləcəyimiz gözəl bir hava, içə biləcəyiniz təmiz su tapa bilməsək? Planetimiz bizim üçün bir ev deyil, üzərində bizi saxlaya bilməyən kürə halına gələrsə?

Əgər bu günə qədər yaşadığımız kimi yaşasaq və planetimizin qaynaqlarını şüursuzca bitirsək bunların olması tamamilə mümkündür və böyük ehtimalla ola bilər. Ancaq bizlərin evimizdən tərki-diyar olmamıza səbəb olacaq şeylər yalnız bunlar olmaya bilər. Məsələn böyük bir asteroidin Yerlə toqquşacağını bilsək və bunun qarşısını ala bilməsək. Ya Yeri bitmək bilməyən fırtınalar ağuşuna alsa, ya da müharibədən sonra radiasiyadan çölə çıxa bilməsək?

Coğrafi kəşflər dövrünü düşünün. Onlar olduğunda torpaq hər kəsi doyurardı, quşlar hər kəsi xoşbəxt edərdi, qoyunların əti, südü insana kifayət edirdi. Atalarımızdan bizə miras qalan ən əhəmiyyətli motivlərdən biri olan maraq yaşadığımız torpaqların xaricindəki diyarları bizə tapmağı əmr etdi. Lakin bir addım sonra sənaye inqilabı ortaya çıxdı. Qaynaqlar kifayət etmədi. Qazanc ehtirası bitmədi. Daha çox qazanc üçün daha çox insan gücü, köləlik, mədən və torpaq istismarı lazım gəldi.

Keçən aylarda kəşf edilən Kepler 22-b kimi yeni planetlər kəşf etdikcə atalarımızın bizə ötürdüyü maraq motivimizin həyəcanlı təbiətini hərəkətə keçirir və doyururuq. Bundan bir neçə on il, bəlkə də bir neçə əsr sonra bu gün vəhşi marağımızı susdurub  həyəcanımızı yatırdan bu planetlərin bizlər üçün yeni bir ev olub-olmayacağından əmin deyilik.

Gələcək haqqındakı elmi-fantastikalar zaman-zaman insanların qalaktikadakı iyirmi beş milyon planetə məskunlaşdığı tablosnu təsvir edirlər. Hətta Ayzek Azimovun kainatında insanlar məskunlaşmanın hansı planetdən başladığını belə bilmirlər. Eynilə, bizim bu gün atalarımızın izlərini və genlərini izləyərək onun tam olaraq haradan çıxdığını anlamağa çalışdığımız kimi onlar da Günəş sistemi, Alfa Sentavr ya da Veqa üzərində təxminlər edirlər. Növümüzün yüz il sonrasını belə təxmin edə bilmədiyimiz bir zamanda əgər hələ həyatda qalmağı bacara bilsək, bir milyon il sonra harada və necə ola biləcəyimizə dair heç bir yüksək ehtimallı uzaqgörən fikirlərbildirə bilmirik. Ola biləcək variantlar arasında ən qüvvətlisi dünyadan köçüb gedəcəyimiz haqqındadır.

Bu olduqca aydın və ehtimallı bir variantdır. İnsan ortaya çıxdığından bu yana həmişə ətrafa yayıldı və köç etdi. Əvvəl ətraf əraziləri, sonra digər qitələrini, sonra bütün qitələri, ayı,Veneranı, Marsı kəşf etdi. İndi Günəş sistemi xaricindəki planetləri də kəşf edir. Daha əvvəl etdiyi kimi bir gün oralara da gedib yerləşə biləcək.
Bu nöqtədə insanın ağılına Matrix trilogiyasının ilk filmində Morfeusu yayındırmağa çalışan agentin dedikləri gəlir: “Yalnız insanlar və viruslar qaynaqlarını istehlak edərək daim yayılırlar”

Bütün canlıların müxtəlif ehtiyacları var. Bu ehtiyacların bir qisimi canlılığın özüylə birlikdə varkən, canlılığın davam etdirilə bilməsi üçün lazımlı enerji alınan qida qaynaqlarıyla təmin edilərlər. Canlılar qida qaynaqlarından enerjini və elementləri əldə edən və daim işləyən bir sistemdir. Bu enerjini meydana gətirən sistemlərin işləməsi üçün lazımlı bəzi materialar yemək, tənəffüs və s. yollarla əldə edilərkən, iş üçün lazımlı mühit şərtləri də lazımdır. Cazibə, istilik, radiasiya, işıq və s. mühit xüsusiyyətləri və enerji formaları canlılığın davam etdirilməsi üçün uyğun olması lazım olan bəzi mühit şərtlərini ifadə edir.
Yüzlərlə il sonrasına aid bir atalar sözü söyləməyə çalışsaydıq, “Hər növ öz planetində sağ olsun!” deyərdikmi?
Canlıların inkişaf və təkamül müddətləri o planetlərin fiziki şərtlərinə bağlı olduğundan canlılar “koloniyalaşmaq” üçün ilk olaraq öz planetlərinə eynilə bənzər planetləri seçərdi hərhalda… Tam amanıykən koloniyalaşdırmanın tərifini də verək: Bir canlı növünün ya da o canlıya aid xüsusi, təsnif edilmiş, ayrı bir növün (millət, irq, cinsiyyət və s.) hər hansı yeni bir həyat sahəsinə köç edərək, oradakı varlığını qalıcı hala gətirməsi prosesinə koloniyalaşma / koloniyalaşdırma adı verilir.
İngiltərənin, Fransanın Afrikanı, Asiyanı, Avstraliyanı müstəmləkələşdirməsi və s. tarixi ya da siyasi hadisələr insanların qitələr arası ya da bölgələr arası koloniyalaşma səylərinə nümunə göstərilə bilər. Ancaq mədəni olaraq fərqliliklərin azaldığı, sərmayənin, insanın və xammalın sərhədlərdən asanlıqla keçdiyi, torpaq döyüşlərinin böyük ölçüdə sona çatdığı yaşadığımız dövrdə “koloniyalaşdırma” (İngiliscə: colonization) daha çox insan növünün başqa planetlərdə ya da ulduz sistemlərində varlığı təmin altına alacaq işlər görməsi mənasına gəlir. Bu gün insanoğlu üçün koloniyalaşmanın reallaşdıra biləcəyi düşünülən dörd göy cismi var: Mars, Yupiterin dördüncü böyük peyki Avropa, Saturnun peyki Titan və Ay.
Ayın yaxın olması bir üstünlükkən cazibəsinin Yer şərtlərinə görə çox az olması, atmosferinin olmaması və torpağının istehlak edilə bilməz, ya da girişdə tərifini verdiyimiz üzrə “dünyalaşdırılması” mümkün görünməyən quruluşu kimi bəzi parametrlərlə dezavantajlı bir hala düşür. Mars uzaq olmasına baxmayaraq cazibəsinin Yer şərtlərinə aya nisbətən daha bənzər olması, atmosferə sahib olması, torpaq quruluşunun vəziyyəti kimi parametrləriylə Günəş sisteminə aid planetlər arasında koloniyalaşdırılmağa ən uyğun namizəd olaraq görülür. Digər planet Venera günəşə çox yaxın olduğu üçün çox isti olmasından əlavə (Bu məqaləmizdə qeyd etdiyimiz kimi Parnik effektinə görə sistemin ən isti planetidir) dəniz səviyyəsindəki təzyiqinin Yerin ən az 90 misli qədər olması kimi bəzi başqa parametrlərə görə koloniyalaşdırılmağa uyğun hesab edilmir. Saturn və Yupiterin peykləri olan Titan və Avropa ehtiva etdikləri su ilə koloniyalaşdırılması mümkün göy cisimləri arasında yeri alsa da bizlərə olan uzaqlığı ilə Marsa görə yenə də arxa planda qalır. Qısacası, insanoğlununu köç edəcəyi ikinci bir göy cismi varsa hələ ki buna ən mümkün namizəd kimi görünən Marsdır. Həmçinin son araşdırmalara görə Mars daha öncə həyata öz qapılarını açıb. Bu haqda burdan oxuya və burdan Marsın əvvəlki halı haqqında videoya baxa biləriniz. Təxminən yüz ildən sonra Mars ikinci Yer olacaq.
Cədvəldə Venera, Yer və Marsın bir müqayisəsi göstərilir.

Mars necə terraform edilər?

 

Marsın yuxarıdakıcədvəldə verilən dəyərlərinə baxaraq açıqlayaq:

Gün: Gün anlayışı insanların və bitkilərin bioloji saatlarının əsas təməlini meydana gətirir. İnsanlar üçün daha çox psixoloji, bəzi heyvan və bir çox bitki üçün isə fizioloji dərəcədə əhəmiyyətlidir. Bir Mars günü Yer gününə çox yaxın olub, 24 saat 39 dəqiqə 35 saniyədir.
  • Mövsümlər: Marsın meyilliliyi 25 dərəcə 11 dəqiqədir və mövsümlərinə görə meyilliliyi 23 dərəcə 27 dəqiqə olan Yerə bənzərdir. Ancaq bir Mars ili Yer ilindən 1,88 dəfə çoxdur.
  • Sahə: Yerdən daha kiçik bir planet olan Marsın səth sahəsi Yer səth sahəsinin 28,4%-i qədərdir, ancaq heç su olmadığından bütün yer səthi demək olar ki, Yerdəki ilə eynidir.
  • Atmosfer: Mars atmosferində bizlər üçün həyati əhəmiyyət daşıyan oksigen demək olar ki, mövcud deyil (0,13%) və çox böyük bir qisimi karbondioksiddən (95,3%) ibarətdir. Ayrıca, Marsın Yerə görə olduqca incə bir atmosferi var və Yer atmosferinin 0,7%-i qalınlığındadır. Bu səbəblə günəş radiasiyanı və kosmik radiasiyanı süzmə bacarığına sahib deyil. Atmosferi qalınlaşdırılmadıqca Mars səthində xüsusi paltarlarla gəzilmə zəruriliyi qaçınılmazdır. Bu yalnız bizlər üçün də etibarlı deyil… Məsələn bir bitki istixanası qurulsa da daimi olaraq qoruyucu bir xarici səth saxlanılma zəruriliyi vardır.2020-ci ildə Marsa göndəriləcək Mars 2020 robotunun “MOXIE” adındakı cihaz Qırmızı planetin atmoferindən karbon 4 oksid udub saf oksigen ilə karbon monooksidə çevirəcək. Vasitə ilə bağlı bu məqaləmizi oxuya bilərsiniz.
NASA-ya aid Mars Qlobal Surveyor (MGS) vasitəsinin Mars Orbiter Camera (MOC) göstəricisi ilə çəkilmiş fotoşəkil şimal qütbündəki buzu göstərir.
  • Su: Marsda buz halındakı su varlığı son illərdə edilən araşdırmalarla sübut edilmişdir. Mars səthində buz olaraq varlığını davam etdirən suyun Marsın isidilməsiylə maye hala çevriləcəyi və bunun dünyalaşdırmağa köməkçi olacağı düşünülür. Marsda olan buzun olduqca yüksək miqdarda olması ehtimalı sevindiricidir, çünki koloniyalaşdırma əsnasında bu suyun əridilə bilərək istifadə edilə biləcəyi və koloniyalaşdırmağı olduqca asanlaşdıracağı fərz edilir.
  • Cazibə: Marsdakı cazibə 0,38G, yəni təxminən Yerdəkinin üçdə biridir. B cazibənin insanlarda ciddi fizioloji problemlərə gətirib çıxardığı düşünülür, ancaq elm insanlarının bir çoxu 0,38G-nin insanın alışaraq bir az tibbi köməklə həyatını davamlı olaraq davam etdirə biləcəyi bir dəyər olduğunu düşünür.
  • İstilik: Mars Günəşdən daha uzaq olması və atmosferinin incə olması səbəbiylə soyuq bir planetdir. Marsın yaz mövsümü ortalama gecə və gündüz səth temperaturu ən az -140 dərəcə, ən çox -63 dərəcədir. Yerdəki qütblərdə qeydə alınmış ən aşağı temperatur  isə -89,2 dərəcədir. Yəni Marsın ən isti günü və yeri ilə Yerin ən soyuq günü və yeri arasında demək olar ki, fərq yoxdur.
  • Təzyiq: Xarici təzyi, tənəffüs qabiliyyətlərini və qanda həll olmuş qaz miqdarına təsir etdiyindən ən az istilik ya da oksigen varlığı qədər canlılığı təsir edən faktorlardandır. Marsdakı atmosferik təzyiq təxminən 6 mbardır. Normal şərtlər altında Dünyadakı təzyiq isə 1013.25 mbardır. Bu səbəbdən atmosfer qalınlaşdırılmadıqca Marsda xüsusi sahələr xaricində həyat mümkün deyil və işlər bu təzyiq fərqini aradan qaldıracaq xüsusi paltarlarla edilmək məcburiyyətindədir.
  • Maqnitosfer: Marsın maqnitosferi çox incədir. Günəş küləklərindən gələn radiasiyan əks etdirən maqnitosferin Marsda çox incə olması Marsı radioaktif bir planet halına gətirir və xüsusi paltarların istifadəsini zəruri edir. Ayrıca incə bir maqnitosfer planetdən kosmosa maddə yayılmasına səbəb olur.
Bu fərqlilik və əskiklikləri düzəltmək üçün üçün elm adamlarının hələ elmi-fantastika filmlərini xatırlatsa da bəzi fikirləri mövcudddur.

Məsələn oksigen miqdarını artırmaq və  atmosferi qalınlaşdırmaq üçün müxtəlif yollar var: Marsda yaşaya biləcək bir növ plankton ya da bu şərtlərə uyğunlaşma təmin edə biləcək başqa bir çoxhüceyrəli bitki Marsın atmosferindəki bol karbon 4 oksidi yavaş-yavaş oksigenə çevirərək planet atmosferini oksigenlə zənginləşdirməyə başlaya bilər. Bioloqlar laboratoriyada Mars şərtlərinə oxşar mühit yaradaraq, oraya metan istehsal edən Yer mikroorqanizmlərini yerləşdiriblər. Tədqiqatın nəticələrinə əsasən Yerin ən qədim və primitiv orqanizmlərindən olan metanogenlər Marsda yaşamağa qadirdir.

Mars Terraformdan sonra

Metanogenlər – enerji qaynağı kimi hidrogen və karbondioksid köməyilə metan istehsal edən arxeylərdir. Bu təkhüceyrəli orqanizmlərə bataqlıqlarda, iri buynuzlu mal-qara bağırsağında və ayrılan orqanik materiallarda rast gəlmək olar. Anaerob metanogenlər nə oksigenə, nə də orqanik qida maddələrinə ehtiyac duyur. Onlar həmçinin yerin altında yaşamağa qadirdir, bu səbəbdən də Marsda yaşamağa ən ideal namizədlərdəndir.

Arkanzas Universitetindən olan aspirant Rebekka Mikkol laboratoriyada iki metanogen növünün süni Mars şərtlərindəki davranışını araşdırıb. Mikkolu, hər şeydən əvvəl, Marsın donma və ərimə tsikllarında bu orqanizmlərin sağ qalıb-qala bilməyəcəyi maraqlandırırdı. Təcrübədə arxeylər, onların artması üçün təhlükəli olan aşağı temperaturlara tab gətirməli oldular.


Rebekka Mikkol:
“Marsın səth temperaturu Mars sutkaları ərzində ani dəyişikliklərə məruz qalır: -90°C və 27°C arası. Marsa düşmüş istənilən orqanizm sağ qalmaq üçün bu cür temperatur dəyişikliklərinə uyğunlaşmalıdır. Araşdırılan hər iki metanogen növü Marsın ənənəvi donma və ərimə tsikllarından sağ çıxmağı bacardı, bu isə o deməkdir ki, onlar Qırmızı planetin səthinin altında yaşamağa qadirdir.”

Hipotezlərə əsasən, bu gün də Marsda metan istehsal edən orqanizmlər yaşayır. 2004-cü ildə alimlər Mars atmosferi tərkibində metan tapmışdılar, onun mənşəyi isə hələ də mübahisə mövzusudur. Bioloq Timoti Kral bu versiyalara əsaslanaraq, Mars səthi altında metanogen kimi yadplanetli orqanizmlərin aşkar ediləcəyinin istisna olunmadığını qeyd edir.

Zamanla bu an var olan, amma olduqca incə olan ozon təbəqəsinin qalınlaşmasına da səbəb olacaq bu inkişaf digər tərəfdən atmosferin qalınlaşması və günəşin zərərli şüalarının süzülməsinə də səbəb olacaq. Təzyiq də atmosferin qalınlaşması ilə birlikdə artacaq dəyərlərdən biridir.

İstiliyi artırmaq üçün istifadə ediləcək yollar da planetdəki bir neçə problemi birdən həll etməyə yaraya bilər: Planet mərkəzinə doğru qazılaraq açılacaq nəhəng çuxurlar Marsın hələ də isti olan nüvəsindəki istiliyi səthə daha sıx şəkildə çatdıracaq. Daha da yaxşısı bu daşla vurulan ikinci quşdur: Əgər həqiqətən nəhəng kraterlər aça biliriksə səthə görə daha isti olan kraterin döşəməsi bizlərə ilk həyat sahələrini təqdim edə bilər və biz də beləliklə yerləşməyə Marsın yüksək dağlarındakı mənzərəli sahələrində deyil, bu çuxurlarda başlaya bilərik. Çuxurlarda alçağa endikcə təzyiqin artacağını söyləməyə gərək belə yoxdur yəqin.
Qütblərin isidilməsi isə fərqli nəticələr verər. Bir az fantastika kimi gəlsə də kosmosa yerləşdiriləcək nəhəng aynalar sayəsində Marsın qütblərinin günəşdən aldığı istilik payın artırılması və bu sayədə qütbdə buz halında yığılmış olan suyun əridilməsi kimi bir fikir də mövcuddur. Su əldə etmənin bir başqa yolu isə planetə hidrogeni nasosla vurmaqdır. Çünki hidrogen Mars torpağında olan dəmirtrioksid ilə reaksiyaya girdiyində  su və dəmirdioksid alınar.

 “Qlobal İstiləşmə”

Planetimizdə bizlərin sonunu gətirəcəyindən narahat olduğumuz qlobal istiləşməyə Marsda ehtiyac duymağımız nə qəribə bir ironiyadır.
Marsda bir parnik qazı olan karbon 4 oksidin atmosferdə 95% olması Marsa əlavə ediləcək ya da ortaya çıxarılacaq istilik enerjisini planetdə saxlayacaq ki, bu da ilk etapda “tənəffüs” üçün bir dezavantaj olsa da planeti istilətmək üçün çox əhəmiyyətli bir üstünlükdür. Əgər bu reallaşdırıla bilinsə və səth istiliyi bir neçə dərəcə artırıla bilinsə torpaqda olan karbon 4 oksid bərk haldan qaz hala keçə bilər və bu sayədə təzyiq də 300 milibara qədər arta bilər. Zəncirvari reaksiya nəticəsində insanın təzyiqi tarazlayan xüsusi paltarları olmadan yaşaya biləcəyi bir təzyiq dəyərinə çatmaq mümkün ola bilər.
Bu zəncirvari reaksiyanın başlaması üçün bir azot üç hidrogen atomundan ibarət olan və müvəffəqiyyətli bir parnik qazı olan amonyak bombaları  terraform işlərinə dair fikirlər arasında rəğbət görənlərdəndir. Mars atmosferində olmayan azot qazının da bu yolla təmin edilməsi ammonyakı Marsın dünyalaşdırılmasındakı əhəmiyyətli maddələrdən edir.
Digər tərəfdən daha tünd rəngli bir Mars torpağı (günəş sisteminin ən tünd rəngli cisimləri olan Mars peyklərinin Demos və Fobosun torpağının borc alınması buna bir çarə ola bilər) eynilə yazda geyindiyimiz tünd rəngli paltarların etdiyi kimi torpağın qəbul edəcəyi gün işığı miqdarını artıracaq. Fantastik bir fikir də meteoritləri istiqamətləndirə biləcəyimiz bir texnologiyamız oluğunda  Marsı sapanla vurar kimi vura bilməkdir: Marsın atmosferindən içəriyə daxil olaraq səthə dəyən bir meteorit planetdə əhəmiyyətli miqdarda bir istilik enerjisini ortaya çıxarar. Bu sayədə torpaqdakı suyu buxarlaşdırar və meteoritlərin daxilində olan ammonyakı asan yoldan planet atmosfrinə buraxar ki, bu bir neçə cümlə əvvəl bəhs etdiyimiz amonyak bombalarından minlərləsini əvəz edə bilər.

Marsın asanlıqla həll edə bilməyəcəyimiz ən böyük problemi maqnitosferi olmaması və buna görə günəş küləyinin atmosferdən asanlıqla keçirməsidir… Hələlik hər şey tamam olsa da Marsın yollarında gəzə bilməyəcəyimizin yeraltında ya da qoruyucu balonlar içərisində günümüzü keçirəcəyimizin məsulu bu yoxluqdur. Elmi inkişafların zamanla bizə süni bir maqnitosfer yaratma imkanını verəcəyini ümid edirik. Əgər hər şey mükəmməl şəkildə inkişaf edərsə, balanslı bir şəkildə qalın və təsirli bir atmosfer meydana gətirsək, maqnitosfer olmasa da səthdə gəzə bilərik, ancaq maqnitosferin yoxluğu bu halın qısa davam etməsinə səbəb olar. Çünki günəş küləyi ilə birgə Marsın atmosferi kosmosa dağılacaq.Təəssüf ki, hələ ki qarşısının alınması mümkün deyil, amma atmosferin zənginləşdirilməsindən sonra bu atmosfrin kaloniyalaşan insan və canlılıq üçün 500000 il kifayət edəcəyi düşünülür. Çünki biz insanlar, yəni Homo sapiens növü təxminən 200.000 il əvvəl Şərqi Afrikada təkamülləşmişik. Afrikadan çıxmağı bacaran növümüz 60000 il qədər əvvəl Avrasiya qitəsinə çatmışdır. Bir qrup Hind Okeanının sərhədlərini izləyərək Asiyanın içlərinə qədər köç etmişkən, digər bir qrup bu qoldan ayrılaraq Orta Asiyaya çatmışdır. Orta Asiyaya köç edən bu qol daha sonradan Şimal və Orta Asiyalı insan qruplarını (Monqollar), Qafqazlıları və Orta Şərq ilə Şimal Afrika populyasiyalarının böyük bir əksəriyyətini meydana gətirmişdir. Günümüzdən 45000 il qədər əvvəl bu qruplar Avropaya çatmışlar və Neandertallar ilə qarşılıqlı əlaqə qurmuşlar. Günümüzdən 20000 il qədər əvvəl isə növümüz Qərb Avropanın Atlas Okeanı sahillərinə qədər çatmağı bacarmışdır. Bu baxış bucağından baxdıqda divarda rəsm çəkən ilk insanlardan günümüzə təkamülləşmək və bu qədər şeyi bacarmaq 60000 il qədər zaman almışdır. Bundan təxminən 10 dəfə çox olan bir müddət ərzində daha nələr edə bilərik.

Mars One layihəsi

Mars One, Marsda yerləşəcək insan koloniyası qurmaq üçün hollandiyalı təşəbbüskar, Bas Lansdorp başçılığında inkişaf etdirilməkdə olan layihədir. 2012-ci il iyun ayında elanı verilən plan bir neçə mərhələdən ibarətdir. 2016-ci ilə qədər bir əlaqə peyki ilə kəşfiyyatçı aparatı və daha sonra 2023-ci ildə daimi yaşayış üçün 4 astronavt göndərmək planlaşdırılır. Daha sonra da hər 2 ildə bir, 4 adamdan ibarət olan qrupların Marsa göndərilməsi layihənin planlarına daxil edilir. Layihə Nobel mükafatı laureatı fizik Gerard’t Hooft tərəfindən dəstəklənir. Mars One layihəsi, 2012-ci ilin oktyabr ayında mənfəət məqsədi güdməyən bir vəqf kimi qurulmuşdur.

Mars One layihəsi, ilk baxışda nağıl və ya xəyali ssenari, hətta utopik gələ biləcək bir fikir zənn edilə bilər. Bu fikri reallaşdırmağın, insanoğlunun qaçınılmaz bir məcburiyyəti olduğuna inanan hollandiyalı alimlər necə bir addım atmaları lazım olduğunu düşünüb, həm insanları razı edəcək, həm də həyatlarını bu işə həsr edəcək könüllü namizədlər tapa biləcəkləri bir layihənin təməlini qoydular.

“Qırmızı planet Mars”, Günəş sistemində Günəşə ən yaxın olan dördüncü planetdir, Roma mifologiyasındakı müharibə tanrısı olan Marsa həsr edilərək belə adlandırılmışdır. Yüzdə 95-i karbon qazı olan, incə atmosferə sahib olan Marsa, səthindəki dəmir oksid səbəbindən qızılı görünüşə sahib olduğu üçün Qırmızı Planet də deyilir. Radiusu 3.396 km, səthinin sahəsi 144.798.500 km ², Günəşdən uzaqlığı 227.900.000 km, bir gününün müddəti 24 saat 40 dəqiqədir. “Phobos” və “Deimos” adı verilmiş 2 peyki var.

İnsanlığın bir digər planetdə koloniya qurması və yerləşməsi məqsədli Mars One layihəsində iştirak etmək, pay sahibi olmaq və bu fürsəti qaçırmamaq üçün bir çox insanlar, qurumlar, hətta ölkələr dəstək olmağa başladılar. Bütün ciddi və təşkilati dəstəklər real olma, inkişaf etdirilə bilmə, hədəflərini genişləndirmə yolunda layihənin olduqca sürətləndirilməsini təmin etdi. Mənfəət məqsədi güdmədiklərini açıqlayan, Mars One layihəsi müəllifi Bas Lansdorp və The Interplanetary Media Group, Yerə geri dönməmək şərti ilə ilk mərhələdə 2 kişi və 2 qadından ibarət olan qrup seçəcəklərini və Marsa göndərəcəklərini bildirdilər. Bundan sonrakı həyatları ərzində hər dəqiqələri davamlı olaraq kameralarla təqib ediləcək və bütün dünya tərəfindən izləniləcək.

Mars One düşərgəsi
Mars One, Marsda ilk insan bazasını qurmağı planlaşdırır. Plana görə, dörd astronavtdan ibarət olan ilk ekipaj Yerlə vidalaşıb Marsa uçacaq, səfər sonunda, 2023-ci ildə isə Marsa enəcək. Hər iki ildən bir bu bazaya göndəriləcək yeni astronavtlarla 2033-ci ildə Mars üzərində yaşayan və işləyən iyirmi adam olacağı hesab edilir. Astronavt seçkiləri prosesi 22 aprel 2013 tarixində başlamışdır.

Mars One layihəsinin Yol Xəritəsi

2013: bazalardan biri tədris üçün inşa ediləcək.
2014: İlk əlaqə peyki buraxılacaq.
2015: Astronavt seçkiləri prosesi tamamlanacaq. (Dörd nəfərdən ibarət olan altı komanda)
2016: 2,5 ton ağırlığında olan qida vəsaiti daşıma tutumlu, SpaceX – Dragon modulu yanvar ayında hazırlanmağa başlanacaq.
2018: Kəşfiyyatçı aparat baza yerini müəyyənləşdirmək üçün Mars səthində işlərə başlayacaq.
2021: Dragon kapsulası ilə, bir kəşfiyyatçı aparat, iki həyat modulu, iki həyat dəstək modulu və iki dəstək modulu olaraq altı ədəd əlavə modulla birlikdə uçuş edəcək.
2022: Dörd nəfərdən ibarət olan ilk yerləşəcək qrup, “SpaceX Falcon Heavy” raketi ilə yola çıxacaq.
2023: İlk yerləşəcək qrup inkişaf etdirilmiş Dragon kapsulası ilə Marsa eniş edəcək.
2025: Dörd nəfərdən ibarət olan ikinci yerləşəcək olan qrup gələcək.
2033: Koloniya əhalisi sayı 20 nəfərə çatacaq.
İnşa ediləcək Mars One bazası


Orion vasitəsi: Yaxın gələcəkdəki əngin kosmosa uçuş

NASA-nın kosmos səfərləri üçün hazırladığı bir astronavt kapsul ilk sınaqlarını keçirdi. İlk sınaqlarda insan istifadə edilməyəcəkdi və elə də oldu.Vasitənin insanların bu günə qədər heç ayaq basmadığı yerlərə, Mars və asteroidlər kimi göy cisimlərinə insanları çatdırması hədəflənir.
Orion 21 günlük ön vəzifələrində 4 adamı aşağı Yer orbitində daşıyacaq. Bu orbit yalnız 270 kilometr üstümüzdə olan Beynəlxalq Kosmik Stansiyanın orbitindən alçaq olan bir orbitdir. Kapsulanın atmosferə geri qayıtma testləri yeni istilik qalxanlarının 2200 santiqrat dərəcəyə çatan istiliklərə dözüb-dözə bilməyəcəyini göstərəcək. NASA-nın Kennedy Kosmos Mərkəzindən Mark Geyer belə açıqlama verdi:
“Bu ilk sınaqlar alçaq Yer orbitinin sərhəddini kəşfi etməmimizin başlanğıcıdır. Əngin kosmosda necə bir performans sərgiləyəcəyini görməyə çalışacağıq.”
10 ildir davam edən və 9 milyard dollardan çox pul xərclənən bu kosmos kapsulasının ilk sınağı insansız olaraq həyata keçirildi. 2018-ci ildən etibərən isə əngin kosmosa insan göndərmək planlanır. Əgərkifayət qədər maddi fond ayrılısa 2025-ci ildə bir asteroid üzərinə insan endirmək belə mümkün ola biləcək. Bundan sonrasa hədəf Mars olacaq.
Buraxılış müxtəlif səbəblərlə (yanacaq qapaqlarının düz işləməməsi kimi) əvvəl 4 dekabr 2014-ci ilə sonra isə 5 dekabra təxirə salındı. Vasitə Kosmik Stansiya ətrafındakı bir orbitə çıxıb Yer ətrafında 2 dəfə dövr edib və sonra yerdən 5800 kilometr uzaqdakı daha yüksək bir orbitə yerləşdikdən sonra atmosferə doğru enişə keçdi. Vasitənin atmosferə girişi 11 dəqiqə davam etdi və bu müddətdə vasitə saatda 32.000 kilometr sürətlə hərəkət etdi. Vasitə Sakit okeana endi.

İstifadə edilən mənbə: Həyatın təkamülü

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: