AstronomiyaHəyatın təkamülü

Qara dəliyin içərisində yaşayırıq?

“Böyük partlayışdan” əvvəl reallığın necə olduğunu, onun necə formalaşdığını və niyə Kainatımızı yaratmaq üçün baş verdiyini heç vaxt anlamayacağıq.

Michael Finkel

Saatları geri çəkək. İnsanın ortaya çıxmasından, Yerin meydana gəlməsindən, Günəşin alışmasından, qalaktikaların doğulmasından, işığın saçmasından əvvəl “böyük partlayış” oldu. Bu, 13,8 milyard il əvvəl baş verdi.

Bəs bundan əvvəl nə var idi? Bir çox fiziklər “bundan əvvəlinin” mövcud olmadığını deyir. Daha əvvəl mövcud olan hər şeyin elm dairəsində olmadığını düşünərək, zamanın “böyük partlayış” anında başladığını iddia edirlər. “Böyük partlayışdan” əvvəl reallığın necə olduğunu, onun necə formalaşdığını və niyə Kainatımızı yaratmaq üçün baş verdiyini heç vaxt anlamayacağıq. Belə təsəvvürlər insan ağlının sərhədindən kənardır.

Yalnız məhdudiyyətlərə yad olan bəzi alimlər razı deyillər. Bu alimlər “böyük partlayış” anından əvvəl doğulmağa hazır olan kainatın bütün kütlə və enerjisinin sərhədləri olan və inanılmaz bir qıxmığa sıxıldığı haqda nəzəriyyələr hazırlayırlar. Bunu yeni kainatın toxumu adlandıraq.

Onlar hesab edir ki, bu toxum təsəvvür edilə bilinməyəcək qədər, bəlkə də, insanın müşahidə edə bildiyi istənilən zərrəcikdən trilyonlar dəfə kiçik idi. Və bu zərrəcik bütün digər hissəciklərin meydana gəlməsinə təkan vermişdi. Hələ qalaktikalar, Günəş sistemi, planetlər və insanlardan bəhs etmirik.

Əgər həqiqətən də hər hansı bir şeyi “Tanrı zərrəciyi” adlandırmaq istəyirsinizsə, bu toxum belə bir adlandırma üçün idealdır.

Bəs bu toxum haradan çıxdı? Bir ideyanı New Haven Universitetində işləyən Nikodem Poplawski bir neçə il əvvəl irəli sürdü. İdeya bundan ibarətdir ki, bizim Kainatın toxumu ilkin sobada – qara dəlikdə hazırlanmışdı.

Multikainatların çoxalması

Daha da irəliyə getməzdən əvvəl bunu bilmək vacibdir: son iyirmi ildə bir çox nəzəri fizik kainatımızın yeganə olmadığı qənaətinə gəlmişdirlər. Biz, hər birisi həqiqi gecə səmasında parıldayan kürə olan, çoxlu kainatlardan ibarət multikainat modeli hazırlamışıq.

Bu kainatların bir-biri ilə əlaqəsinin necə qurulduğu və ya ümumiyyətlə belə bir əlaqənin olub-olmadığı mövzusu üzərində az mübahisələr getmir. Lakin bütün bu mübahisələr sırf spekulyativ xarakter daşıyır, həqiqət isə isbatedilməz olaraq qalır. Amma bir cəlbedici ideya var ki, kainat toxumunun bitki toxumuna oxşadığı fikrindən ibarətdir. Bu, əhəmiyyətli dərəcədə vacib materiyanın, qoruyucu qabıq içərisində sıxılmış və gizlənmiş hissəciyidir.

Bununla qara dəliyin içərisində meydana gələnlər dəqiq olaraq izah olunur. Qara dəliklər – nəhəng ulduzların cəsədləridir. Belə bir ulduzun yanacağı tükəndikdə nüvəsi dağılır. Cazibə qüvvəsi hər şeyi inanılmaz və davamlı artan qüvvə ilə çəkir. Temperatur 100 milyard dərəcəyə qalxır. Atomlar parçalanır. Elektronlar hissələrə ayrılır. Ardından bu kütlə daha da sıxılmağa başlayır.

Bu yerdə ulduz qara dəliyə çevrilir. Bu o deməkdir ki, cazibə qüvvəsi hətta işıq şüasının belə ondan yan keçməsinə imkan vermir. Qara dəliyin daxili və xarici üzləri arasındaki sərhəd hadisələr üfüqü adlanır. Alimlər bizim Süd Yolu da daxil olmaqla, az qala hər bir qalaktikanın mərkəzində nəhəng qara dəliklər kəşf edirlər. Üstəlik bu qara dəliklər bizim Günəşdən milyonlar dəfə ağırdır.

Dibsiz suallar

Qara dəliyin dibində nələrin baş verdiyini aydınlaşdırmaq üçün Einstein’in nəzəriyyəsini istifadə etsək, sonsuz dərəcədə böyük sıxlığı və çox kiçik ölçüsü olan nöqtəni hesablamaq olar. Belə hipotetik konsepsiya sinqulyarlıq adını daşıyır. Amma təbiətdə sonsuzluqlar adətən mövcud olmur. Burada ziddiyyət, kosmik məkanın böyük hissəsi üçün möhtəşəm tədiyələr təmin edən, amma qara dəliklərin içərisində baş verən inanılmaz qüvvələr və ya kainatın başlanğıcındaki hadisələr qarşısında çürüməyə məcbur olan Einstein’in nəzəriyyələrindən qaynaqlanır.

Professor Poplawski kimi fiziklər hesab edir ki, qara dəliyin içərisindəki materiya sıxıla bilmədikdə həqiqətən də belə vəziyyət alır. Bu “toxum” həddindən artıq kiçikdir, amma milyard ulduzun ağırlığına bərabərdir. Lakin sinqulyarlıqdan fərqli olaraq, o, olduqca realdır.

Poplawski’nin fikrincə, sıxılma prosesi qara dəliklərin fırlandığı səbəbindən dayanmalı olur. Onlar çox sürətli, bəlkə də, işıq sürəti ilə fırlanırlar. Bu dönmə də sıxılmış toxuma öz oxu ətrafında inanılmaz dövr təmin edir. Bu toxum təkcə kiçik və ağır deyil, həm də təhrif edilmiş və sıxdır.

Toxum anidən güclü partlayışla cücərə bilər. Elə bu da “böyük partlayış” adlandırılır. Poplawski isə onu “böyük dəyib qayıtma” adlandırmağa üstünlük verir.

Poplawski’nin dediyinə görə, qara dəlik iki kainat arasındaki keçid, “geri dönüşü olmayan” qapıdır. Bu da o deməkdir ki, əgər Süd Yolunun mərkəzindəki qara dəliyə düşsəniz, özünüzü başqa bir kainatda tapmış olarsınız – siz olmasanız belə, kiçik hissəciklərə ayrılmış bədəniniz belə bir səyahəti yerinə yetirə bilər. Bu digər kainat bizimkinin içərisində yerləşmir, sadəcə bu dəliklər birləşdirici halqa, iki ağcaqovaq bitən ortaq kökdür.

Bəs öz kainatımız içərisindəki bizlər necə? Biz, başqa bir, daha qədim kainatın məhsulları ola bilərik. Gəlin onu ana kainat adlandıraq. Ana kainatın qara dəlik içərisində əkdiyi toxum 13,8 milyard il əvvəl “böyük dəyib qayıtma” törədə bilərdi. O vaxtdan bəri kainatımızın sürətlə genişləndiyinə baxmayaraq, biz, hələ də qara dəliyin hadisələr üfüqünün ardında gizlənmiş ola bilərik.

Orijinal məqalə buradadır

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: